24 Oktyabr 2023 14:39
559
CƏMİYYƏT
A- A+
Ovçuluq biletlərinin verilməsi proseduru sadələşdirildi

Ovçuluq biletlərinin verilməsi proseduru sadələşdirildi

 

Milli Məclisdə “Ovçuluq haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik üçüncü oxunuşda təsdiqlənib .

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycan ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin səmərəli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması Qaydası”nın 1.3-cü bəndinə əsasən, dövlət ovçuluq kadastrı “Ovçuluq haqqında” Qanun ilə müəyyən olunmuş respublika və yerli əhəmiyyətli ovçuluq ərazilərinin kateqoriyaları barədə məlumatları özündə cəmləşdirir.

Qanunun 10.1-ci maddəsinə görə, dövlət ovçuluq kadastrı ov yerlərinin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur. Qanunun tələbinə əsasən, Azərbaycan Respublikasında ovçuluq təsərrüfatları respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Ovçuluq təsərrüfatlarının kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq uyğunsuzluğun aradan qaldırılması məqsədilə Qanunun 10.1-ci maddəsində “ov yerlərinin” sözlərindən sonra “respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının” sözlərinin əlavə edilməsi təklif olunur.

Qanunun 18.1.2-ci maddəsində ovçular cəmiyyətinə üzv olmaq ovçuların hüququ kimi qeyd edilsə də, qanunun 14.3-cü maddəsində ov etmək üçün icazə verilməsinə görə ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmədiyi göstərilib. Ovçular cəmiyyətinə üzv olmaq ovçunun hüququ olmasına baxmayaraq, ov etmək üçün icazənin verilməsinə görə üzvlük biletinin tələb edilməsi qanunun iki norması (18.1.2-ci maddəsi və 14.3-cü maddəsi) arasında uyğunsuzluğun yaranmasına səbəb olub. Qanunun normaları arasında ziddiyyətin aradan qaldırılması məqsədilə qanunun 14.3-cü maddəsində “və üzvlük bileti” sözlərinin çıxarılması, 19.0.1-ci maddəsi ilə ləğv edilməsi təklif edilib.

Qanunun 19.0-cı maddəsinə görə, hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ovçunun ov etmək hüququ dayandırılır. Ovçular cəmiyyətinə üzv olmaq məcburi olmadığına və ovçunun hüququ olduğuna görə qeyd olunan maddənin ləğv edilməsi təklif edilib. Qanunun 19.0.8-ci maddəsinin “heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulan hallarda” redaksiyasında verilməsinin məqsədi “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 64-cü maddəsindən irəli gələn tələblərdir.

Layihənin qəbul edilməsi ilə ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili, ov obyektlərinin mühafizəsinin təmin edilməsi, bu sahələrdə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılmasının təmin edilməsi gözlənilir. Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq, ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli təşkili təmin olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!