22 Yanvar 2025 08:15
146
SİYASƏT
A- A+
Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir


Dünya İqtisadi Forumunda iştirak etmək  həm də yüksək beynəlxalq nüfuzun göstəricisidir


"2025-ci ilin Dünya İqtisadi Forumu "Ağıllı Əsr üçün əməkdaşlıq" mövzusunda qlobal çağırışlara toxunacaq. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlılığın gücləndirilməsi müzakirə olunacaq".  

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib. Deputat bildirib ki, bu baxımdan Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etməsi üçün çox vacib platformadır. Bu platformada iştirakımızın çox böyük əhəmiyyəti var. Onun fikrincə, ümumiyyətlə, Dünya İqtisadi Forumu iqtisadi olduğu qədər də siyasi əhəmiyyət daşıyır. Çünki foruma dövlət və hökumət başçıları, rəsmi  nümayəndələr, biznes strukturlarının rəhbərləri, bir sözlə, 130 ölkədən 3000-ə yaxın yüksək səviyyəli nümayəndə toplaşacaq. "Forum çərçivəsində iqtisadi mövzularla yanaşı, siyasi məsələlər də müzakirə olunur.  Dövlət başçımızın da bu forumda iştirakı çox əhəmiyyətlidir. Davosa etdiyi səfərin ilk günündə dövlət başçımız Çinin CGTN kanalına verdiyi müsahibədə qlobal əhəmiyyət daşıyan bir çox məsələyə münasibət bildirib. Azərbaycan Prezidentinin iqtisadi forum çərçivəsində digər ölkələrin və qlobal şirkətlərin rəhbərləri ilə görüşləri də ənənəvi xarakter alıb. Prezident İlham Əliyev yanvarın 20-də Davosda "OliverWyman Group" şirkətinin baş icraçı direktoru Nik Studer ilə görüşü şirkətin ölkəmizlə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından çox əhəmiyyətlidir", - deyə deputat əlavə edib.  

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin tədbir çərçivəsində bir çox görüş keçirəcəyi, ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparacağı gözlənilir. Onu da qeyd edək ki, Azərbaycanın investisiya və biznes mühiti istər daxili, istərsə də xarici investorlar üçün əlçatandır. 

Deputat hesab edir ki, Davos İqtisadi Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir: "Forumun hesabatları Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir. Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabətqabiliyyətli iqtisadi mühitlə bağlıdır. Bu forumda da iştirakımız ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılmasına və investisiyaların cəlb edilməsinə töhfə verəcəkdir. Forum çərçivəsində dövlət başçılarının siyasi mövzularda müzakirələr  aparması bir çox qlobal xarakterli məsələlərin həll olunmasına imkan verir. Eyni zamanda regional məsələlərin müzakirəsi yeni əməkdaşlığın formalaşmasına və ölkəmizin nüfuzunun daha da artmasına xidmət edir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

09:49
22 Yanvar

Azərbaycan nefti ucuzlaşıb

09:43
22 Yanvar

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

Sərkərdə qüdrəti

08:30
22 Yanvar

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır

08:25
22 Yanvar

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

08:20
22 Yanvar

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

08:15
22 Yanvar

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir

08:10
22 Yanvar

Donald Tramp yeni hədəfləri açıqladı

08:05
22 Yanvar

Tarixin sınağından çıxmış strateji münasibətlər

08:00
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!