22 Yanvar 2025 08:40
158
SİYASƏT
A- A+
Fransanın növbəti utancı

Fransanın növbəti utancı


Keyfiyyətsiz olan Olimpiya medalları Makronun rəzil siyasətinin güzgüsüdür


Fransanın üz qarası kimi tarixə həkk olunan və Makron hakimiyyətinin siyasi sifarişlərinin həyata keçirildiyi ən bərbad Olimpiada kimi tarixə düşən XXXIII Yay Olimpiya Oyunları daha bir biabırçılığı ilə gündəmə gəlib. Belə ki, "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb. Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. 

Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir. Elə bu utancverici fakt siyasi oyunbazıqla məşğul olan Makron hökumətinin bir zamanlar dünyanın mədəniyyət mərkəzi sayılan Fransanı hansı rəzil günə saldığını aydın göstərir. 

   

İdmanın zirvəsi olan yarışın medalı niyə bu vəziyyətdədir?!

 

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında təqdim olunan medallarla bağlı ilk narazılıqlar hələ ötən ilin yayında ortaya çıxmışdır. Amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilmişdir. Bu hadisənin ardınca bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlamışdır. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirmişdir.

Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı "Monnaie de Paris" tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib.

Sözügedən Yay Olimpiya Oyunlarının iki azərbaycanlı mükafatçısının - taekvondo yarışlarında ikinci yeri qazanan Qaşım Maqomedovun gümüş, güləş yarışlarında üçüncü yeri tutan Həsrət Cəfərovun da bürünc medalı keyfiyyətini itirib.

Qaşım Maqomedov bununla bağlı bildirib: "Medalı qazandığım andan ona çox həssas yanaşırdım. Bir müddət onu xüsusi çantada saxlayırdım. Təxminən iki ay çantada qaldı. Arada ona baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına gələndə düşündüm ki, ehtiyat üçün medalı özümlə götürüm. Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasının hansısa tədbirində lazım olar deyə onu özümlə götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb.

Başa düşə bilmirəm, niyə? Mən bu medala həmişə həssas yanaşmışam. Amma sən demə, mən də bir çox idmançı kimi pis keyfiyyətli medalla qarşılaşmışam".

Olimpiya Oyunlarının bürünc mükafatçısı Həsrət Cəfərov isə elə Fransada olduğu vaxt medalının keyfiyyətsiz olduğunu müşahidə edib:  "Medalın rəngi gedirdi. Bir az keçdikcə keyfiyyəti daha da pisləşdi. Azərbaycana qayıdanda məni qarşılamağa gələnlər medalı görüb dedilər ki, medal niyə bu vəziyyətdədir? İdmanın zirvəsi olan yarışın medalı da keyfiyyətli olmalıdır".


Olimpiya Oyunlarına yaraşmayan ölkə


Qədim ənənələrə malik və özündə sülhü, insanlar arasında xoş münasibətləri, sağlam rəqabəti ehtiva edən idman yarışını biabırçı və rəzil şəkildə təşkil etməklə, əslində, Makron hökuməti bütün bəşəri dəyərlərə hörmətsizliyini və onu ayaqlar altına atdığını nümayiş etdirdi. Təşkilatçılığın bərbad səviyyədə olduğu Olimpiadada üzgüçülərin yarışdan sonra mədə-bağırsaq sistemlərində yaranan problemlər Sena çayının idmançılar üçün əsl təhlükə mənbəyi olduğunu göstərdi. 

O da məlumdur ki, XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi sözün əsl mənasında insanlığa qarşı təhqir oldu. Paris mötəbər tədbirin açılışında dünyanın gözü qarşısında cinsi azlıqları təbliğ etdi. Fransa Olimpiadaya evsahibliyindən sui-istifadə edərək bu mötəbər yarışı transgenderlərin keçid törəninə çevirdi. Xristianlığı, İsa Peyğəmbəri, onun həvvarilərini təhqir edən Makronun bu hədsizliyi beynəlxalq ictimaiyyətdə böyük təəssüf və hiddət doğurdu. 

Azərbaycana qarşı şəxsi qərəzi olan ermənipərəst Makron Olimpiadanın açılış mərasimində ölkəmizə qarşı da pis niyyətini ört-basdır edə bilmədi. Həmin zaman "France 2" telekanalı ölkəmizlə bağlı qərəzli ifadələr işlətdi. Azərbaycan tərəfi dərhal təxribatla bağlı bəyanat yaydı. Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi etiraz göndərildi.

Yay Olimpiya Oyunlarında olduğu kimi, Paralimpiya Oyunlarının açılış mərasimində də təşkilatçılar qərəzlərini bir daha göstərərək mərasimin salamlama mərhələsində Azərbaycanın adını çəkmədilər. İnsanlığa sığmayan bu davranışları ilə bu ölkənin başında duranlar mənəvi yoxsulluqlarını göstərdilər.

Gətirdiyimiz nümunələrdən də göründüyü kimi, Makron və komandasının əlindən gələn hər cür çirkinlik və iyrənclikləri etməsi səbəbindən XXXIII Yay Olimpiya Oyunları tarixə rəzalət oyunları kimi düşdü. 

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılara verilən medalların keyfiyyətsiz çıxması Fransanın növbəti utancıdır. Keyfiyyətini itirən Olimpiya medalları Makronun rəzil siyasətinin güzgüsüdür.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hava şəraiti arabir yağıntılı olacaq

12:09
22 Yanvar

Taleh Kazımov: Bu il Azərbaycan iqtisadiyyatında 3,3 faiz artım proqnozlaşdırılır  

12:07
22 Yanvar

Əhliman Əmiraslanov: İqlim dəyişiklikləri həyatımızın bütün sahələrinə təsir edən ciddi çağırışdır

12:06
22 Yanvar

AMB sədri: Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib

12:05
22 Yanvar

CAR-ın G20-yə sədrliyi həmrəylik və bərabərlik prinsipini rəhbər tutacaq

12:03
22 Yanvar

Bakıda TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir

12:01
22 Yanvar

TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər  

11:57
22 Yanvar

Son 4 ildə 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib 

11:55
22 Yanvar

Tovuzda silahlı narkokuryer saxlanılıb

11:52
22 Yanvar

Dünyanın ən böyük investisiya şirkətləri arasında 10-cu yer tutmuş - “The Goldman Sachs Group Inc.” şirkəti  

11:46
22 Yanvar

Rövzət Qasımov: Seçki günü 153 nəfər səsvermə hüququ əldə edəcək

11:44
22 Yanvar

Milli Məclisin sədri Azərbaycanın İtaliyadakı səfirliyində olub

11:19
22 Yanvar

Astronomlar Yerdən 520 işıq ili uzaqlıqda ən güclü küləklərin əsdiyi planet aşkar ediblər

11:11
22 Yanvar

Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı açıqlanıb

11:07
22 Yanvar

68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlər davam edir

11:06
22 Yanvar

ƏMAS-dakı əmək müqavilələrinin 65,4 mini əlilliyi olan şəxslərlə bağlanıb

11:05
22 Yanvar

Azərbaycanla Qambiya arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə olunub

11:04
22 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

11:00
22 Yanvar

AMB inflyasiya proqnozunu açıqlayıb

10:52
22 Yanvar

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!