10 Oktyabr 2026 08:40
712
SİYASƏT
A- A+
Mərkəzi Asiya dövlətlərinin etibarlı tərəfdaşı

Mərkəzi Asiya dövlətlərinin etibarlı tərəfdaşı


Azərbaycanın xarici siyasətində son illərin ən mühüm nailiyyətlərindən biri ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsidir. 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regionun geosiyasi arxitekturasında mühüm dəyişiklik yaradıb. Beləliklə, ənənəvi C5 formatı Azərbaycanın iştirakı ilə C6 əməkdaşlıq modelinə çevrilib.

Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, bu, sadəcə iştirakçı dövlətlərin sayının artması deyil. Azərbaycanın bu platformaya inteqrasiyası Xəzər dənizinin iki sahilini vahid siyasi, iqtisadi və nəqliyyat məkanında birləşdirən yeni strateji reallığın formalaşması deməkdir. "Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarixi, etnik, mədəni və iqtisadi əlaqələr baxımından Mərkəzi Asiya ilə sıx bağlıdır. Ortaq türk kökləri, dil və mədəni yaxınlıq, əsrlər boyu mövcud olmuş ticarət əlaqələri bu inteqrasiyanın təbii əsaslarını təşkil edir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu və ardıcıl regional siyasəti nəticəsində 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə sədrlik edəcək: "Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün etibarlı siyasi tərəfdaş, beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirən tranzit ölkə kimi mövqeyini gücləndirib. Bu gün Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi qiymətləndirmək üçün kifayət qədər əsas mövcuddur. Xüsusilə qlobal ticarət marşrutlarının dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı və yeni nəqliyyat dəhlizlərinə tələbatın artdığı bir dövrdə C6 formatı daha geniş strateji əhəmiyyət qazanır. Bundan başqa, türk dövlətləri arasında əməkdaşlığın güclənməsi enerji, nəqliyyat, ticarət, rəqəmsal bağlantılar, təhsil, mədəniyyət və humanitar sahələrdə yeni perspektivlər açır. Bu baxımdan C6 formatı ilə Türk Dövlətləri Təşkilatı arasında mövcud olan əməkdaşlıq potensialı da xüsusi diqqətə layiqdir. Hər iki platforma fərqli institusional xüsusiyyətlərə malik olsa da, onların iqtisadi və nəqliyyat gündəliyində mühüm ortaq maraqlar mövcuddur".

P.Vəliyeva bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və çoxvektorlu xarici siyasətin mühüm nəticələrindən biridir. Ölkəmiz son illərdə regional əməkdaşlıq təşəbbüslərində fəal iştirak etməklə, beynəlxalq nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynamaqla öz geosiyasi mövqeyini daha da gücləndirib.

Deputat vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi regionda siyasi dialoqun möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və yeni əməkdaşlıq mexanizmlərinin formalaşmasına xidmət edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO 

19:31
09 Noyabr

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib  

18:57
09 Noyabr

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib  

18:13
09 Noyabr

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib  

17:58
09 Noyabr

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”  

17:58
09 Noyabr

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır 

17:38
09 Noyabr

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

17:08
09 Noyabr

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat  

16:51
09 Noyabr

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib  

16:48
09 Noyabr

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir  

16:38
09 Noyabr

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var

16:29
09 Noyabr

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

16:20
09 Noyabr

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb  

16:11
09 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir  

15:28
09 Noyabr

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

14:39
09 Noyabr

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

14:03
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

13:33
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!