04 Oktyabr 2023 09:10
1130
SİYASƏT
A- A+
O, müasir dünya siyasətini gözəl bilir

O, müasir dünya siyasətini gözəl bilir

 

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu sözlər İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dəfələrlə təsdiqini tapıb

(Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz )

Dünya siyasətini dərindən bilmək təkcə bu gün baş verən proseslərdən baş çıxarmaq demək deyil.
Ən mühüm məsələlərdən biri hadisələri qabaqlamaq, mümkün variantları görərək onların hər birinə irəlicədən hazır olmaqdır!
Başqa sözlə, əsl siyasətçi sabah, o biri gün, hətta 5-10 il bundan sonra da nələrin baş verəcəyini düzgün proqnoz etməyi bacarmalıdır.
Təkcə öz maraqlarını güdməklə uğur qazanmaq çətindir!
Tərəfdaşlarının, əməkdaşlıq etmək istədiklərinin də maraqlarını nəzərə almalısan, maraqların ən səmərəli ortaq nöqtəsini düzgün müəyyən etməlisən!
Söhbət təkcə siyasi proseslərdən getmir.
Siyasətə bəziləri iqtisadiyyatın çevrilmiş forması da deyirlər.
İqtisadi inkişafın dünya dövlətlərini hansı vəziyyətə gətirəcəyini, kimin nəyə ehtiyac duyacağını bilməsi, onu zamanında qarşılamaq üçün qabaqlayıcı tədbirlərin görülməsi də vacibdir.
Prezident İlham Əliyevin "düşünülmüş siyasət" adlandırdığı gedişlər bütün bu məqamları, hətta daha artığını özündə ehtiva edir.
* Düşünülmüş siyasət uzun müddət üçün nəzərdə tutulur və dəqiq gedişlərə hesablanır.
* Düşünülmüş siyasət uzaqgörənlikdir, siyasi proseslərin haraya aparacağını irəlicədən müəyyənləşdirməkdir.
* Düşünülmüş siyasət müxtəlif zamanlarda görülən ayrı-ayrı işlərin vahid məqsədə xidmətinin təmin edilməsidir.
* Düşünülmüş siyasət təsadüflərdən yaranmır, əksinə, təsadüfi hadisələr baş verdikdə belə onlardan məqsədin uğurla reallaşdırılmasında səmərəli istifadə olunur.
* Düşünülmüş siyasət dünyada baş verən proseslərin diqqətlə izlənilməsi, mümkün nəticələrin irəlicədən nəzərə alınması, baş verə biləcək yeni situasiyada gərəkli gedişlərə hazır variantların mövcudluğudur.
* Düşünülmüş siyasət ən əvvəl yüksək bilik, zəngin təcrübə, analitik təfəkkür, çeviklik və rasionallıq tələb edir.
Biz İlham Əliyevin Azərbaycana iyirmi illk rəhbərliyi dövründə belə bir düşünülmüş siyasətin canlı şahidlərinə çevrildik!
* Azərbaycan heç zaman "qəfləti hadisələr"dən çıxılmaz vəziyyətə düşmədi!

Çünki hər zaman gözlənilməzliklərə hazır oldu!
* Azərbaycan heç zaman tutduğu siyasi xətti dəyişmədi, məqsədə doğru gedən yolda büdrəmələrə imkan vermədi!
Çünki bütün situasiyaları çox-çox qabaqcadan görməyi və nəzərə almağı bacardı!
Budur Azərbaycanı güclü və nüfuzlu dövlətə çevirən!
Budur Azərbaycanı Cənubi Qafqazda söz sahibi edən!
Budur Azərbaycanı dünyada sevdirən, ona etibarlı tərəfdaş, nüfuzlu əməkdaş adını qazandıran!

***
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində uduzmağımız təkcə Birinci Qarabağ müharibəsində məğlub olaraq 20 faiz ərazi itkisi ilə nəticələnməmişdi.
Düşmənlərimiz Azərbaycandan torpaq qoparmağa uzun müddət və hərtərəfli hazırlaşmış, havadarlarının köməyindən gen-bol bəhrələnmiş, irəlicədən xeyli "ideoloji hazırlıq" aparmışdılar.
Hələ səksəninci illərdə SSRİ yaşayırdı, xaricə də, xarici mətbuat səhifələrinə və televiziya kanallarına da ümumittifaq qurumları vasitəsilə çıxış mümkün idi.
Ermənilərin imkanları isə bambaşqaydı.
Əvvəla, Qorbaçov və arvadı tərəfindən onlara lazımi dəstək verilirdi.
İkincisi, hətta sovet dövründən belə erməni kilsəsi və digər vasitələrlə xaricdəki erməni diasporları ilə sərbəst əlaqə saxlayırdılar.
Üçüncüsü, sovetin mərkəzi qəzetləri, xaricə çıxışı olan informasiya agentlikləri və mərkəzi televiziya kanalları ermənilərlə sıx əməkdaşlıq edir, onların bütün yalan və böhtanlarını yazır və yayırdılar.
İlkin mərhələdə ermənilər özlərini ictimai rəyə "vəhşi", "qaniçən" Azərbaycan xalqı tərəfindən hüquqları tapdalanan, dilənçi vəziyyətinə salınan, blokadaya alınaraq sıxışdırılan "zavallı millət", "məzlum xalq" kimi təqdim edə bildilər.
Naxçıvana gedən dəmir yol xəttini kəsərək muxtar respublikada yaşayan əhalini blokadaya saldıqları halda ABŞ-dəki erməni diasporu vasitəsilə ABŞ Senatını azərbaycanlılar tərəfindən blokadaya alındıqlarına inandıraraq Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin qəbuluna nail oldular.
Bir atalar məsəlində deyildiyi kimi: "Adımı sənə qoyum, səni də yana-yana qoyum!"
ABŞ tərəfindən Azərbaycana birbaşa yardımı qadağan edən bu düzəliş hələ də ləğv edilməyib.
Cənab İlham Əliyev həm AŞ PA-da Azərbaycan Milli Məclisinin deputat qrupuna rəhbərlik etdiyi müddətdə, həm də prezidentliyi dövründə erməni yalanlarının ifşası və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində çox inadlı, ardıcıl və səmərəli işlər gördü.
Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanı və Azərbaycan xalqını dünyaya yeni imicdə, olduğu kimi təqdim etməsi və tanıtmasıdır.
Bundan ötrü bir çox vasitədən istifadə etdi:
* Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, mətbuat və söz azadlığının təmini, vətəndaş cəmiyyətinin formalaşdırılması, azad və demokratik seçkilərin keçirilməsi sahəsində görülən işlər və uğurlar beynəlxalq qurum və təşkilatlara çatdırıldı;
* "Hücum diplomatiyası" tətbiq olunaraq erməni yalanlarının ifşasında mühüm işlər görüldü;
* Azərbaycan I Avropa Oyunlarının təşəbbüsçüsü və təşkilatçısı olaraq yüksək standartlar səviyyəsində idman oyunlarını keçirməklə öz qapılarını dünyaya açdı;
* Uğur və nailiyyətlərini, qısa zamanda gördüyü möhtəşəm işləri ortaya qoydu;
* IV İslam Həmrəyliyi Oyunlarına da evsahibliyi etməklə beynəlxalq idman yarışlarını mütəşəkkil qaydada təşkil etməyi bacaran "idman dövləti" imicini qazandı!
* Hazırda dünya üzrə yarım milyard tamaşaçısı olan "Formula-1" yarışları yeddi ildir ki, paytaxt Bakıda keçirilir, azarkeşlər həmin yarışları izləməklə həm də müasir Azərbaycanla tanışlıq imkanı qazanırlar;
* Turizmin inkişafı təkcə gəlir gətirmir, həm də ölkəmizə gələn əcnəbi qonaqlar müstəqillik dövründə görülən işlərlə, xalqımızın adət-ənənələri, unikal mətbəxi, dini tolerantlığı ilə tanış olur, sülhpərvər və mehriban azərbaycanlıları gözləri ilə görürlər;
* Bakıya gələn turistlər İlham Əliyevin yenidən tikib-qurduğu paytaxtla bərabər, əmin-aman, təhlükəsiz, səmimi və gülərüz insanların yaşadığı bir məkanla da tanış olurlar.
***
Azərbaycan Prezidenti İlham Əliyevin ən mühüm uğurlarından biri beynəlxalq təşkilatlara rəhbər seçilməsi, onlara rəhbərliyi dövründə yeni, daha müasir və fərqli siyasət yürütməsi, həmin qurumların nüfuzunu yüksəltməsi, fəaliyyətlərini gücləndirərək onlara yeni nəfəs verməsidir.
İrəlicədən qeyd edək ki, cənab İlham Əliyevin beynəlxalq qurumlara rəhbərliyi zamanı atdığı uzaqgörən və cəsarətli addımlar onun müasir dünya siyasətini dərindən bildiyinin bir daha təsdiqinə çevrildi.
İlham Əliyev xaraktercə güclü, iradəli, cəsarətli və döyüşkən bir insandır!
Sözünü deməyi, mövqeyini sonadək və qətiyyətlə müdafiə etməyi yaxşı bacarır.

Azərbaycan 2011-ci il oktyabrın 24-də 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi.
Əslində, bu həm də Azərbaycanın beynəlxalq nüfuzunun və hörmətinin növbəti təsdiqi idi. 
İlham Əliyev təşkilatın iclasına sədrliyi dövründə bu yüksək tribunadan təkcə Azərbaycanın maraqlarını, erməni yalanlarının ifşası və əsl həqiqətlərin dünyaya çatdırılması vasitəsi kimi istifadə etmədi...
Dünyada baş verən mənfi proseslərdən, inkişaf etməkdə olan ölkələrin problemlərindən, bəşəriyyəti gözləyən təhlükələrdən söhbət açdı, onların qarşısının alınması, köməyə ehtiyacı olan ölkələrə yardım göstərilməsi üçün səmərəli təkliflər verdi.
Azərbaycan Prezidenti BMT-nin tribunasından istifadə edərək BMT-də islahatlar aparılmasının vacibliyini, onun veto hüququna malik daimi üzvlərinin sayının artırılmasının, qəbul etdiyi qətnamələrin icrasına nail olması mexanizminin hazırlanması zamanının çatdığını da göstərdi və əsaslandırdı.
Onun bu mövqeyi müstəmləkəçilik qalıqlarından əziyyət çəkən, güclü dövlətlərin istismarına məruz qalan, daim köməyə ehtiyac duyan dövlətlər tərəfindən yüksək qiymətləndirilərək bəyənildi, Azərbaycana rəğbət bəsləyənlərin sayını əhəmiyyətli dərəcədə artırdı.
İlham Əliyev həm də birləşdirici liderdir, dövlətlər və dövlət başçıları arasında xoş münasibət, dostluq əlaqələri yaratmağı bacarır. 
Onun İslam Əməkdaşlıq Təşkilatına (İƏT) rəhbərliyi zamanı bu keyfiyyətlərinin bir daha şahidi olduq. 
İslam ölkələri dünyanın əsas neft istehsalçıları və ixracatçıları sayılırlar. 
Strateji məhsul olan neft və təbii qaz dünya iqtisadiyyatına, deməli, həm də dolayısı yolla dünya siyasətinə təsir göstərə bilir.
Odur ki, aparıcı dövlətlər islam dövlətləri ilə münasibətlərə xüsusi diqqət yetirirlər, onları öz təsirləri altında saxlamağa çalışırlar. 
Bu məqsədlə "parçala, hökm sür" siyasətinin yeni variantlarını tətbiq edirlər, "ərəb baharı" və "rəngli inqilab"lar törədirlər.
Nəticədə müsəlman dövlətlərini bir-birinə qarşı qoyur, aralarına düşmənçilik toxumu səpir, bir mövqedən çıxış etmələrinə, birgə olmalarına imkan vermirlər.

Hətta bir-biri ilə müharibə edən, müharibə vəziyyətində olan müsəlman dövlətləri də vardır!
İlham Əliyevin İƏT-ə rəhbərliyi dövründə yürütdüyü siyasətin mahiyyəti birlikdə olmağa, keçmişdəki narazılıq və inciklikləri arxada qoyaraq irəliyə baxmağa, maraqları uzlaşdırmaqla əməkdaşlıq əlaqələri qurmağa xidmət edirdi. 
Müəyyən uğurlu nəticələr də oldu.
Azərbaycan ərəb dövlətləri ilə əməkdaşlığa, onlarla ticarət əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı investisiya yatırılmasına xüsusi diqqət yetirir. Son illər bu sahədə xeyli irəliləyiş baş vermişdir.
Türk Dövlətləri Təşkilatının (ilkin adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub) əsası hələ 1992-ci ildə türkdilli dövlətlərin liderləri tərəfindən qoyulmuşdu. 
Amma işlək qurum deyildi.
3 oktyabr 2009-cu ildə isə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən Naxçıvanda imzalanan müqavilə əsasında beynəlxalq təşkilata çevrildi.
Uzun müddət fəaliyyəti hiss olunmayan bu təşkilat Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyi ilə işlək və səmərəli fəaliyyət göstərən bir quruma çevrildi.
Təşkilatın yeni mərhələyə qədəm qoyması əsasən 2021-ci ildə İstanbul Zirvə görüşü ilə başlanır. Bu tədbirdə təşkilatın adı dəyişdirilərək Türkdilli Dövlətlər Təşkilatı (TDT) qoyuldu və Türkmənistan quruma müşahidəçi üzv kimi qoşuldu.
Bu toplantıda TDT-nin Ağsaqqallar Şurası yaradıldı və Türk İnvestisiya Fondunun təşkili məsələsi irəli sürüldü. 
800 milyard dollarlıq xarici ticarət həcmi, 200 milyondan çox əhalisi, 5 milyon kvadratkilometr ərazisi, 8 dövlətdən ibarət olan bu təşkilatın üzvləri arasındakı ticarət cəmi 24 milyard dollar təşkil edir. 
Azərbaycan Prezidenti İlham Əliyevin uzunmüddətli və gərgin fəaliyyəti sayəsində tezliklə işə düşəcək Orta dəhliz təşkilatdaxili əlaqələrin güclənməsinə, ticarət həcminin yüksəlməsinə, qarşılıqlı faydalanma əmsalının artırılmasına imkan yaradacaqdır.
14 yaşlı bu təşkilat məqsəd və prinsiplərinə uyğun olaraq bir sıra daxili qurumlar - Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurasını yaratmaqla əməkdaşlığın yeni formalarından səmərəli istifadə edir. 
Fəaliyyətinin yeni mərhələsinə qədəm qoymuş bu qurumun dünya siyasətinə təsir imkanlarını yüksək qiymətləndirən cənab İlham Əliyev Azərbaycanın üzv ölkələrlə əlaqələrinin bütün sahələrdə möhkəmləndirilməsini xarici siyasətimizin prioritetlərindən biri kimi göstərir.
TDT-nin Səmərqənddə keçirilən IX Zirvə görüşündəki çıxışında İlham Əliyev əməkdaşlığın vacibliyinə toxunaraq demişdir: "Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal, transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".
İlham Əliyev yeni tipli xarizmatik siyasətçi olmaqla yanaşı, hadisələrin gedişatını önləməyi, vaxtında atdığı addımlarla ölkəmizə qarşı yönəlik təhdid və təhlükələri irəlicədən zərərsizləşdirməyi də bacarır.
Maraqlı bir məqam: 
Özlərini lovğalıqla "məğlubedilməz xalq" adlandıran ermənilər müharibə başlayacağı təqdirdə daha çox havadarlarına və müdafiəçilərinə güvənirdilər.
Xüsusən KTMT-yə arxalanır və inanırdılar ki, müharibə başlayacağı halda bu qurum hadisələrə aktiv müdaxilə edərək onların əvəzinə döyüşəcək, torpaqları əbədi işğalda saxlamalarına kömək edəcəkdir.
44 günlük Vətən müharibəsi dövründə Hayastan dəfələrlə KTMT-ni köməyə çağıraraq məğlubiyyətlərinin qarşısını almağa cəhdlər etdi. 
Lakin İlham Əliyevin hələ illər öncə bu variantı görməsi, KTMT-yə üzv dövlətlərlə (onların bir qismi TDT-nin də üzvüdür) bağladığı müqavilələr, yaratdığı dostluq və sıx əməkdaşlıq münasibətləri hayların bu arzusunu ürəklərində qoydu!
Azərbaycanla dostluq və əməkdaşlıq edən Özbəkistan, Qazaxıstan və Belarus ölkəmizə qarşı döyüşməyəcəklərini, hətta KTMT Qarabağ müharibəsinə müdaxilə etsə belə həmin hərbi əməliyyatlarda iştiraka öz ordularının qarışmasına yol verməyəcəklərini irəlicədən bəyan etdilər.
Digər bir məqam:
Türk Dövlətləri Təşkilatına üzv dövlətlər nəinki heç bir halda Azərbaycana qarşı döyüşməyəcəklərini bəyan etdilər, üstəlik, 2021-ci il İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, habelə bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Prezident İlham Əliyevi "Türk dünyasının ali ordeni" ilə təltif etdilər.

 

(Ardı var)


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!