31 Iyul 2024 08:10
98
SİYASƏT
A- A+

Parisdə Azərbaycan himninin səslənməsi bütün təxribatlara layiqli cavab oldu

 

Fransa Olimpiya Oyunlarını siyasi şouya çevirib

 

"Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonrakı və ondan öncəki tarixə baxsaq, Fransanın bu bölgədə həm Türkiyə, həm də Azərbaycana qarşı yeritdiyi siyasət heç də ürəkaçan olmayıb. Bu siyasətin ana xəttini isə islamofobiya, türkofobiya, azərbaycanofobiya təşkil edib. Postmüharibə dövründə də bu məsələlər daha açıq-aydın görünür. Bu müddətdə bir çox dövlətin maskasının yırtıldığının şahidi olduq"

 "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, konkret faktlarla bu məsələ artıq təsdiqini tapıb. Azərbaycan və Ermənistan arasında danışıqların, münasibətlərin normallaşmasının vasitəçisiz müsbət istiqamətdə davam etməsinə baxmayaraq, Fransa başda olmaqla bəzi qüvvələrin kövrək sülhə xələl gətirmək cəhdləri fiaskoya uğramaqdadır. Fransa bütün cəhdlərlə Azərbaycanın uğurlarına kölgə salmağa, Cənubi Qafqazda millitarist siyasət həyata keçirməyə çalışır və bu məqsədlə Ermənistanı silahlandırır. "Onları müharibəyə həvəsləndirir. Bir növ böyük bacı rolunda Ermənistanı bu istiqamətə yönləndirmək siyasəti həyata keçirir. Prezident İlham Əliyevin qəti və milli maraqlara söykənən siyasəti isə hətta preventiv olaraq bunların qarşısını alır. Bu gün Fransanın neokolonialist, həmçinin Azərbaycana qarşı çirkin siyasəti ölkəmiz tərəfindən, demək olar ki, bloklanıb. Bu ölkə gün keçdikcə siyasətinin qurbanına çevrilməkdədir", - deyə o bildirib.

Deputat qeyd edib ki, Paris Olimpiadası böyük idman yarışları olmasına baxmayaraq, Fransanın siyasi girovuna çevrilib. Açılış mərasimindəki təşkilat komitəsinin yarıtmaz fəaliyyəti, aparıcıların dövlətlərə qarşı münasibəti, Şimali və Cənubi Koreyanı bir-birindən ayıra bilməmələri, Azərbaycan idmançılarının keçidindəki verilən yaramaz şərhlər, Ermənistana olan münasibət bütün məsələləri çılpaqlığı ilə ortaya qoydu. Dünya gördü ki, Fransa Olimpiya Oyunlarının keçirilməsinə nəinki hazır, heç layiq də deyil. Narazılıqlar gündən-günə artmaqdadır. Çin nümayəndələr heyətinin qərarı, digər ölkələrin bəyanatları, idmançılara pis münasibət, onların yaşayış şəraitindəki problemlər, cinayətkarlığın artması, hotellərdə ağır vəziyyət, selektiv münasibətlər Olimpiada tarixinə ən rüsvayçı günlər kimi yazılır.

V.İskəndərov Azərbaycan idmançısı Hidayət Heydərovun zəfərini xatırladaraq bildirib ki, onun Parisdə fransız idmançısına qalib gəlməklə Olimpiya çempionu olması, Azərbaycan himnini səsləndirməsi qələbələrimizin ardının gəldiyini göstərir: "Dövlət başçımızın dediyi kimi, qələbələrimiz hələ qabaqdadır. İdman yarışlarındakı bu uğurlar da gücümüzü göstərir. Azərbaycan bütün sahələrdə güclü dövlətdir. Azərbaycan idmançıları ölkəmizi şərəflə, layiqincə təmsil edirlər. İdmançımızın bu qələbəsi həm də müstəqil Azərbaycanın qüdrətinin bir işarəsidir. Hələ yarışlar davam edir. Bir neçə idman növlərində yaxşı nəticələr gözləyirik. Ksenofobiyanın tüğyan etdiyi bir ölkədə Azərbaycan idmançıları bayrağımızı daha da yüksəklərə qaldıracaqlar. Təmsilçilik siyasəti fonunda ölkəmizin gücünü, qüdrətini ortaya qoya biləcəklər".

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video