22 İyun 2026 17:27
134
İQTİSADİYYAT
A- A+
İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır

İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır


İsveçrədə İran ilə ABŞ arasında qalmaqalla müşahidə olunsa da baş tutan danışıqlar və razılaşma dünya neft bazarına öz təsirini o saat göstərdi. Tərəflərin Hörmüz boğazını açmaq barədə əldə etdikləri razılıq treyderləri arxayın saldı ki, yaxın gələcəkdə bazarın təchizatı bərpa olunacaq. Elə buna görə dünya bazarında neftin qiyməti bir qədər də düşdü.

AZƏRTAC xəbər verir ki, London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 1,59 faiz azalaraq 79,29, WTI markalı neftin 1 barelinin qiyməti isə 0,59 faiz azalaraq 75,44 dollara satılır. İtaliya limanında satılan Azərbaycanın “Azeri Light” neftinin qiymətində isə 2,71 faiz artım müşahidə edilib və 91,48 dollara satılır.

Türkiyənin Ceyhan limanından fərqli olaraq Azərbaycan nefti İtaliya limanlarında daha baha qiymətə satılır ki, bunun da səbəbi Ceyhandan İtaliyaya qədər nəqliyyat xərcinin qiymətə əlavə olunmasıdır.

Dünya bazarında neftin qiymətinin düşməsinin daha bir səbəbi İranın neft naziri Möhsün Paknejadın açıqlamasıdır. O bildirib ki, İran Qərb şirkətlərinin İranın neft sənayesinə sərmayə yatırmasına razıdır və artıq bəzi danışıqların aparılması üçün zəmin hazırlanıb. Lakin İranın neft strategiyası yalnız xam nefti satmaqdan ibarət deyil. İran xarici sərmayəni yalnız neftin quyulardan çıxarılması üçün deyil, həmçinin infrastruktur yaradılması üçün istifadə etmək niyyətindədir. Rəsmi Tehran istəyir ki, yatırılan sərmayə ilə neftayırma, qaz emalı zavodları tikilsin, neftin nəqli üçün kəmərlər çəkilsin, ölkədə iş yerləri yaradılsın və sərmayədar ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulsun.

Hələlik Qərbin iri neft şirkətləri nazirin bu açıqlamasına münasibət bildirməyiblər ki, bunun da səbəbi aydındır. Şirkətlər danışıqların tam başa çatmasını sülh müqaviləsinin imzalanmasını və sabitliyin dayanıqlı olub-olmadığını müəyyən edəndən sonra işə başlaya bilərlər. Bunun üçün isə bir müddət vaxt lazımdır.

Hələlik neft treyderləri Hörmüz boğazının açılmasını gözləyirlər. Boğazın ödənişli olacağını isə İran ilə ABŞ həll edəcək. Siyasi razılaşma əldə edilib, hazırda tərəflər texniki məsələləri müzakirə edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya yenidən kömür enerjisinə qayıdır?

19:16
22 İyun

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

19:02
22 İyun

Türkiyədə hidroelektrik enerjisi istehsalında tarixi rekord

18:47
22 İyun

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

18:39
22 İyun

Cənubi Afrikada miqrant böhranı

18:33
22 İyun

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

18:27
22 İyun

Yaponiya viza rüsumlarını 5 dəfə artırır

18:15
22 İyun

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB

18:12
22 İyun

İspaniya Braziliyanın rekordunu yeniləməyə yaxındır

18:10
22 İyun

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar   

18:01
22 İyun

Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

17:55
22 İyun

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru 

17:41
22 İyun

İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır

17:27
22 İyun

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

17:21
22 İyun

Vens: İranın dondurulmuş aktivlərinin qaytarılması ABŞ-yə fayda verəcək

17:14
22 İyun

ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi imkanları nəzərdən keçirilib

17:11
22 İyun

Sahibkarlar əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması barədə məlumatlandırılıblar

17:03
22 İyun

Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

16:59
22 İyun

Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək

16:57
22 İyun

Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir  

16:53
22 İyun

İran Prezidenti sabah Pakistana gedir

16:51
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!