10 Oktyabr 2026 08:30
194
SİYASƏT
A- A+
Ölkəmiz AQEM-in institusional inkişafına mühüm töhfələr verir

Ölkəmiz AQEM-in institusional inkişafına mühüm töhfələr verir


Müasir beynəlxalq münasibətlər sistemində davam edən transformasiya şəraitində Asiya istiqaməti getdikcə daha böyük əhəmiyyət kəsb etməkdədir. Asiya bu gün təkcə dünyanın ən sıx məskunlaşmış qitəsi deyil, həm də ən mühüm iqtisadi, enerji, nəqliyyat və texnoloji proseslərin kəsişdiyi bir məkandır. Məhz burada ən iri istehsal və ticarət mərkəzləri yerləşir, yeni nəqliyyat marşrutları formalaşır, regional iqtisadi əlaqələr genişlənir və eyni zamanda təhlükəsizlik sahəsində yeni çağırışlar meydana çıxır. Bu səbəbdən Asiya dövlətləri arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlıq mexanizmlərinin inkişafı ayrı-ayrı subregionların hüdudlarını aşan strateji əhəmiyyət daşıyır.

Belə bir dialoqu təmin etməyə yönəlmiş platformalardan biri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir (AQEM). Onun fəaliyyətinin əsasını dialoq, konsensus və etimad quruculuğu təşkil edir. Çoxtərəfli hökumətlərarası format kimi fəaliyyət göstərən AQEM hazırda Asiya ərazisinin təxminən 90 faizini əhatə edən 28 üzv dövləti bir araya gətirir. AQEM-in özünəməxsusluğu, eləcə də, yalnız coğrafi miqyasında deyil, həm də müxtəlif subregionlara, siyasi sistemlərə və xarici siyasət prioritetlərinə malik olan  ölkələri birləşdirməsindədir. Bu gün AQEM çərçivəsində nəqliyyat əlaqəliliyi və energetika, ticarət və investisiyalar, kiçik və orta sahibkarlığın inkişafı, informasiya texnologiyaları, ekoloji təhlükəsizlik, turizm, təhsil və digər sahələr üzrə məsələlər müzakirə olunur.

Eyni zamanda qeyd etmək lazımdır ki, AQEM hərbi-siyasi blok kimi yaradılmamışdır və xarici siyasət mövqeləri bir-birindən ciddi şəkildə fərqlənən və ya eyni zamanda digər regional təşkilatlarda təmsil olunan dövlətlər bu ümum-Asiya platformasında qarşılıqlı fəaliyyət imkanlarına malikdir. Beləliklə, AQEM mövcud regional təşkilatlar sistemini əvəz etmir, əksinə, onu tamamlayır. 

Azərbaycan AQEM-in 28 üzv dövlətindən biri olaraq bu platformanın formalaşmasının ilk mərhələlərindən həmin təşəbbüsü dəstəkləmiş və sonrakı dövrdə onun fəaliyyətində fəal iştirak etmişdir. Eyni zamanda AQEM-də sədrlik Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin mühüm mərhələsi kimi qiymətləndirilə bilər.

Bu istiqamətin Bakı üçün əhəmiyyəti həm də Avrasiya məkanında baş verən daha geniş dəyişikliklərlə bağlıdır. Bu gün Azərbaycanın strateji coğrafi mövqeyi onu regionun ən mühüm nəqliyyat və enerji qovşaqlarından birinə çevirmişdir. Azərbaycanın ərazisindən Şərqlə Qərb arasında mühüm nəqliyyat dəhlizləri və strateji enerji kommunikasiyaları keçir və ya onlar hal-hazırda formalaşmaqdadırlar. Eyni zamanda Mərkəzi, Cənubi, Şərqi və Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici iqtisadi və diplomatik gündəliyinin ayrılmaz hissəsinə çevrilməkdədir.

Bu baxımdan əlaqəlilik anlayışı yalnız nəqliyyat və ya iqtisadi məzmun daşımır. Yeni kommunikasiya xətləri siyasi təmaslar, ticarət, investisiyalar, humanitar mübadilə və dövlətlərarası əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Bir müddət əvvəl bir-birindən uzaq hesab edilən məkanlar bu gün vahid əlaqələr sisteminin tərkib hissəsinə çevrilir. Beləliklə, müxtəlif nəqliyyat və kommunikasiya marşrutlarının kəsişməsində yerləşən Azərbaycan üçün ümum-Asiya formatlarında iştirak aktual hesab edilə bilər. 

Azərbaycanın 2024-2026-cı illərdə  AQEM-ə sədrliyi "Güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və davamlı inkişaf" şüarı altında həyata keçirilir. Azərbaycan tərəfi fəaliyyətin üç əsas istiqamətini müəyyən etmişdir: AQEM-in institusional inkişafı və transformasiyası, etimad tədbirlərinin həyata keçirilməsi vasitəsilə praktiki əməkdaşlığın genişləndirilməsi, habelə AQEM-in digər beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyətinin gücləndirilməsi.

Son illər AQEM çərçivəsində institusional inkişaf və transformasiya məsələləri ardıcıl şəkildə müzakirə olunur. Söhbət mövcud mexanizmlərin möhkəmləndirilməsindən, AQEM Katibliyinin imkanlarının genişləndirilməsindən və iştirakçı dövlətlər arasında əməkdaşlıq üçün daha dayanıqlı təşkilati əsasın yaradılmasından gedir. AQEM-i tamhüquqlu bir təşkilata çevirmək və onun Nizamnaməsinin hazırlanmasına başlamaq haqqında qərar rəsmi olaraq 2022-ci ilin oktyabr ayında Astanada keçirilən AQEM-in VI Zirvə Toplantısında qəbul edilmişdir. Hal-hazırda Nizamnamənin üzərində iş davam etdirilir.

Eyni zamanda qeyd edilməlidir ki, institusional inkişaf praktiki fəaliyyətdən ayrı nəzərdən keçirilmir. Əksinə, sədrliyin əsas vəzifələrindən biri mövcud etimad tədbirlərinin səmərəliliyinin artırılması və yeni əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsidir. Bu çərçivədə nəqliyyat əlaqəliliyinə, rəqəmsallaşmaya, davamlı inkişafa, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, "yaşıl iqtisadiyyat"a, eləcə də humanitar və təhsil sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilir.

Azərbaycanın AQEM-də sədrliyi dövründə artıq konkret nəticələr də əldə olunmuşdur. 2025-ci ildə AQEM-in Qadınlar Şurası və Maliyyə Şurası yaradılmış, iştirakçı dövlətlərin aparıcı universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin inkişafı davam etdirilmiş, biznes forumları, gənclər üçün tədbirlər və digər ixtisaslaşmış görüşlər keçirilmişdir. 2026-cı ildə isə təşkilatın institusional inkişafı və praktiki əməkdaşlıq istiqamətləri üzrə işlər davam etdirilmişdir.

Beləliklə, Azərbaycan sədrliyi dövründə AQEM üçün ənənəvi olan etimad quruculuğu gündəliyini Asiya dövlətlərinin iqtisadi və texnoloji əlaqəliliyi ilə bağlı daha praktik əməkdaşlıq istiqamətləri ilə uzlaşdırmağa çalışır. Azərbaycan yanaşmasının mühüm xüsusiyyətlərindən biri də AQEM-in digər beynəlxalq və regional strukturlarla əməkdaşlığının gücləndirilməsinə verilən önəmdir. Müasir Asiyada artıq çoxsaylı təşkilatlar və əməkdaşlıq mexanizmləri fəaliyyət göstərir. Bu səbəbdən AQEM institusional baxımdan təcrid olunmuş format deyil. Onun əlavə dəyəri müxtəlif istiqamətləri əlaqələndirmək və eyni zamanda bir neçə regional formatda iştirak edən dövlətlər arasında daha geniş dialoq mühiti yaratmaq imkanında özünü göstərə bilər.

2026-cı ilin 15 oktyabr tarixində AQEM-in VII Zirvə Toplantısının Bakıda keçirilməsi gözlənilir. Tədbirdə dövlət və hökumət başçılarının, üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətlərinin, eləcə də beynəlxalq və tərəfdaş təşkilatların iştirakı nəzərdə tutulur.

Azərbaycan üçün belə bir tədbirin Bakıda keçirilməsi diplomatik baxımdan olduqca əhəmiyyətlidir. İlk növbədə, bu, ikiillik sədrliyin nəticələrinin dövlət və hökumət başçıları səviyyəsində təqdim olunmasına imkan yaradır. Digər tərəfdən, son illərdə Azərbaycan müxtəlif səviyyəli beynəlxalq konfrans və görüşlər üçün əlverişli bir məkana çevrilmişdir. Ümum-Asiya sammitinin təşkili bu ənənənin davamı olmaqla yanaşı, Azərbaycanın Asiya qitəsinin müxtəlif hissələrində yerləşən dövlətlərlə birbaşa əlaqələrinin genişlənməsinə də xidmət edir. Nəhayət, sammit çoxtərəfli əməkdaşlıq formatlarının aktuallığını və səmərəliliyini qiymətləndirmək baxımından da əhəmiyyətlidir. Beynəlxalq münasibətlər sisteminin mürəkkəbləşdiyi bir şəraitdə dövlətlərin yalnız ikitərəfli əlaqələrə deyil, fikir ayrılıqlarının mövcud olduğu hallarda belə dialoqu davam etdirməyə imkan verən platformalara ehtiyacı artır.

Məhz bu kontekstdə Azərbaycanın AQEM-də sədrliyi dövründə Bakıda keçiriləcək AQEM-in VII Zirvə Toplantısı daha uzunmüddətli prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Müxtəlif nəqliyyat, iqtisadi və siyasi istiqamətlərin kəsişməsində yerləşən Azərbaycan üçün belə proseslərdə iştirak Asiya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi və ölkənin diplomatik gündəliyinin daha geniş beynəlxalq müstəvidə təşviqi baxımından əlavə imkanlar yaradır. 


Gülşən PAŞAYEVA,

Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ZƏFƏR gündəliyi

09:50
10 Oktyabr

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

09:40
10 Oktyabr

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

09:30
10 Oktyabr

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

09:25
10 Oktyabr

Şərqlə Qərb arasında mənəvi körpü yaradan alim ömrü

09:20
10 Oktyabr

Baş redaktor: "Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq"

09:15
10 Oktyabr

Yeni hədəflər və qarşıya qoyulan vəzifələr

09:10
10 Oktyabr

Məqsəd "Altı iqtisadiyyat - bir məhsul"dur

09:00
10 Oktyabr

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

08:50
10 Oktyabr

Mərkəzi Asiya dövlətlərinin etibarlı tərəfdaşı

08:40
10 Oktyabr

Ölkəmiz AQEM-in institusional inkişafına mühüm töhfələr verir

08:30
10 Oktyabr

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir

08:20
10 Oktyabr

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

08:10
10 Oktyabr

Dövlətçilik iradəsinin, milli məsuliyyətin və gələcəyə inamın tarixi səhifəsi

08:00
10 Oktyabr

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə

00:51
10 Oktyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:50
10 Oktyabr

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:48
10 Oktyabr

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

20:11
09 Oktyabr

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!