11 Fevral 2024 11:00
624
İQTİSADİYYAT
A- A+
Ötən il qeyri-neft-qaz məhsullarının ixracı 9,8 faiz artıb

Ötən il qeyri-neft-qaz məhsullarının ixracı 9,8 faiz artıb

 

Azərbaycanın ötənilki xarici ticarət əməliyyatlarında ixrac üzrə göstəriciləri açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2023-cü ilin yanvar-dekabr ayları ərzində ölkə üzrə ümumi ixracın dəyəri 33,9 milyard dollar, o cümlədən qeyri-neft sektorunda 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard dollar təşkil edib. 
İl ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 928,2 milyon dollara bərabər olub. Bu dövr elektrik enerjisinin ixracı 3,3, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3, qara metallardan məmulatların ixracı 13,3, meyvə-tərəvəz ixracı isə 8,7 faiz artıb. Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri də 6,2 faiz artaraq 969,2 milyon dollara çatıb. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz yüksələrək 201 milyon dollar olub.
Keçən il ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci, qızıl ikinci, pomidor (tomat) üçüncü yerdə qərarlaşıb. İl ərzində qeyri-neft sektoruna aid ən çox mal və məhsul Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrə Konfederasiyasına, Qazaxıstana ixrac edilib. 
Ötən ilin dekabrına gəldikdə, həmin ay qeyri-neft məhsullarının ixracının dəyəri 3,8 faiz artaraq 314,3 milyon dollar olub. Yeyinti məhsulları üzrə ixrac 0,9, qeyri-yeyinti məhsulları üzrə ixrac 5,4 faiz artımla 207,7 milyon dollar təşkil edib. Ötən ilin dekabr ayında ən çox mal ixrac edilən ölkələrin siyahısında yenə də Rusiya Federasiyası birinci, Türkiyə ikinci, Gürcüstan üçüncü, ixrac edilən məhsulların siyahısında isə xurma birinci, elektrik enerjisi ikinci, pomidor (tomat) üçüncü olub.
2023-cü il Azərbaycan Respublikası Kosmik Agentliyi tərəfindən ("Azərkosmos") 19,8 milyon dollar dəyərində telekommunikasiya xidməti də ixrac edilib. Onu da vurğulayaq ki, yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri sahəsi xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. İl ərzində "Azərkosmos" tərəfindən dünyanın 48 ölkəsinə 19,8 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri göstərilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizinə bərabər olub. Təkcə dekabr ayında "Azərkosmos" dünyanın 45 ölkəsinə 1,8 milyon dollar dəyərində xidmət ixrac edib. Ötən il ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Almaniya və Nigeriya olub.
Cari ilin yanvar ayı ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzindən 11,5 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib. Mərkəzə ötən ay 146 müraciət daxil olub, 291 sertifikat (169 mənşə, 1 baytarlıq, 111 fitosanitar, 10 CİTES) təqdim edilib. Keçən il isə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən qeyri-neft ixracının dəyəri 242,9 milyon dollar olub. Bu dövr ərzində fiziki və hüquqi şəxslər tərəfindən pambıq mahlıcı, pambıq çiyidi, pambıq çiyidi yağı, pomidor, dondurma, pendir, kərə yağı, qənnadı məmulatları, limonad, nar, alma, albalı, qarışıq şirələr, dondurulmuş Xəzər kilkəsi, akvakultur üsulu ilə yetişdirilmiş balıqların kürüsü, tibbi zəli, tullantı qida yağları, su nasosu, fasad örtükləri, klinker, ferrosilisium, polad boru, polad armatur yaymasının ixracı həyata keçirilib. Həmin məhsullar arasında pambıq mahlıcı, polad boru, süd məhsulları, meyvə şirələri, akvakultur üsulu ilə yetişdirilmiş balıq kürüsünün ixracı daha yüksək olub. İxrac edilən ölkələr arasında İsveçrə, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Monqolustan, Almaniya, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Suriya, Livan, Türkmənistan, Seneqal, ABŞ, Kanada, Polşa, Qırğızıstan, BƏƏ, Bolqarıstan, Belarus kimi ölkələr var.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!