31 Iyul 2024 09:22
107
CƏMİYYƏT
A- A+

Laçına qayıdan sakin: Sonuncu dəfə bu qədər xoşbəxt olduğumu xatırlamıram


“Laçın bu gün azaddır. Sonuncu dəfə bu qədər xoşbəxt olduğumu xatırlamıram”.

“Report” xəbər verir ki, bu fikirləri Bakıdan Laçın şəhərinə yola düşən keçmiş məcburi köçkün Novruzova Afət söyləyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi qələbə qazandığını diqqətə çatdıran N.Afət onların sayəsində doğma Laçına qayıtdığını deyib:

“Əsas odur ki, Şəhidlərin qanı yerdə qalmayıb. Vətənin hər bir qarışı bizim üçün əziz olsa da, insanın doğulub boya-başa çatdığı yer daha gözəldir. Allah şəhidlərimizə rəhmət etsin. Laçın torpağı bizim üçün müqəddəsdir. Bütün keçmiş məcburi köçkünlərin, qaçqınların tezliklə doğma ata-baba yurdlarına qayıtmalarını arzulayıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video