02 Dekabr 2024 11:20
120
SİYASƏT
A- A+
Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib 

Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarı Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubunda Laos Xalq Demokratik Respublikasının Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ürəkdən təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Dövlətimizin başçısı, həmçinin laoslu həmkarını Azərbaycana səfərə dəvət edib.

Prezident İlham Əliyev bu bayram günündə Thonqlun Sisulitə ən xoş arzularını çatdırıb, dost Laos xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluğa qəbulla əlaqədar müsabiqənin ikinсi mərhələsinin nəticələri açıqlanıb  

15:59
02 Dekabr

ANAMA: Ötən ay 4 min 707,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib  

15:57
02 Dekabr

Qvineya-Bisaunun nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib  

15:57
02 Dekabr

“Hürriyyet” qəzeti: Ankaradakı beynəlxalq qurultayda Azərbaycandan 86 mediator iştirak edib  

15:56
02 Dekabr

Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilib  

15:55
02 Dekabr

Türk gənc fəallar COP29-u ətraf mühit sahəsində təcrübənin toplanması üçün mühüm töhfə adlandırıblar

15:54
02 Dekabr

“Politico”: Avropada qeyri-qanuni miqrantların deportasiyası qaydaları dəyişdiriləcək  

15:51
02 Dekabr

Hakan Fidan NATO Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edəcək  

15:51
02 Dekabr

NATO Rusiya ilə sərhədin yaxınlığında böyük təlimlərə başlayır  

15:50
02 Dekabr

İxracdan əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmamaqda şübhəli bilinən daha bir neçə nəfər ifşa edilib

15:46
02 Dekabr

Britaniya Avropa İttifaqına 10 milyard funt sterlinq ayırıb  

14:38
02 Dekabr

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB

14:38
02 Dekabr

Liderlər Sammitində COP29-un informasiya təhlükəsizliyindən danışılıb  

14:36
02 Dekabr

Cəbrayılda daha 34 ailəyə evlərin açarları təqdim olunub

14:35
02 Dekabr

Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq  

14:34
02 Dekabr

"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib  

14:33
02 Dekabr

Qvineya-Bisau XİN-in rəhbəri: Əminik ki, birlikdə irəliyə doğru hərəkət edə bilərik  

14:32
02 Dekabr

İrakli Kobaxidze: Son illərdə Gürcüstanda 3 dəfə inqilaba cəhd olunub  

14:32
02 Dekabr

Azərbaycan və Qvineya-Bisau XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb  

14:31
02 Dekabr

Ceyhun Bayramov: Qvineya-Bisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərinə dəstək verib  

14:30
02 Dekabr

Sabahın hava proqnozu açıqlanıb  

14:29
02 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!