08 İyun 2026 19:38
501
DÜNYA
A- A+
Okeanların istiləşməsi rekord həddə çatdı

Okeanların istiləşməsi rekord həddə çatdı

Atmosferə atılan istixana qazlarının yaratdığı artıq istiliyin təxminən 90 faizini udan okeanlarda suyun temperaturu ölçmə tarixinin ən yüksək səviyyəsinə çatıb.

Anadolu Agentliyi xəbər verir ki, BMT Baş Assambleyasının qərarı ilə hər il iyunun 8-i okeanların qorunması və cəmiyyətdə fərqindəlik yaradılması məqsədilə “Dünya Okean Günü” kimi qeyd olunur. Builki mövzu “Yenidən xəyal et: Bildiyimiz dünyanın okeanında, okeanlarımızla yeni bir əlaqə” olaraq müəyyən edilib.

Okeanlar planetin 70 faizdən çoxunu əhatə edir və dünyadakı oksigenin ən azı 50 faizini istehsal edir. Karbon qazının təxminən 30 faizini udaraq qlobal istiləşmənin təsirlərini azaldır. Tərkibində 250 mindən çox dəniz canlısı növü qeydə alınıb. Dünyada 3 milyarddan çox insanın heyvani protein ehtiyacının ən azı 20 faizini təmin edir. Balıqçılıq və akvakultura sahəsində hazırda 60 milyondan çox insan çalışır. 2030-cu ilə qədər bu sahədə daha 40 milyon yeni iş yerinin açılacağı proqnozlaşdırılır.

Ümumdünya Təbiəti Mühafizə Fondunun hesabatına görə, 1970-2020-ci illər arasında dəniz canlılarının populyasiyası 56 faiz azalıb. Buna əsas səbəb kimi qlobal istiləşmə, həddindən artıq balıq ovu, sənaye tullantıları və hava çirkliliyi göstərilir. Hər il okeanlara 8 milyon ton plastik tullantı qarışır və bu, 2 mindən çox canlı növünə zərər verir.

Son iki ildə bu sahədə mühüm addım atılaraq təxminən 5 milyon kvadratkilometrlik dəniz sahəsi mühafizə altına alınıb.

“Advances in Atmospheric Sciences” jurnalında dərc olunan araşdırmaya görə, 2025-ci ildə okeanların səthindən 2 kilometr dərinliyinə qədər olan hissəsində toplanan istilik miqdarı rekord həddə çatıb. Bu istilik dünyanın 2023-cü ildə istehlak etdiyi ümumi enerjidən təxminən 37 dəfə çoxdur. Ən sürətli istiləşmə Cənubi Atlantika, Şimali Sakit okean və Cənub okeanında qeydə alınıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sözünə əməl etdi - Vətənə layiqli əsgər oldu

08:50
15 İyul

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!