08 İyun 2026 19:24
505
İQTİSADİYYAT
A- A+
Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

İstanbulda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli toplantısı yalnız üç ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin qiymətləndirilməsi baxımından deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi və geoiqtisadi istiqamətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türk ekspert Mehmet Gökhan Özçubukçu bildirib.

Onun sözlərinə görə, son illərdə beynəlxalq sistemdə baş verən dəyişikliklər, Rusiya-Ukrayna müharibəsindən sonra formalaşan yeni ticarət marşrutları, qlobal təchizat zəncirlərində yaranan qırılmalar, Avropanın enerji təhlükəsizliyi axtarışları və Çinlə Avropa arasında əlaqələndirmə layihələrinə marağın artması Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyünü Avrasiya məkanında daha görünən və daha strateji mövqeyə gətirib çıxarıb.

“Bu gün üçtərəfli mexanizm artıq yalnız diplomatik məsləhətləşmə platforması kimi deyil, Cənubi Qafqazda formalaşan yeni regional nizamın əsas sütunlarından biri kimi qiymətləndirilməlidir. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq enerji, nəqliyyat, logistika, təhlükəsizlik və iqtisadi inteqrasiya sahələrində konkret nəticələr yaradan nadir regional modellərdən biridir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr bu tərəfdaşlığın praktik nəticələr verən model olduğunu nümayiş etdirir. 2020-ci ildə baş vermiş Vətən müharibəsi və sonrakı proseslər regionun siyasi xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regional inteqrasiyanın qarşısında duran ən böyük maneələrdən birinin aradan qalxmasına şərait yaradıb. Lakin münaqişənin başa çatması davamlı sülhün avtomatik təmin olunması demək deyil. Növbəti mərhələdə sülhün iqtisadi əsaslarının formalaşdırılması vacibdir. Nəqliyyat şəbəkələrinin inkişafı, ticarət dövriyyəsinin genişlənməsi və qarşılıqlı iqtisadi asılılıq mexanizmlərinin yaradılması regional sabitliyin uzunmüddətli xarakter almasına mühüm töhfə verəcək. Azərbaycan–Türkiyə–Gürcüstan əməkdaşlıq modeli bu baxımdan bütün Cənubi Qafqaz üçün nümunə təşkil edir. Dünya təcrübəsi göstərir ki, iqtisadi inteqrasiyanın gücləndiyi regionlarda münaqişə riskləri azalır. Əgər gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişi imzalansa, Cənubi Qafqaz uzun illərdən sonra ilk dəfə genişmiqyaslı iqtisadi əməkdaşlıq mərhələsinə qədəm qoya bilər. Bu halda region təkcə enerji keçid məkanı deyil, həm də Avropa ilə Asiya arasında mühüm istehsal, logistika və ticarət mərkəzinə çevrilə bilər”, – deyə ekspert vurğulayıb.

Mehmet Gökhan Özçubukçu hesab edir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti artıq regional nəqliyyat sisteminin əsas elementlərindən birinə çevrilib. Lakin qarşıdakı dövrdə əsas məsələ xəttin mövcudluğu deyil, onun ötürücülük qabiliyyətinin artırılması və daha səmərəli istifadəsidir. Qlobal ticarətin həcmi artdıqca mövcud imkanların gələcəkdə yetərsiz qalması mümkündür. Buna görə də xəttin modernləşdirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi, yükdaşımaların sürətləndirilməsi və gömrük prosedurlarının optimallaşdırılması böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər BTQ-ni regional dəmir yolu xəttindən Avrasiyanın əsas ticarət arteriyalarından birinə çevirə bilər. BTQ xəttinin inkişafı türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrindən Avropa bazarlarına yönələn yüklərin daşınmasında BTQ mühüm rol oynayır. Buna görə də xəttin inkişafı yalnız üç ölkənin deyil, bütövlükdə Türk dünyasının iqtisadi əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

“Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmaq cəhdləri fonunda Azərbaycan qazının rolu daha da artır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, yeni enerji investisiyaları və bərpaolunan enerji layihələri qarşıdakı dövrdə xüsusi əhəmiyyət kəsb edəcək. Enerji əməkdaşlığı yalnız təbii qazla məhdudlaşmır. Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi külək enerjisi layihələri, Gürcüstanın hidroenerji potensialı və Türkiyənin enerji habına çevrilmək hədəfi yeni əməkdaşlıq istiqamətləri yaradır. Yaşıl enerji və elektrikötürmə layihələri yaxın onillikdə üçtərəfli əməkdaşlığın yeni strateji ölçülərindən birinə çevrilə bilər”, – deyə ekspert bildirib.

Özçubukçu hesab edir ki, bugünkü üçtərəfli görüşün mühüm nəticələrindən biri regional sahiblik anlayışının daha da güclənməsidir. “Cənubi Qafqaz uzun illər böyük güclərin rəqabət məkanı olub. Belə bir şəraitdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında koordinasiyanın gücləndirilməsi regional məsələlərin region ölkələri tərəfindən idarəolunması yanaşmasını möhkəmləndirə bilər. Cənubi Qafqazın gələcəyini müəyyən edəcək əsas amillərdən biri məhz nəqliyyat, enerji və ticarət əlaqələrinin genişləndirilməsi olacaq. Əgər region ölkələri qarşılıqlı əlaqələndirmə layihələri vasitəsilə daha sıx inteqrasiya olunarlarsa, Cənubi Qafqaz rəqabət məkanından əməkdaşlıq platformasına çevrilə bilər. Bu isə həm iqtisadi rifahı artıracaq, həm də siyasi sabitliyi möhkəmləndirəcək. İstanbulda keçirilən 10-cu üçtərəfli toplantı məhz bu baxımdan növbəti diplomatik görüşdən daha artıq məna daşıyır. Bu toplantı regionun gələcək inkişaf istiqamətlərinə dair mühüm mesajlar verir və Azərbaycan–Türkiyə–Gürcüstan əməkdaşlığını Avrasiya miqyasında strateji tərəfdaşlıq modelinə çevirir”, – deyə ekspert əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!