22 Yanvar 2025 08:35
163
SİYASƏT
A- A+
Paşinyan repressiya maşınını işə salıb

Paşinyan repressiya maşınını işə salıb


Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hər cəhdlə uzatmağa çalışan Ermənistanın tənəzzülü bir qədər də sürətli xarakter almaqda, ölkənin üzləşdiyi çətinliklərin miqyası davamlı şəkildə genişlənməkdədir. Bütün bunlar isə ölkədə iqtidarın əhali arasında nüfuzunun daha da aşağı düşməsi ilə müşayiət olunmaqdadır. Araşdırmalar göstərir ki, Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində Ermənistanda ağır bir situasiya formalaşıb.

Baş nazir Nikol Paşinyan isə 2026-cı il seçkilərində ona maneə yarada biləcək bütün siyasi qüvvələri və personaları zərərsizləşdirməyə çalışır.  Hətta iş o yerə gəlib çatıb ki, inanmadığı komanda üzvlərinə qarşı repressiya maşınını işə salıb.  Belə ki, məhkəmə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini general-leytenant Tiran Xaçatryanı həbs edib. O, səhlənkarlıqda ittiham olunur.

"4rd.am" nəşri yazıb ki, əvvəllər "milli qəhrəman" və baş qərargah rəisinin keçmiş müavini barəsində 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə iş açılıb. Generalın özü ittihamları qəbul etmir. "Gözlənildiyi kimi, (müdafiə tərəfinə - red.) 1200 səhifəlik işlə tanış olmaq üçün kifayət qədər vaxt vermədən, hakim Masis Melkonyan ağlabatan şübhə və əsasların olmamasına məhəl qoymadan müstəntiqin vəsatətini təmin etdi və general-leytenant Tiran Xaçatryanı 2 ay müddətinə həbs etdi" - müdafiə tərəfinin bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, beş saata yaxın davam edən məhkəmə iclasında Xaçatryana qarşı irəli sürülən ittihamların əsassızlığı və onun həbsi üçün əsasların olmaması tam təsdiqini tapıb. Xüsusilə vəkillər bildirdilər ki, bu, orta ağırlıqda cinayət törətməkdə təqsirləndirilən şəxsin tutulması ilə bağlı nadir hallardan biridir və istintaqa mane olmaq üçün mücərrəd ehtimal Xaçatryanın dördillik istintaq zamanı davranışı ilə təkzib olunur. Bəyanatda o da qeyd olunur ki, bu cinayət işi üzrə iddia müddəti yaxınlaşır və Xaçatryanı həbs cəzası gözləmir.

Tiran Xaçatryan müharibə zamanı istiqamətlərdən birinə komandirlik edib. 2020-ci ilin oktyabrında hərbi əməliyyatların qızğın vaxtında ona "milli qəhrəman" adı verilib. Lakin sonradan general gözdən düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb Xaçatryanın Paşinyanın "İsgəndər" raketləri ilə bağlı bəyanatına cavab olaraq ironik açıqlamaları olub. Baş nazir bildirib ki, müharibə zamanı raketlər "partlamadı və ya sadəcə 10 faizi partladı". 

General istefa verdikdən sonra dəfələrlə hakimiyyətin siyasətinə tənqidi qiymətlər verib. 2024-cü ilin yanvarında isə o, restoranlardan birində mübahisə və davadan sonra həbs edilib. Dava zamanı Xaçatryan silahdan atəş açaraq, təsadüfən mübahisə ilə heç bir əlaqəsi olmayan restorana gələn qonaqlardan birini yaralayıb. O, həmin il mart ayında zaminə buraxılmışdı.

Belə bir məqamda hökumətə qarşı İrəvanda tədricən yüksəlməyə başlayan etirazların ölkədə növbəti xaos yaradacağı ehtimalını daha da artırıb. Hakimiyyət özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi və rezin gülləsi hesabına dağıtmağa üstünlük verir. Kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur.

Bu problemlər onu deməyə əsas verir ki, Ermənistan kifayət qədər ciddi problemlərlə üz-üzədir. Yaranmış vəziyyət ciddi siyasi böhranın tezliklə ölkədə qarşıdurmanı ən yüksək həddə çatdıracağını göstərir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astronomlar Yerdən 520 işıq ili uzaqlıqda ən güclü küləklərin əsdiyi planet aşkar ediblər

11:11
22 Yanvar

Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı açıqlanıb

11:07
22 Yanvar

68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlər davam edir

11:06
22 Yanvar

ƏMAS-dakı əmək müqavilələrinin 65,4 mini əlilliyi olan şəxslərlə bağlanıb

11:05
22 Yanvar

Azərbaycanla Qambiya arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə olunub

11:04
22 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

11:00
22 Yanvar

AMB inflyasiya proqnozunu açıqlayıb

10:52
22 Yanvar

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

09:49
22 Yanvar

Azərbaycan nefti ucuzlaşıb

09:43
22 Yanvar

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!