08 Mart 2025 09:25
791
İQTİSADİYYAT
A- A+
İğdır-Naxçıvan kəməri muxtar respublikanın qaz təzhizatının şaxələnməsinə xidmət edir

İğdır-Naxçıvan kəməri muxtar respublikanın qaz təzhizatının şaxələnməsinə xidmət edir


Təməli bir il yarım əvvəl Naxçıvanda qoyulmuş İğdır-Naxçıvan qaz kəmərinin Ankarada videobağlantı formatında açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı hadisənin önəminə bir daha diqqət çəkir. 

İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir. Bununla yanaşı, layihə həm Naxçıvanın, həm də İğdır əhalisinin rifahına dəstək göstərəcək. Kəmərin maksimum illik ötürmə gücü 730 milyon kubmetrdir. Gələcəkdə onun genişləndirilməsi imkanları da var.

Xatırladaq ki, kəmərin təməli 2023-cü il sentyabrın 25-də qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev və həmin vaxt ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Azərbaycan və Türkiyə arasında bu qaz boru kəmərinin tikintisinə dair Anlaşma Memorandumu isə 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. 

Prezident İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən, İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. 

Məlumdur ki, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı bir çox sahələri əhatə edir və bunların sırasında enerji sektoru xüsusi önəm daşıyır. 2006-cı ilin ortalarında tam sistem kimi istifadəyə verilmiş Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri bir polad kəmər kimi ölkələrimizi bir-biri ilə daha sıx bağladı. Artıq 20 ilə yaxındır ki, bu kəmərlə axıdılan neft Türkiyənin ərazisindən dünyaya yol alır. 

Növbəti ilin ortalarında Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı. 2006-cı ildə qazın Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyəyə çatdırılması Azərbaycanı dünyada həm də qaz ixrac edən ölkə kimi tanıtdı. 2018-ci ildə isə Azərbaycan-Türkiyə birgə layihəsi olan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi. 

TANAP 3500 kilometrlik "Cənub qaz dəhlizi"ni yaradan üç kəmərdən ikincisi və ən böyüyüdür. Bu xətt qazı Avropaya daşıyan TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) birləşir. Beləliklə, Azərbaycan qazının da dünyaya yolu Türkiyədən keçir. Hazırda bizdən 12 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya qaz alır. İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində Prezident İlham Əliyev bu barədə belə demişdir: "Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq: "BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq".

Enerji layihələri eyni zamanda nəqliyyat layihələrinin reallaşmasına da imkan verib. Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün getdikcə artır. Xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının böyük faydası var. Ümumiyyətlə, Prezidentimizin dediyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir  

09:34
14 Aprel

Zelenski Trampı Ukraynaya dəvət edib

09:32
14 Aprel

Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub

22:11
13 Aprel

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub  

20:59
13 Aprel

Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar  

20:27
13 Aprel

Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır  

19:42
13 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib  

19:09
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib

18:59
13 Aprel

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb

18:47
13 Aprel

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

18:32
13 Aprel

Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək  

18:13
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim  

18:03
13 Aprel

Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil  

17:39
13 Aprel

Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir  

17:16
13 Aprel

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub 

16:21
13 Aprel

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!