01 Oktyabr 2026 12:53
89
SİYASƏT
A- A+
Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır  

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır  


Qütbləşmənin dərinləşdiyi müasir dünyada media cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Media artıq yalnız informasiya mənbəyi deyil, həm də ictimai rəyin formalaşmasına, müxtəlif icmaların bir-birini anlamasına və cəmiyyətlər arasında əlaqələrin güclənməsinə təsir göstərən əsas vasitələrdən biridir. Bu təsir jurnalistikanın üzərinə böyük məsuliyyət qoyur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri Vaciha Qamar “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun “Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” adlı ikinci panel sessiyasında çıxışı zamanı bildirib.

Vaciha Qamar qeyd edib ki, medianın məsuliyyəti beynəlxalq səviyyədə daha da artır. İnsanlar bir çox hallarda başqa ölkə və onun xalqı haqqında ilk təsəvvürlərini media vasitəsilə əldə edirlər. Buna görə də ölkələr və cəmiyyətlər haqqında yayılan məlumatların dəqiqliyi, obyektivliyi və məzmunu xüsusi əhəmiyyət kəsb edir.

Dövlət naziri bildirib ki, yanlış və təhrif olunmuş məlumatlar stereotipləri gücləndirə, cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirə bilər. Bunun əksinə olaraq, xalqların mədəniyyəti, ənənələri, nailiyyətləri və gündəlik həyatı haqqında həqiqi hekayələrin paylaşılması yanlış təsəvvürləri aradan qaldırmağa, qarşılıqlı anlaşma və hörməti möhkəmləndirməyə xidmət edir. Media cəmiyyətlər arasında məsafəni daha da artıra və ya həmin məsafəni aradan qaldıran körpülər qura bilər. Bu baxımdan medianın dialoqa, qarşılıqlı anlaşmaya və xalqlar arasında əlaqələrin inkişafına xidmət etməsi vacibdir.

Vaciha Qamar vurğulayıb ki, AQEM kimi beynəlxalq platformalar bu ortaq məqsədlərin təşviqi, qarşılıqlı etimadın gücləndirilməsi və cəmiyyətlər arasında konstruktiv dialoqun inkişafı üçün mühüm imkanlar yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib  

14:49
01 Oktyabr

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar  

14:46
01 Oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 

14:30
01 Oktyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir  

14:21
01 Oktyabr

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir  

14:09
01 Oktyabr

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

14:01
01 Oktyabr

Qalib liderin media diplomatiyası  

13:53
01 Oktyabr

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

13:51
01 Oktyabr

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir  

13:41
01 Oktyabr

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır  

13:34
01 Oktyabr

Sabah yağış yağacaq, külək güclənəcək

13:33
01 Oktyabr

Müasir Azərbaycan Heydər Əliyevin dövlətçilik məktəbinin təntənəsidir   

13:30
01 Oktyabr

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər  

13:22
01 Oktyabr

Dünyanın diqqəti yenə Bakıdadır  

13:15
01 Oktyabr

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

13:01
01 Oktyabr

Heydər Əliyev siyasi irsi: dövlətçilik, azərbaycançılıq və müstəqil Azərbaycanın gələcək inkişaf xətti  

13:01
01 Oktyabr

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır  

12:53
01 Oktyabr

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir  

12:49
01 Oktyabr

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır  

12:31
01 Oktyabr

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir  

12:22
01 Oktyabr

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk  

11:26
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!