03 İyun 2025 21:19
416
SİYASƏT
A- A+
Ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü

Ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü

Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləri Azərbaycan cəmiyyəti tərəfindən artıq formalaşmış demokratik ənənə kimi qəbul olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində siyasi partiya sədrlərinin birgə səfərləri siyasi müstəvidə tərəflər arasında yaşanan etibarlı münasibətlərin göstəricisidir. Odur ki, müsbət ənənəyə çevrilmiş sözügedən səfərlər artıq ölkənin siyasi gündəliyinin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, milli həmrəylik təzahürü ilə təcəssüm olunan sözügedən demokratik təcrübə ictimaiyyət tərəfindən təqdir olunur və dəstəklənir.

AZƏRTAC xəbər verir ki, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci (daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçın) olan növbəti birgə səfəri baş tutub.

Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi olaraq müxtəlif səpgili layihələr icra edilir. Siyasi partiya sədrlərinin, habelə ölkədə tanınmış alim, politoloq və qələm sahiblərinin iştirakı ilə təşkil olunan çoxsaylı görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və digər bu kimi layihələr mövcud istiqamətdə görülən işlərin sadəcə bir parçasıdır. Bütün bu təşəbbüslər demokratik ənənələri daha da dərinləşdirir və siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət edir.

Budəfəki birgə səfərin ünvanı Cəbrayıl və Zəngilandır. Səfərdə, ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə keçirilmiş səfərin proqramı kifayət qədər zəngin və maraqlı idi.

Səfər çərçivəsində iştirakçılara Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib və düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək imkanı yaradılıb.

Daha sonra səfər iştirakçıları üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Cəbrayıl şəhərinin giriş hissəsində işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhər yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb ilə tanışlıq, həmçinin şəhərin baş planının təqdimatı keçirilib.

Səfər çərçivəsində iştirakçılar Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında geniş məlumat əldə ediblər. Daha sonra qonaqlar üçün Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə ekskursiyalar təşkil olunub.

Siyasi partiya sədrləri ilə birgə səfərdə iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasilərin qarşısında çıxış edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində ötən dövr ərzində görülmüş işlər haqqında geniş məlumat verib.

Sağlam əməkdaşlığın və həmrəylik mühitinin siyasi sabitliyin və demokratik münasibətlərin əsas və prinsipial göstəricilərindən olduğunu vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, mövcud istiqamətdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən nümayiş olunan siyasi iradə əldə olunmuş bütün uğurların əsasını təşkil edir, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan xalqının əzmkarlığı ilə yanaşı, cəmiyyətimizdə yaşanan milli həmrəyliyi və birliyi təcəssüm etdirir.

Cəbrayıl və Zəngilanın timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nümayişi olduğunu bildirən Ədalət Vəliyev qeyd edib ki, bir müddət sonra Qarabağ dünyanın ən füsunkar ünvanlarından biri olacaq. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Böyük Qayıdış Proqramı bu cür nəticələrin əldə olunması üçün müstəsna zəmin yaradır.

Səfər iştirakçılarına bildirilib ki, bölgənin turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!