22 İyun 2026 15:01
130
SİYASƏT
A- A+
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib


İyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycanın səfiri Hüseyn Quliyevi qəbul edib.

AZƏRTAC Özbəkistan Prezidentinin ofisinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı və möhkəmləndirilməsində Azərbaycan səfirinin səmərəli işini, onun şəxsi töhfəsini xüsusi qeyd edib.

Görüş əsnasında ən yüksək və digər səviyyələrdə intensiv dialoqun qurulduğu, ticarət və iqtisadiyyatda əhəmiyyətli irəliləyişlərin əldə edildiyi qeyd edilib: son illərdə ticarət dövriyyəsi xeyli artıb, Azərbaycan kapitalı ilə 280 müəssisə və Birgə İnvestisiya Şirkəti yaradılıb.

Daha sonra geologiya, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma, tekstil, əczaçılıq və digər sahələrdə əməkdaşlıq layihələrinin aktiv mərhələdə olduğu, həmçinin mühüm mədəni və humanitar mübadilə proqramlarının həyata keçirildiyi vurğulanıb.

Görüşün sonunda Özbəkistan Prezidenti Hüseyn Quliyevə Özbəkistan-Azərbaycan çoxşaxəli münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfələrinə görə “Mexnat Şuxrati” ordenini təqdim edib.

Səfir diplomatik missiyasına verdiyi yüksək qiymətə görə Özbəkistan dövlətinin başçısına dərin minnətdarlığını bildirib və iki ölkə arasında genişmiqyaslı əməkdaşlığın inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə ona təşəkkür edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzanidən

16:43
22 İyun

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan  

16:42
22 İyun

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

16:39
22 İyun

Bu ilin 5 ayında narkotik vasitələrlə bağlı 3766 cinayət faktı aşkarlanıb  

16:36
22 İyun

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

16:31
22 İyun

Baş katibinin müavini: Azərbaycanın qadın siyasəti digər ölkələr üçün nümunəvi model hesab oluna bilər

16:23
22 İyun

Nazir Məcnun Məmmədovun Lerikdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

16:17
22 İyun

Gülşad Məmmədova: Küləyin sürəti gecəyə doğru zəifləyəcək

15:48
22 İyun

Azərbaycanlılar Gürcüstan əhalisinin 7 faizini təşkil edir

15:47
22 İyun

Tramp administrasiyası Azərbaycanı ən vacib nəqliyyat, enerji və diplomatik proseslərinin mərkəzində dayanan ölkə kimi görür  MÜSAHİBƏ

15:39
22 İyun

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

15:31
22 İyun

Məcnun Məmmədov: Dövlət Proqramının əsas məqsədi daha az resurs sərf etməklə daha çox və keyfiyyətli məhsul götürməkdir  

15:21
22 İyun

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

15:17
22 İyun

Qlobal bərpaolunan enerjinin quraşdırılma gücü ötən ilin sonunda rekord göstəriciyə çatıb

15:04
22 İyun

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

15:01
22 İyun

Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 

14:59
22 İyun

Cənubi Koreyanın keçmiş ədliyyə nazirinə 25 illik həbs cəzası verilib

14:57
22 İyun

Azərbaycan istehsalı olan “Dostlug” tankerinin açılışı baş tutub

14:51
22 İyun

Ukrayna müdafiə qüvvələri Moskva vilayətində kosmik rabitə mərkəzinə zərbə endirib

14:48
22 İyun

Zəfər Qurbanov: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla həyata keçirilir

14:40
22 İyun

Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar

14:39
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!