2025-2030-cu illər üçün Dövlət proqramındakı tədbirlər belə nikbin qənaətə gəlməyə əsas verir
Bakı o şəhərlərdəndir ki, Azərbaycanın mədəni və iqtisadi potensialının çoxu, ölkə əhalisinin az qala üçdə biri burada cəmləşib. Doğrudur, belə hal dünyanın başqa şəhərlərində də var. Amma Bakının fərqi ondadır ki, yerləşdiyi Abşeron yarımadası elə də böyük ərazi deyil, vur-tut 2100 kvadratkilometrdən bir az çoxdur ki, onun da xeyli hissəsi eynadlı rayona aiddir. O səbəbdən paytaxtdakı həm nəqliyyat, həm də insan tıxaclarının olması təbiidir, amma qəbul edilən deyil.
Prezident İlham Əliyevin "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət proqramı"nın təsdiq edilməsi haqqında sərəncamını nəqliyyat sarıdan bu problemin həlli istiqamətində atılmış böyük addım hesab etmək olar. Əslində, dövlət başçısı bu proqramın anonsunu yanvarın 7-də yerli telekanalların əməkdaşlarının suallarını cavablandırarkən vermişdi: "Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə Dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb".
Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Qarşıdakı beş ildə proqramın icrası zamanı şəhərdaxili sıxlığın azaldılması, tıxac probleminin həll olunması və ictimai nəqliyyatdan istifadənin səmərəliliyinin artırılması diqqət mərkəzində olacaq. Çünki dövlət başçısının da dediyi kimi, bu istiqamətdə son illər xeyli iş görülsə də, böyük infrastruktur layihələr icra edilsə də, Bakının yolları sıxlıqdan, tıxacdan dolayı hələ də əziyyət çəkir. Bu baxımdam adıçəkilən Dövlət proqramı ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir. Sənədə əsasən yeni yolların çəkilməsi ilə yanaşı, piyadalar üçün infrastrukturun gücləndirilməsi də nəzərdə tutulur.
Dövlət proqramını şərh edən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyir: "Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və "28 May" stansiyasında "Yaşıl" və "Qırmızı" xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur. Proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur. Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda işə başlama və iş vaxtının bitməsi anlamına gəlir".
Dünyanın bir çox ölkəsində orta məktəblərin şagirdlərinə nəqliyyat servisi xidmət edir, başqa sözlə, şagirdlər dərsə məktəb avtobusları ilə gedib-gəlirlər. Doğrudur, bu xidmət Bakıda da var, amma çox az təhsil müəssisəsi, daha doğrusu, özəl məktəblər bundan istifadə edirlər, o da hamısı yox. Odur ki, övladlarını dərsə aparıb-gətirən valideynlərin şəxsi avtomobillərinin məktəbin qarşısında və ətraf küçələrdə yaratdığı sıxlıqla hər gün rastlaşırıq. İstər digər avtomobil sahibləri, istərsə də ictimai nəqliyyat bundan çox əziyyət çəkir. Amma belə götürəndə başqa çıxış yolu da yoxdur. Nə yaxşı ki, Dövlət proqramında bu problemin həlli də öz əksini tapıb. Proqrama əsasən yaxın gələcəkdə Bakı məktəblilərinə məktəb avtobusları xidmət edəcək. Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərovun da bu barədə fikirləri maraqlıdır: "Bakı şəhərindən kənarda, səfalı bir yerdə beynəlxalq hava limanı olan ərazidə akademik şəhərciyin yaradılması mümkündür. Qəbələdə, Lənkəranda, yaxud Gəncədə 50-100 min nəfərin təhsil aldığı və çalışdığı bir akademşəhər ola bilər. Həm tədris-təhsilə fokuslanarlar, həm ekoloji cəhətdən təmiz yerdə təhsil alarlar, həm də Bakı bir qədər yüklənmədən azad ola bilər. Burada sual ortaya çıxa bilər ki, bəs gedib orada qalıb oxuyacaqlarmı? Necə ki, müəllimlər də, tələbələr də müxtəlif bölgələrdən gəlib Bakıda işləyirlər, çalışırlar və təhsil alırlar, eyni qaydada da həmin insanlar Bakıya yox, məsələn Qəbələyə gedə bilərlər".
Proqramda Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur. Bu da o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, Dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur.
2025-2030-cu illər üçün Dövlət proqramı ilə əlaqədar Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 kilometr metro xəttinin çəkilməsi planlaşdırılır. "Bakı Metropoliteni xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.
Bu sadalananlar yaxın beş il ərzində Bakı şəhərinin nəqliyyat probleminin həlli istiqamətində görüləcək işlərin bir qismi olsa da, əsas verir ki, paytaxt sakinləri və şəhərimizə gələn qonaqlar yaxın gələcəkdə yol-nəqliyyat sarıdan ciddi problemlərlə üzləşməyəcəklər.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB
İsmayıllı rayonunda zəlzələ olub
Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir
QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib
Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib
Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib
Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb
Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb
Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir
Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib
Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub
Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək
Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub
Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var
Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib
Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!