26 Fevral 2026 08:00
190
CƏMİYYƏT
A- A+
Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş olub

Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş olub


Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər təşkil edilir.

Faciənin 34-cü ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən görüşdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin,  Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin mühüm xidmətləri olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib və faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli işlərə başlanılıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin ildönümü hər il həm respublikamızda, həm də ölkə hüdudlarından kənarda geniş şəkildə qeyd olunur.

Xüsusi vurğulanıb ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar mənbəyinə çevrilib. Bu müharibədə Azərbaycan xalqı milli həmrəyliyini və gücünü bütün dünyaya nümayiş etdirərək 30 ildən artıq işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 

Bildirilib ki, 2020-ci il Vətən müharibəsindən və 2023-cü il birgünlük antiterror tədbirindən sonra yaranmış yeni reallıqlar Xocalıya qayıdış üçün şərait yaradıb. "Böyük qayıdış" proqramı çərçivəsində Xocalı şəhərinin bərpası, yaşayış evlərinin və infrastrukturun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bu gün Xocalı sakinlərinin mərhələli şəkildə doğma yurdlarına qayıdışı dövlət strategiyasının əsas prioritetlərindən biridir.

Tədbirdə çıxış edən Xocalı sakinləri Sahibə Şahmuradova, Tacəddin Səfərov və Məlahət Məmmədova onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

Şəhidlərimizin ruhu rahatlıq tapıb

08:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!