14 Aprel 2026 13:08
2145
Qəbullar
A- A+
Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxundu.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulandı.

Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün yaxşı potensialın olduğu bildirildi.

Somali Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış sənədə əsasən, bu ölkədə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı işlərin davam etdirildiyi vurğulandı.

Elm və təhsil sahələrində əməkdaşlığa toxunuldu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin ölkəmizdə təhsil aldığı və bu ənənənin hazırda da davam etdiyi qeyd olundu. Bu xüsusda Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqları bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belçikada anomal istilər səbəbindən bəzi qatar səfərləri ləğv edilir

19:31
22 İyun

Almaniya yenidən kömür enerjisinə qayıdır?

19:16
22 İyun

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

19:02
22 İyun

Türkiyədə hidroelektrik enerjisi istehsalında tarixi rekord

18:47
22 İyun

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

18:39
22 İyun

Cənubi Afrikada miqrant böhranı

18:33
22 İyun

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

18:27
22 İyun

Yaponiya viza rüsumlarını 5 dəfə artırır

18:15
22 İyun

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB

18:12
22 İyun

İspaniya Braziliyanın rekordunu yeniləməyə yaxındır

18:10
22 İyun

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar   

18:01
22 İyun

Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

17:55
22 İyun

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru 

17:41
22 İyun

İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır

17:27
22 İyun

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

17:21
22 İyun

Vens: İranın dondurulmuş aktivlərinin qaytarılması ABŞ-yə fayda verəcək

17:14
22 İyun

ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi imkanları nəzərdən keçirilib

17:11
22 İyun

Sahibkarlar əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması barədə məlumatlandırılıblar

17:03
22 İyun

Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

16:59
22 İyun

Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək

16:57
22 İyun

Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir  

16:53
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!