13 Sentyabr 2024 08:10
316
SİYASƏT
A- A+
Öz gözündə tiri görməyən Avropa İttifaqı

Öz gözündə tiri görməyən Avropa İttifaqı

 

Azərbaycan bundan sonra da Qərbin bəlli dairələrinin niyyətlərini ürəklərində qoyacaq

 

Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər Komitəsinin 11 sentyabr tarixli iclası zamanı İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitənin 3 iyul tarixli ictimai bəyanatına istinad edərək Azərbaycanla bağlı qərəzli çıxış edib. Aİ-nın bu addımı COP29 ərəfəsində olan respublikamıza qarşı Qərbin qarayaxma kampaniyasının tərkib hissəsidir.

 

Ölkəmizin uğurları Qərbin yuxusunu qaçırıb

 

Əslində, Azərbaycanın uğurları Qərbin yuxusunu çoxdan qaçırıb. Belə ki, nailiyyətlərimiz, inkişafımız həmişə Qərb dövlətlərinin və siyasi dairələrinin qısqanclığına səbəb olub. Hələ Vətən müharibəsinə qədər Qərbdə mənzillənmiş təşkilatların, o cümlədən qeyri-hökumət qurumlarının ölkəmizə qarşı məkrli fəaliyyətlərini izləmişik.  Erməni lobbisinin, dünya erməniliyinin maraqlarına xidmət edən həmin təşkilatların işi-gücü ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılmasından ibarət olub. Onlar bu məqsədlə Azərbaycan üçün adi kağız parçası qədər dəyəri olmayan sənədlər qəbul etməkdən tutmuş qərəzli hesabatların hazırlanmasına, mətbuatda yazıların dərcinə qədər məkrli fəaliyyət həyata keçiriblər. Azərbaycana qarşı bu riyakarlıq xüsusən beynəlxalq tədbirlər ərəfəsində daha çox özünü göstərib.
Vətən müharibəsində ölkəmizin qələbəsini və torpaqlarımızın işğaldan azad olunmasını, o cümlədən ərazilərimizdə erməni separatizminə son qoyulmasını həzm edə bilməyən antiazərbaycançı şəbəkə öz məkrli fəaliyyətini hazırda yeni fazaya yüksəldib. Yenə də ölkəmizə qarşı çirkin kampaniyalar aparır, "qara piar"la məşğul olur, Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə obyektivlikdən uzaq fikirlər səsləndirir, qərəzli çıxışlar edirlər. Aİ-nın Azərbaycanla bağlı qərəzli çıxışı da bu qəbildəndir.

 

Aİ Fransada baş verənlərə hələ də münasibət bildirməyib

 

Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı medianın sualına cavab olaraq bildirilib ki, Avropa İttifaqının bu ictimai bəyanata istinadən qərəzli açıqlamalar verməsi qəbuledilməzdir və bu qarayaxma kampaniyasını qətiyyətlə rədd edirik. "Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə qarşı tərəfin Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik.  Aİ tərəfi Fransada "sarı gödəkçələr" aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, islamofobiya və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırmayıb və bu problemlərə adekvat münasibət bildirməyib", - deyə cavabda qeyd olunub.
Aİ ölkələrində insan hüquqlarının pozulmasına dair kifayət qədər problemlərin olduğu, dinc nümayişçilərin polisin qəddar zorakılığı ilə üzləşməsi, insanların üzərinə itlərin saldırılması, onların həbsə atılması bütün dünyaya məlumdur. Məsələnin digər diqqətçəkən tərəfi isə odur ki, Aİ ölkələrində baş verən bu cür hadisələrlə bağlı nə hüquq müdafiəçiləri danışır, nə də hakimiyyət dairələri.  Guya demokratiya yolunda olduqlarını iddia edən Aİ ölkələrində islamofobiyanın, antisemitizmin qarşısının alınması üçün də praktik olaraq heç bir addım atılmır. Avropada insan hüquqlarına hörmətin hansı səviyyədə olduğunu bu qitədə dərinləşən islamofobiyadan, ayrı-seçkilikdən, miqrantların başlarına açılan oyunlardan da görmək olar. Miqrantların hüquqlarının pozulması öz gözündə tiri görməyən Avropa İttifaqının reallıqlarıdır. 

 

İkili  standartların bariz nümunəsi

 

Avropada insan hüquqlarının pozulması ilə bağlı Aİ tərəfindən heç vaxt narahatlıq ifadə olunmayıb. Fransa isə yalnız öz ərazilərində deyil, müstəmləkə altında saxladığı ərazilərdə də insan hüquqlarını kobud şəkildə pozmaqdadır. Yeni Kaledoniyada, Maohi Nuidə (Fransız Polineziyası) Melaneziya, Korsikada xalqların müstəqil yaşamaq və digər bu qəbildən olan hüquqları tapdalanmaqdadır.
O cümlədən bu yaxınlarda başa çatmış Olimpiya Oyunları Fransanın insan hüquqlarını çox kobud şəkildə pozması ilə yadda qaldı və Avropa təşkilatları bu barədə bir kəlmə belə söyləmədilər.
Fransanın bacısı Ermənistanda da baş verən insan hüquqları pozuntuları ilə bağlı Avropa təşkilatları həmişə susublar. Azərbaycan XİN-in məlumatında deyildiyi kimi Aİ-nin himayədarlıq etdiyi Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə Aİ-nin biganə qalması da ikili standartların bariz nümunəsidir. 

 

Riyakarlıq nümunəsinə çevrilən Şvabe

 

Antiazərbaycançı şəbəkənin önündə gələn, ölkəmizə qarşı qərəzli münasibəti ilə tanınan Almaniya Parlamentinin üzvü Frank Şvabenin də son zamanlarda "fəallaşması" Azərbaycanın öz uğurlarının sayını artırması və COP29 kimi mötəbər tədbir ərəfəsində olması ilə bağlıdır. Qeyd edək ki, o son çıxışlarının birində Azərbaycanda "siyasi məhbusların" azad olunmasını istəmişdir. 
Birincisi, Azərbaycanda siyasi məhbuslar yoxdur və bu, F.Şvabenin özünə də yaxşı məlumdur. F.Şvabenin Azərbaycanı bu məsələ ilə bağlı ittiham etməsi onun sadəcə erməni təəssübkeşliyindən irəli gəlir. Qeyd edək ki, erməni lobbisinin təsiri altında olan, yalnız Qarabağ ermənilərinin hüquqlarından dəm vuran F.Şvabe bir dəfə də olsun Ermənistanın işğalı nəticəsində yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsindən, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılardan, Azərbaycanın mədəni irsinin dağıdılmasından, azərbaycanlıların qayıdış hüquqlarının 30 il ərzində taptalanmasından bir dəfə də olsun bəhs etməmişdir. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olduğunu göstərir. Və bu həmin Şvabedir ki, Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin ("Am Abgrund") hazırlanmasında yaxından iştirak edib.
Azərbaycan ictimaiyyəti Şvabe, Okampo və digər onlar kimi erməni maraqlarına xidmət edənlərin ölkəmizə qarşı hücumlarına çox şahidlik edib.  COP29 ərəfəsində yenidən fəallaşan bu qaragüruhun niyyəti beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı qaralamaqdır. Lakin bu cür riyakarlıqlar heç vaxt Azərbaycana təsir göstərə bilməz və respublikamız bundan sonra da öz uğurları ilə Qərbin bəlli dairələrinin və siyasi dəllallarının məkrli niyyətlərini gözlərində qoyacaq. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib 

21:57
14 Oktyabr

Bakıda Macarıstanın Milli Günü qeyd edilib

21:54
14 Oktyabr

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib

21:04
14 Oktyabr

Milli Məclisin sədri: İnnovasiya Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur  

20:53
14 Oktyabr

Azərbaycan Qazaxıstandan ən populyar 10 hava istiqaməti arasında yer alır

20:41
14 Oktyabr

Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək  

20:22
14 Oktyabr

Nazir: Azərbaycanda Macarıstanın 26 şirkəti fəaliyyət göstərir

20:07
14 Oktyabr

Millətlər Liqası: Azərbaycan - Slovakiya oyunu başlayıb

20:04
14 Oktyabr

Praqada Ermənistanın mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb

19:58
14 Oktyabr

Numan Kurtulmuş: Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq

19:53
14 Oktyabr

Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır

19:50
14 Oktyabr

“Lada”nın yeni “üzv”ü təqdim olunacaq

19:41
14 Oktyabr

Mars atmosferindən batareya hazırlanıb

19:33
14 Oktyabr

Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur 

19:21
14 Oktyabr

Türkiyə Böyük Millət Məclisinin üzvləri “Fəxri ağsaqqal” döş nişanı ilə təltif olunublar

19:17
14 Oktyabr

Polşa mina sahələri yaradacaq

19:17
14 Oktyabr

NATO nüvə təliminə başlayır  

19:09
14 Oktyabr

Növbəti 50 ildə gözlənilən önəmli astronomik hadisələr

18:58
14 Oktyabr

İran parlamentinin sədri: Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət veririk

18:53
14 Oktyabr

Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

18:49
14 Oktyabr

Rəsədxana: Oktyabrın 15-16-da geomaqnit qasırğası gözlənilir

18:37
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!