04 Oktyabr 2024 15:51
1290
PARLAMENT
A- A+
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin geniş tərkibdə iclası keçirilib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin geniş tərkibdə iclası keçirilib

Oktyabrın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş tərkibdə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəliyə 3 məsələnin daxil olduğunu diqqətə çatdırıb.

Əvvəlcə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Təqdim olunan qanun layihəsi çərçivəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi, cəzalarla bağlı təkliflər müzakirə olunub. Bildirilib ki, qanunvericilikdəki dəyişikliklər cəmiyyətin tələblərinə uyğunlaşdırılıb və hüquqi mühitin daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Həmçinin dəyişikliklərin cəmiyyətə fayda gətirəcəyi, vətəndaşların hüquqlarının daha effektiv qorunması üçün vacib olduğu qeyd edilib.

İclasda iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sağlamlıq və sosial xidmət sahəsindəki problemlərin aradan qaldırılması üçün qanunvericilikdəki dəyişikliklərin zəruriliyini vurğulayıb. O, cəmiyyətin sağlamlığının qorunması və vətəndaşların sağlamlıq hüquqlarının müdafiəsi istiqamətində atılacaq addımların əhəmiyyətini diqqətə çatdırıb.

İclasda iştirak edən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə müvafiq qanunvericilik dəyişikliklərinin ekosistemin qorunması baxımından vacib olduğunu bildirib. O, təbii ehtiyatlar məsələsinə toxunub, araq, ekoloji balansın qorunmasının cəmiyyətin rifahı üçün əhəmiyyətini vurğulayıb.

Sonra qanun layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Komitə üzvləri növbəti məsələləri - Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini birinci oxunuşda müzakirə ediblər. Bildirilib ki, təqdim edilən qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə tullantıların idarə olunması sahəsində qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Dəyişikliklərə əsasən tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət olunmamasına görə inzibati cərimənin tətbiq edilməsi, habelə həmin məmulatların tullantılarının ətraf mühitə təkrar atılmasına görə sanksiyanın müəyyən edilməsi təklif olunur.

Qeyd olunub ki, piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutan müvafiq maddələrdən “bayıra hər hansı əşya və tullantıların atılması” sözlərinin çıxarılmasında məqsəd isə bu xətaları ümumiləşdirərək Məcəlləyə yeni maddənin əlavə edilməsidir. Həmçinin dəniz və çay nəqliyyatı gəmilərindən, dəmir yolu nəqliyyatı vasitələrindən tullantıların atılmasına görə də inzibati tənbehlər təklif olunur.

Müzakirələr zamanı deputatlar təqdim olunan sənədlər barədə öz fikir və qeydlərini açıqlayıblar.

Daha sonra qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!