14 Yanvar 2024 10:00
995
İQTİSADİYYAT
A- A+
Orta dəhliz - qlobal ticarət üçün perspektivli nəqliyyat xəritəsi

Orta dəhliz - qlobal ticarət üçün perspektivli nəqliyyat xəritəsi

 

Bu gün əgər desək ki, dünyanın bir başından o biri başına uzanan yollar gəlib Azərbaycandan keçir, burada heç bir mübaliğə olmaz. Ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin mühüm halqasını təşkil edir. Orta dəhliz adlandırılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daxil olan yüklər də mənzilbaşına ölkəmizin üzərindən ötürülür. Beləliklə, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti ildən-ilə artır.
Elə bu günlərdə  Bakı limanına Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar çatdırılıb. Yaxın vaxtda  Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycandan keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.
Bakıya daxil olan  55 ədəd 40 futluq konteynerdən ibarət  blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri-qida məhsulları təşkil edib. İdxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından "Berkut" fider gəmisi (konteynerdaşıyan) vasitəsilə gətirilən yüklər limanda operativ şəkildə boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.
Yeri gəlmişkən, qeyd edək ki, Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin öz ərazisindən keçən hissəsində yenidənqurma işləri aparıb. Bunun nəticəsidir ki, ötən  il Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Azərbaycan üzərindən tranzit olaraq 2,5 ton yük daşıyıb. Bu da 2022-ci illə müqayisədə xeyli çoxdur.
Bu  il isə Qazaxıstan hökuməti ölkənin şərq regionları ilə Xəzər dənizi sahilindəki Aktau və Kurık limanları arasında nəqliyyat əlaqəsi yaratmaq məqsədilə avtomobil yolunun tikintisinə başlayacaq. 515 kilometrlik Şalkər-Beyinə magistral yolu bir il müddətində tikilib istismara veriləcək və 2027-ci ilə kimi Orta dəhlizlə yükdaşımaların həcmini 10 milyon tona çatdıracaq. Çinin sərhədlərinə qədər uzanan Şalkər-Beyinə magistral yolu Qazaxıstanın tranzit yükdaşımalarda fəal iştirakını təmin edəcək. 
Dünya iqtisadiyyatında böyük rola malik olan Çinin həcmi artıq trilyon dollara çatan ixrac potensialı var. Çin ixracatının 10 faizini Orta dəhliz vasitəsilə həyata keçirsə, tranzit ölkələr, o cümlədən Azərbaycan ildə 2,5-3 milyard dollar tranzit gəlir əldə edə bilər.
Xatırladaq ki, multimodulyar infrastruktura malik olan Orta dəhliz Mərkəzi Asiya, Qafqaz və Türkiyədən keçməklə Çin ilə Avropanı nəqliyyat baxımından əlaqələndirir, Xəzərlə Qara dənizi birləşdirir. Digər nəqliyyat marşrutlarından fərqli olaraq Orta dəhlizlə yüklər Avropadan Asiyaya və əks istiqamətə bir ay deyil, 25 gün ərzində çatdırılır.  Bunun da böyük iqtişadi səmərəsi var. Bu dəhliz Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsini, yükaşırma imkanlarını artıracaq. 
Xatırladaq ki, keçən ay  ADA Universitetində keçirilən  "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" forumunda bu dəhliz haqqında da geniş söhbət getmişdir. Prezident İlham Əliyev Özbəkistan, Qırğızıstan və Çinin mühüm dəmir yolu layihəsinə start verdiklərini müsbət hal kimi dəyərləndirmişdir. Bunun Orta dəhlizə böyük töhfə olduğunu və Xəzərə doğru istiqamət aldığına görə  bizim üçün də cəlbediciliyini qeyd etmişdir. 
Bizim Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulmasını artıq tam başa çatdırdığımız da bildirilmişdir. İndi qatarın sürəti saatda 120 kilometrdir,  bu da bir neçə il əvvəlkindən  iki dəfə çoxdur.
Eyni zamanda  Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsinin  başa çatacağı bildirilmişdir.  Bütün bunlar  yeni yüklərin qəbulu üçün yeni imkanlar yaradır.
Prezidentimiz   bu yolun  işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcəyini diqqətə çatdıraraq demişdir: "Bizim bu yolu Ermənistan ərazisindən davam etdirmək planımız var idi, lakin Ermənistan bundan imtina etdi. Beləliklə, biz İran tərəfi ilə razılaşdıq və biz artıq maşınlar üçün körpü, sonra qatarların Ermənistandan yan keçməsi üçün və Araz çayının cənub sahilində təxminən 50 kilometr dəmir yolu çəkilməsi üçün körpü inşa edirik. Bu yol Naxçıvandan keçir və sonradan Türkiyə dəmir yolu sisteminə qoşulur. Türkiyə tərəfi bizə Qars-Naxçıvan dəmir yolunun da tikintisinin planlaşdırıldığını bildirdi. Beləliklə, bu, Orta dəhlizin daha bir qolu olacaqdır - biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bu, fiziki imkanları artırır, lakin eyni zamanda biz bu yolu kommersiya baxımından daha cəlbedici etməliyik. Bunun üçün biz artıq Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında çox səmərəli əməkdaşlıq formatı yaratmışıq".
Mərkəzi Asiya ölkələrinin bu formata qoşulmağa marağı   da  yaxşı olar. Çünki bu, əslində, Avrasiyanın böyük potensiala sahib olan bir yeni nəqliyyat xəritəsidir.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də bu məsələ önəmli yer tutmuşdur. Dövlət başçısı demişdir: "Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq. Beləliklə, Ermənistan yenə dalan olaraq qalacaq.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!