09 May 2025 08:15
609
SİYASƏT
A- A+
Nurlu və uğurlu yol

Nurlu və uğurlu yol


İnsan uzun əsrlərdir yol gedir və ömrünün çoxunu yollarda keçirir. Yollar xeyirlə şər arasında bir sərhəd olmaqla bərabər, həm də körpüdür. Şərin qarşısını kəsdiyi kimi, bəzən də onu düzlüyə, səmimiyyətə dəvət edir, yola gətirir. Aqil insanlar bu yolları xeyirxah məqsədlər - qurmaq, tikmək, yaratmaq, kiməsə dayaq olmaq, nadanlar isə zülm etmək, ev yıxmaq, dava salmaq, can almaq üçün keçib gedir. Yolu salan da, keçən də, ucaldan da, urvatsız edən də, keçilməz qalaya çevirən də insandır.

Həyatda hər insanın öz yolu var. Əsl insan seçdiyi yolu dəyərləndirir, tutduğu yolun sabahına inanır və ömrü boyu öz yolunun sahibinə çevrilir. Çünki seçilən, dəyərləndirilən yol dəyərli, uğurludursa, tək sahibini deyil, digərlərini də yaşadır, mənzilə vaxtında, sevinclə çatdıra bilir. Yaşlılardan eşitdiyim bir məsəli tez-tez xatırlayıram. Müqəddəs insanlardan biri keçdiyi yolda hər gün çətinliklərlə qarşılaşmalı olur. Yaxınlıqdakı evin ikinci mərtəbəsindən onun qarşısına daş-kəsək, toz, zir-zibil tökülür və bu, daim təkrar olunur. İnsanlar bu hörmətli şəxsə öz yolunu dəyişməyi dəfələrlə məsləhət bilsələr də o, yolunu dəyişmir. Bir müddət keçir və artıq əvvəlki hərəkətlər təkrar olunmur. Səbəbini öyrənəndə yola daş-kəsək, zir-zibil tökənin ağır bəlaya düçar olduğunu bildirirlər. Müqəddəs insan bundan ciddi təəssüflənir və səhəri gün bazarlıq edərək həmin adamı yoxlamağı qərara alır. Xəstə hər gün pislik etdiyi şəxsin onu yoxlamağa gəldiyini görəndə kövrəlir, göz yaşlarını saxlaya bilmir, üzr istəyir, böyük səhvə yol verdiyini bildirir. Müqəddəs insan isə əhvalını pozmadan "O sənin yolundur, bu da mənim yolum" deyə xəstəni sakitləşdirir və ona şəfa diləyərək otağı tərk edir. Bəli, bu dünyada hər kəsin saldığı, keçdiyi, əziz tutduğu bir yol var. Müdriklərin izi, yolu bir obadan, bir kənddən başlamasına baxmayaraq, çox vaxt ölkələri, qitələri qət edir, meridianları dolaşır, insanları uğurlara, qələbələrə aparır və əbədiləşir. Ulu Öndər Heydər Əliyev məhz belə bir müqəddəs, unudulmaz yolun sahibidir. Onun saldığı, keçdiyi yolla milyonlar vüqarla, sevinclə irəliləyərək öz məqsədlərinə, arzularına qovuşublar, dövlətin, xalqın etimadını, hörmətini qazanıblar.

Heydər Əliyev yolunun yolçusu olmaq, bu yolun məsuliyyətini dərk edib uğurlarına sevinmək əsl xoşbəxtlikdir. Ulu Öndər seçdiyi yolun ağrılarını, acılarını çox yaşasa da, ancaq onun gələcəyinə, uğurlara qovuşacağına daim inanıb və bunu əməlləri, amalları ilə sübuta yetirib. Müxtəlif vəzifələrə irəli çəkilsə də, yüksək kürsülərə yiyələnsə də, adlara, təltiflərə, mükafatlara layiq görülsə də, Heydər Əliyev tutduğu yoldan heç vaxt dönmədi. Bu yol xalqa, Vətənə xidmət, insana məhəbbət, vədə, sözə, amala sədaqət yolu idi. Əmək fəaliyyətinə başladığı ilk gündən ömrünün sonuna kimi o, öz yoluna, amalına sadiq qaldı, Ümummilli Lider, xalqın xilaskarı adını qazandı. Heydər Əliyev, əlbəttə ki, xalqın xilaskarıdır. Onun keçdiyi yol, siyasi yetkinlik, yüksək təşkilatçılıq bacarığı, bəşəri ideyalar bunu təsdiq etmişdir.

O, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilərkən respublika ittifaqın ən geridə qalan bölgələrindən biri idi. İqtisadiyyatı, elmi, mədəniyyəti böhran vəziyyətində olan respublikada Heydər Əliyev yeni, heç kimin gözləmədiyi bir inqilab etdi. O, insanlara ilk növbədə milli kimliyini, tarixini, dinini, milli-mənəvi dəyərlərini dərk etdirdi, Vətən, xalq borcunu başa saldı. Vəzifə sahiblərinə məsuliyyət aşıladı, sadə adamlara ailəsini ağ günə çıxarmaq üçün necə işləməyi öyrətdi. Ölkənin ictimai-siyasi həyatındakı anarxiyanı, hakimiyyətdaxili intriqanı, böhranı, ədaləti, inamsızlığı aradan qaldırdı. İdarəçilik sistemində ciddi dönüş yaradıldı. Səmərəli sosial-iqtisadi tədbirlər həyata keçirildi, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirildi. Respublikada əlverişli sosial-iqtisadi və mənəvi-siyasi şərait bərqərar edildi.

1970-1980-ci illərdə respublikanın neft-qaz hasilatı sənayesinə və neftqayırma zavodlarının yenidən qurulmasına 4 milyard manatdan çox vəsaitin ayrılması gələcək inkişaf, elə bu günümüz üçün bir bünövrə, zəmanət idi. Həmin illərdə 213 iri sənaye müəssisəsi tikilmiş, sənaye məhsulu istehsalı 2,7 dəfə artmışdı. Bu, əvvəlki 50 ildə olduğu qədər - 101.5 milyard manatlıq məhsul istehsalı demək idi. Azərbaycan sənaye məhsullarının istehsal artımına görə SSRİ-də birinci yerə çıxmışdı. O dövrdə kənd təsərrüfatı xüsusilə sürətlə inkişaf etmişdi. Heydər Əliyevin böyük səyi nəticəsində Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qəbul etdiyi dörd mühüm qərar respublikada aqrar sektorun inkişafına böyük təkan vermişdir. Belə ki, kənd təsərrüfatının ümumi məhsulu 2,7, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmiş, məhsul artımının dəyəri 11,1 milyard manata çatmışdır. Meliorasiya və su təsərrüfatı kompleksinə qoyulan vəsaitin məbləği əvvəlki 50 il ərzində bu sahəyə qoyulan vəsaitdən 2,5 dəfə çox olmuşdur. O dövrdə 7,7 min kilometr şose, 280 kilometr dəmir yolları çəkilmiş, 18,5 milyon kvadratmetr mənzil sahəsi istifadəyə verilmiş, 2,2 milyondan çox insan yeni mənzillərlə təmin edilmişdir. 

Həmin illər respublika iqtisadiyyatının inkişafına 23,9 milyard manat vəsait qoyulmuşdur ki, bu da əvvəlki 50 ildəkindən 1,4 dəfə çox idi. 849 ümumtəhsil  məktəbinin tikilib istifadəyə verilməsi, 6 yeni ali məktəbin yaradılması, C.Naxçıvanski  adına hərbi məktəbin açılması, 1155 kitabxananın, 1316 klubun, 44 muzeyin, 111 kinoteatr binasının istifadəyə verilməsi Heydər Əliyevin böyük təşkilatçılıq bacarığının nəticəsi idi. 

Heydər Əliyev tarixini, dilini, dinini, milli-mənəvi dəyərlərini ürəkdən sevən və qoruyan bir insan, qətiyyətli rəhbər idi. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin ali səviyyədə rəsmi dil statusu alması dilimizə olan sonsuz məhəbbətdən qaynaqlanırdı. Ulu Öndər dilimizə azərbaycançılıq mövqeyindən yanaşır, onun varlığını, qorunmasını nailiyyətlərimizin əsası hesab edir və bildirirdi ki, millətin milliliyini saxlayan onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Ulu Öndər xalqın təkidi ilə Azərbaycanın çox çətin dövründə - parçalanmaya, vətəndaş müharibəsinə getdiyi 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməklə və az vaxtda respublikada ictimai-siyasi sabitlik yaratmaqla, silahlı qruplaşmaları ləğv etməyə nail olmaqla bir daha göstərdi ki, o, həqiqətən xalqın, vətənin xilaskarıdır, böyük iradə, qətiyyət sahibi olan şəxsiyyət, ictimai-siyasi xadim, liderdir. Bu, danılmaz faktdır ki, Ümummilli Liderimiz vətənin, xalqın ağır günündə köməyə çatmasaydı, Azərbaycanın müstəqilliyindən, bugünkü qələbələrdən, parlaq nəticələrdən danışmaq mümkün deyildi.

"Əsrin müqaviləsi"nin, atəşkəs sazişinin imzalanması, torpaq islahatının həyata keçirilməsi, beynəlxalq münasibətlərin yaxşılaşdırılması, ordu quruculuğunun möhkəmləndirilməsi, bütün sahələrdə lazımi islahatların aparılması, dövlət proqramlarının və layihələrin hazırlanması, kadr siyasətinin uğurla həyata keçirilməsi Heydər Əliyevin bugünkü inkişafımız üçün hazırladığı planlar idi və bu planların vacibliyi, səmərəsi hazırkı uğurlu nəticələrdə öz əksini tapır.

Müasir Azərbaycan tarixinin böyük bir dövrü Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Onun rəhbərliyi ilə Azərbaycan uzun illərin çətin sınaqlarından çıxmış, 1970-1980-ci illərdə ağır iqtisadi-mənəvi böhrandan, 1993-cü illərdə isə parçalanmadan qurtulmuş, müstəqilliyini qoruyub saxlamışdır. Bütün dövrlərdə əldə edilmiş sabitlik, vətəndaş həmrəyliyi, davamlı iqtisadiyyat, beynəlxalq aləmdə əldə edilən uğurlar Ulu Öndərin dövlət idarəçiliyi məharətinin, təşkilatçılıq bacarığının ifadəsidir. Heydər Əliyevin diplomatik uğurları hesabagəlməzdir. Onun uzaqgörən diplomatik gedişləri nəticəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatlarda yaxından təmsil olunmuş, aparıcı xarici ölkələrlə münasibətlər yaxşılaşmışdır.

Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri dünya azərbaycanlılarının birliyinə nail olması, azərbaycançılıq ideologiyasını elm səviyyəsinə qaldırması, soydaşlarımızda yüksək vətənpərvərlik hissləri tərbiyə etməsidir. Dahi rəhbər Yeni Azərbaycan Partiyasını yaratmaqla və bu siyasi təşkilatın yarandığı bir neçə aydan sonra iqtidara gəlməsini təmin etməklə dünyaya əvəzsiz siyasətçi, dövlət xadimi olduğunu sübut etdi. YAP dövrün tələbindən yaranmasına  baxmayaraq, məhz Heydər Əliyevin adı, fəaliyyəti ilə qüdrətləndi, beynəlxalq aləmdə tanındı və yekdil siyasi qüvvə kimi formalaşdı.  Bu gün YAP-ın sıralarında birləşən 750 mindən artıq partiya üzvü Heydər Əliyev ideyalarına sadiq olduqlarını əməli fəaliyyətdə, cəbhədə, elm, mədəniyyət, iqtisadiyyat, təhsil sahələrində nümayiş etdirir. 

Partiya son illər beynəlxalq əlaqələrini olduqca genişləndirib, dünyanın ən böyük siyasi qüvvələri ilə sağlam münasibətlər qurub. Ulu Öndərimizin xatirəsi daim əziz tutulur, o, hər an, hər saat hörmət və ehtiramla yad edilir.   

Ulu Öndərimiz yüz illərlə irəlini görən, xalqının qüdrətinə, gücünə inanan, torpaqlarımızın azğın düşməndən təmizlənəcəyinə ümid bəsləyən dahi rəhbər idi. Onun fikirləri, düşüncələri bu günümüzə, Azərbaycanın tam suverenliyinə, xalqımızın parlaq qələbəsinə hesablanmaqla bərabər, həm də ölməz ideyaları gələcəyimizin yol göstərənidir.

2025-ci il xalqımızın tarixinə "Konstitusiya və Suverenlik İli" kimi daxil olub. Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın əhəmiyyəti əvəzsizdir. Ali Qanunumuz bilavasitə Ulu Öndərimizin rəhbərliyi altında hazırlanmış və qəbul edilmişdir. Hakimiyyətin bölünməsi, insan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyi, cəmiyyətin  ölkənin inkişafında rolunun artırılmasının Azərbaycanın hüquqi dövlət kimi formalaşmasına, tanınmasına böyük imkanlar yarada biləcəyinə Ulu Öndərimiz əmin idi və onun təşkilatçılığı ilə hazırlanan və yekdilliklə qəbul olunan Konstitusiyamızın müddəaları keçən illər ərzində bunu sübut etdi. Heydər Əliyev deyirdi: "Hər bir şəxs Konstitusiyaya, qanunlara dönmədən əməl etməlidir, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".

Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Qarabağ regionunun inkişafına böyük diqqətlə yanaşıb. Sovetlər dövründə o, Qarabağa dəfələrlə səfərlər edib, ərazidə yerləşən rayonların təsərrüfat həyatı, mədəniyyəti, iqtisadiyyatı ilə əlaqədar çox mühüm tədbirlərin, layihələrin hazırlanıb həyata keçirilməsinə nail olub. Sovet dövründə Heydər Əliyevin qayğısı nəticəsində Qarabağ rayonları sürətlə inkişaf etmiş, iqtisadiyyatımıza, mədəniyyətimizə mühüm töhfələr vermişdir. Qarabağ torpaqları işğal olunandan sonra da Ulu Öndər daim şəhər və kəndlərimizin erməni təcavüzkarlarından təmizlənməsi üçün bütün səylərini sərf etmiş, dünyanın ən mötəbər tribunalarından  haqq və ədalət səsini ucaltmışdır.  Dahi rəhbər torpaqlarımızın işğaldan azad olunmasına tam əmin idi və Azərbaycanın suverenliyinə, qalib gələcəyinə inanırdı. O, hər an bu günümüzü görmək arzusu ilə yaşayırdı.

Bəli, indi Ulu Öndərin arzuları həqiqətə çevrilib. Ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti, ordumuzun gücü, xalqımızın qəhrəmanlığı və birliyi sayəsində Qarabağ torpaqları azaddır, erməni faşistləri məhv edilib, suverenliyimizi  tam təmin etmişik. Qarabağ və Şərqi Zəngəzur torpaqları Ümummilli Liderin arzuladığı azad, inkişaf edən, çiçəklənən bir məkana çevrilir. Möhtəşəm quruculuq, tikinti, abadlıq işləri, həyata keçirilən proqram və layihələr Heydər Əliyev ideyalarından qaynaqlanır, onun vəsiyyətlərinin əyani nümunəsinə çevrilir. Belə bir dövrdə "Konstitusiya və Suverenlik İli"nin qeyd edilməsi böyük rəhbərin yubileyinə, adına ən böyük hörmət və ehtiramın ifadəsidir.

Heydər Əliyev yolu aydın məqsədlərə, nəcib amillərə, azadlığa, sülhə, dostluğa, qardaşlığa söykəndiyi üçün həmişə uğurlu olub. İndi bu yolu, bu amalları, əməlləri Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının, Ali Baş Komandanın ölkənin sosial-iqtisadi həyatındakı möhtəşəm uğurları, beynəlxalq aləmdə qazandığı nüfuz, xalqın rifahı, təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər, demokratiya, sülh və əmin-amanlıq, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması sahəsində yorulmaz mübarizəsi ona dünyada və xalqımız arasında sonsuz hörmət və məhəbbət qazandırıb. Qarabağ torpaqlarının düşməndən azad olunmasında göstərdiyi fədakarlığa, siyasi iradəyə, vətənə, xalqa, torpağa sonsuz məhəbbətə görə cənab İlham Əliyev Azərbaycan tarixində, xalqın qəlbində əbədi ömür qazanıb. 

Prezident, Ali Baş Komandan 44 günlük müharibə, 23 saatlıq antiterror tədbirləri, erməni faşistlərinin ayaqlarının torpaqlarımızdan tamamilə kəsilməsi ilə, ordumuzun qəhrəmanlığı, xalqımızın fədakarlığı və birliyi ilə dünyaya sübut etdi ki, Azərbaycan Prezidenti müdrikdir, uzaqgörəndir, qətiyyətlidir və düşmənlərə qarşı amansızdır. Ona görə ki, İlham Əliyevin tutduğu yol Heydər Əliyev yoludur, ona qüvvət, inam verən  Ulu Öndərin ideyaları, amalları, arzuları və vətəndaşların etimadı, sevgisidir. 


Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azeri Light” markalı neft bahalaşıb

10:55
20 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  

10:54
20 May

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

10:54
20 May

Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir

10:33
20 May

Baş prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır  

10:30
20 May

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

Təbiət sınağa çəkir

08:55
20 May

Düzgün idarə olunan iqtisadiyyatın təməli

08:50
20 May

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır

08:45
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!