06 Noyabr 2024 08:30
334
İQTİSADİYYAT
A- A+
Polad estakadalar üstündə… istirahət parkı, gül bağçası

Polad estakadalar üstündə… istirahət parkı, gül bağçası


Bu yamyaşıl məkan, daha doğrusu, səliqəli şəkildə salınmış park nə paytaxtımızın hansısa bir guşəsində, nə də bölgələrimizin birindədir. Elə isə bəs haradadır? Dənizdə, dənizin ortasında! 

 Daha maraqlısı isə budur ki, dənizin ortasındakı hər hansı bir torpaq parçasının üstündə - adada da deyil. Polad estakadalar üstündə - Neft Daşlarındadır.

Neft Daşlarını "Möcüzələr adası" adlandırıblar. Məhz cəm şəklində - möcüzələr. Çünki möcüzəsi bir deyil, beş deyil. Xəzərin qoynunda sulardan baş qaldıran qara daş parçalarının bütün dünyaya dəniz nefti erasının başlanğıc ünvanını nişan verməsi bir möcüzə deyildimi? 

"Qara daşlar" sonra adını dəyişib "Yeddi gəmi adası" oldu. Çünki dənizin bu ərazisindəki sərvəti təsdiqləmək və əgər təsdiqlənərsə, üzə çıxarmaq üçün qəhrəman neftçilərə fırtınalardan qorunmaq üçün bir sığınacaq lazım idi. Növbəti möcüzə də bu sığınacaq oldu. Bakının gəmi təmiri zavodlarından istismardan silinmiş yeddi gəmini gətirib burada qeyri-adi bir sığınacaq yaratdılar. Bura onlar üçün həm yaşayış yeri, həm təhlillər, müzakirələr aparmaq üçün "ofis", həm də dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsi idi. 

Sonralar "Qara daşlar" bol-bol neft verdiyindən ilk adlarının hamısını dəyişərək həmişəlik Neft Daşları oldu. 

Neft Daşlarının fatehləri möcüzələr yaradaraq Xəzərin dərin qatlarından yüzlərlə, minlərlə ton "qara qızıl" çıxardılar, milyonlarla kubmetr mavi yanacaq hasil etdilər. 

Estakadalar - polad dirəklər üstündə şəhər salmağın özü də möcüzəyə bənzəyən bir həqiqətdir. Bunu da insan ağlı və gücü yaratdı. Bu möcüzəli şəhəri məhz Azərbaycan alimləri, neftçiləri, inşaatçıları qurdular. 

Bu günlərdə 75 yaşını qeyd etməyə hazırlaşan Neft Daşlarının çoxdur möcüzəsi! "Möcüzələr adası"nın bir möcüzəsi də bir qarış torpağı belə olmayan məkanda yamyaşıl parkın salınması, hər yanda gül-çiçəyin əkilməsidir. 

Bəli, Xəzərin qoynunda polad özüllər üstündə qurulan, illər keçdikcə dalğaları yara-yara böyüyən əfsanəvi dəniz şəhərinin bu gün gözoxşayan yamyaşıl parkı, mərd insanların - qəhrəman neftçilərin, eləcə də buraya gələn qonaqların könlünə rahatlıq gətirən bolluca gül-çiçəyi var. Bu gözəlliyi dəniz şəhərində vertolyotdan enən kimi, gəmidən düşən kimi görürsən… Əgər COP29-a təşrif buyuran qonaqlarımızın yolu buralara düşərsə, 75 ildir dünyanı möcüzələri ilə heyrətləndirən Neft Daşları "yaşıl möcüzə"si ilə də onların böyük marağına səbəb olar. 


Flora SADIQLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti artıb  

10:53
13 Noyabr

COP29-da iqlim savadlılığı mövzusunda yan tədbir təşkil edilib

10:51
13 Noyabr

Braziliya nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub  

10:50
13 Noyabr

Neft bahalaşıb

10:27
13 Noyabr

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib  

09:28
13 Noyabr

Konqo Prezidenti: COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri dünyaya yeni ideyalar təqdim edəcək  

09:27
13 Noyabr

Qırğızıstan səfiri: Azərbaycan tərəfindən COP29-un keçirilməsi böyük tərifə layiqdir  

09:24
13 Noyabr

COP29 iştirakçısı: Dubayda keçirilən COP28 ilə Bakıdakı COP29 tamamilə fərqlidir  

09:21
13 Noyabr

Xəzər dənizində zəlzələ olub  

09:20
13 Noyabr

COP26-nın Prezidenti Bakıdakı logistikanı yüksək qiymətləndirib  

09:18
13 Noyabr

“Yaşıl işıq” Bakıda yandırıldı

08:50
13 Noyabr

Azərbaycan tarixinin ən möhtəşəm dövrlərindən birini yaşamaqdadır 

08:45
13 Noyabr

"Azərbaycan qüdrətli, nüfuzlu ölkədir"

08:40
13 Noyabr

Azərbaycana xoş gəlmisiniz!

08:35
13 Noyabr

Türk dövlətləri bir-birinin uğurunu öz uğuru kimi qəbul edir

08:30
13 Noyabr

COP29 iştirakçılarının sağlamlığı da diqqət mərkəzindədir

08:25
13 Noyabr

Daha çox təhlükəyə məruz qalan kiçik ada dövlətlərinə kömək etmək COP29-un tarixi missiyasıdır

08:20
13 Noyabr

COP29 antiazərbaycançı dairələr üçün ən yaxşı cavab olacaq

08:15
13 Noyabr

Azərbaycan sülh təklif edir

08:10
13 Noyabr

"Yaşıl enerji" sahəsində yaxın və böyük tərəfdaşımız 

08:05
13 Noyabr

Şimali Makedoniya Prezidenti: COP29 iqlimlə bağlı qətiyyətli fəaliyyət üçün həlledici məqamdır  

08:01
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!