10 Sentyabr 2026 09:50
486
SİYASƏT
A- A+
“Orta dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq”

“Orta dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq”


Son günlər, xüsusən də Batumidə keçirilən Gürcüstan Beynəlxalq Dənizçilik Forumundan sonra Orta dəhliz və TRIPP layihələri Gürcüstan ictimaiyyətində yenidən müzakirə mövzusuna çevrilib. İqtisadçılar və ekspertlər bu layihələrin əhəmiyyətinin əsaslı surətdə artdığını bildirirlər.

G.Robokidze Universitetinin professoru, iqtisadçı-alim və ekspert Vaxtanq Çaraia AZƏRTAC-a müsahibəsində deyib ki, Orta dəhliz Gürcüstan, eləcə də regionun digər iştirakçıları üçün mühüm layihədir. Bu layihə həm Gürcüstan, həm Azərbaycan, həm də Asiya və Avropa qitəsi üçün yeni imkanlar yarada bilər. Azərbaycan və Gürcüstanın bu layihədə birgə iştirakı kifayət qədər böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, layihənin reallaşması təkcə mövcud ərazilərdən istifadə hesabına mümkün olmayacaq. Burada ciddi investisiyalar, uzunmüddətli planın olması və hər bir ölkənin layihə çərçivəsində üzərinə götürdüyü işləri nə vaxt başa çatdıracağının müəyyənləşdirilməsi vacibdir. Belə bir planın olması və kifayət qədər böyük investisiya potensialının açılması imkanları mövcuddur.

"Söhbət təxminən 7 milyard dollarlıq investisiyadan gedir. Yüklərin daşınmasına sərf olunan müddət də azaldılmalıdır. Bununla yanaşı, turist axını da artmalıdır. Dünya Bankının qiymətləndirməsinə görə, 2030-cu ilə qədər turizm dövriyyəsi 3 dəfə artmalı, yüklərin daşınma müddəti isə 2 dəfə azalmalıdır. Bütün bunlar Azərbaycan və Gürcüstanın birlikdə həm Avropa İttifaqı, həm də Asiyanın müxtəlif ölkələri üçün ciddi oyunçulara və mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq", - deyə V.Çaraia bildirib.

İqtisadçı-alim TRIPP layihəsinin də əhəmiyyətini xüsusi qeyd edib: "Fikrimcə, Qafqaz regionunun ciddi və əhəmiyyətli oyunçuya çevrilməsi üçün regionda nəqliyyat yollarının şaxələndirilməsi lazımdır. Təkcə bir dəmir yolu, yalnız bir marşrut Cənubi Qafqazı geosiyasi baxımdan əhəmiyyətli oyunçuya çevirə bilməz. Əgər burada müxtəlif nəqliyyat yolları, sülh və tərəfdaşlıq olarsa, bu, biznesə özü üçün ən yaxşı alternativi seçmək imkanı verəcək. Eyni zamanda yaradılacaq marşrutlar arasında müəyyən rəqabətin olması mümkündür. Bu isə xidmətin keyfiyyətini artıracaq, qiymətləri aşağı salacaq və yükdaşımalara sərf olunan vaxtı daha da azaldacaq".

Onun sözlərinə görə, nəticə etibarilə, belə tərəfdaşlıq və sağlam rəqabət, uzunmüddətli perspektivdə regionumuz üçün daha böyük imkanlar yaradacaq.

"Çünki biz son bir neçə onillik ərzində Cənubi Qafqazda davamlı qeyri-sabitlik, münaqişələr və Azərbaycanla Gürcüstan üzərindən keçən faktiki olaraq tək bir əsas marşrutun fəaliyyət göstərdiyi vəziyyətlə üzləşmişik. Fikrimcə, nə qədər çox əməkdaşlıq, tərəfdaşlıq və sülh olarsa, regiondakı hər ölkə və iştirakçı üçün bir o qədər yaxşı olacaq", - deyə ekspert vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!