06 Noyabr 2024 08:45
436
İQTİSADİYYAT
A- A+
Pambıqçılıqda bioloji mübarizənin tətbiqinin nəticələrinə tarla seminarında yekun vurulub

Pambıqçılıqda bioloji mübarizənin tətbiqinin nəticələrinə tarla seminarında yekun vurulub


Salyanda Dövlət sort sınaq məntəqəsinin pambıq sahəsində zərərli orqanizmlərə qarşı tətbiq olunan bioloji mübarizənin nəticələrinə dair tarla seminarı keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, pambıqçılıqla məşğul olan şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.

Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Taleh Zeynalov çıxış edərək bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur: "Bu üsul təsirli olsa da, həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Ona görə də zərərvericilərə qarşı mübarizədə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət kəsb edir. Bioloji mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə olunur".

T.Zeynalovun sözlərinə görə, cari ildə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqların istehsalı sahəsi tərəfindən Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin 15 hektar pambıq sahəsində kimyəvi mübarizə tətbiq etmədən trixoqramma ilə pambıq sovkasının yumurtasına qarşı üç dəfə bioloji mübarizə aparılıb. Hazırda bioloji mübarizə tətbiq olunan sahələrdən 35-40 sentner məhsul istehsalı gözlənilir. 

Ümumilikdə isə cari ildə mərkəz tərəfindən pambıq istehsalı ilə məşğul olan şirkətlərin müraciətləri əsasında pambıqçılıq rayonlarında trixoqrammadan istifadə edilməklə pambıq sovkasının yumurtalarına qarşı 29 min 558 hektar sahədə bioloji mübarizə tətbiq olunub ki, bu da ötən illə müqayisədə 9 min hektar çoxdur. Həmcinin 45 hektar yonca sahəsində tətbiq olunan bioloji mübarizə öz müsbət nəticəsini verib. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb.

Tədbirdə iqlim dəyişikliyi şəraitində ətraf mühit, insan və bitki sağlamlığının qorunması üçün zərərvericilərə qarşı mübarizə zamanı yüksək toksikli pestisidlərdən istifadənin azaldılmasında bioloji mühafizə vasitələrindən istifadənin əhəmiyyəti qeyd edilib.

Sonda Dövlət sort sınaq məntəqəsinin trixoqramma tətbiq olunan pambıq sahələrinə baxış keçirilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi (adamın "tüfeyli" deməyə dili də gəlmir, kaş ki, bütün tüfeylilər bu həşərat qədər faydalı olardı, yəni körpələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Trixoqramma vasitəsilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, tərəvəz bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə edilir.


S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!