21 May 2024 14:01
2710
Qəbullar
A- A+

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Özbəkistan Prezidenti ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirir. Qonaq vurğuladı ki, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda sevinclə qarşılanır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndiyini, iqtisadiyyatımızın dinamik şəkildə inkişaf etdiyini, investisiyaların həcminin artdığını deyən Laziz Kudratov bildirdi ki, Azərbaycan qlobal çağırışlara baxmayaraq inflyasiyanı saxlamağa uğurla müvəffəq olub.

Qonaq, eyni zamanda, vurğuladı ki, işğal olunmuş ərazilərin Prezident İlham Əliyevin rəhbərliyi ilə qaytarılması və tarixi ədalətin bərpa olunması təkcə Azərbaycanın deyil, bütün türk dövlətlərinin tarixində mühüm hadisə olmuşdur. Nazir qeyd etdi ki, Özbəkistanda bu tarixi hadisə böyük sevinclə qarşılanmışdır. O, əməkdaşlığımızın möhkəmlənməsinə yönəlmiş təşəbbüslərin reallaşması işinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Özbəkistan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf prosesləri Azərbaycanda böyük maraqla izlənilir. Özbəkistan Prezidentinin iqtisadi islahatlar, sosial və digər bütün sahələrin inkişafına yönəlmiş siyasəti konkret nəticələr verir. Prezident İlham Əliyev Özbəkistana səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı bu ölkənin sənaye potensialı və tarixi-mədəni irsin qorunması ilə bağlı məsələlərin uğurla həll edilməsinin şahidi olduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın inkişafı ilə bağlı qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev xüsusi olaraq Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Şavkat Mirziyoyev ilə Füzuli və Şuşa şəhərlərinə səfərlərinə də toxunaraq Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışının da rəmzi xarakter daşıdığını dedi.

Prezident İlham Əliyev Laziz Kudratovun ölkəmizə səfərinin iqtisadi əməkdaşlığın möhkəmlənməsi ilə bağlı layihələrin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video