28 Yanvar 2026 09:00
200
İQTİSADİYYAT
A- A+
Neft şirkətləri təkcə hasilatla məşğul olmurlar

Neft şirkətləri təkcə hasilatla məşğul olmurlar


Onların sosial layihələrinin də əhatə dairəsi genişdir


Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) ölkənin görkəmli nonkonformist rəssamlarının əsərlərinin nümayişi üçün ayrılmış xüsusi sərgi zallarının təmiri və modernləşdirilməsi işləri başa çatıb. Bu işlərin görülməsini  "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrinin tərəfdaşları maliyyələşdiriblər.

 Ölkəmizdə ən iri neft, qaz və ixrac layihələrinin operatoru olan  BP şirkəti həmin layihələrdəki tərəfdaşları - SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, "ExxonMobil", ITOCHU, "ONGC Videsh", "Eni", MVM və "TotalEnergies"lə birlikdə, eləcə də özü ayrılıqda geniş sosial proqram həyata keçirir. Əməliyyatçı şırkət  hələ neçə illər öncə bəyan edib: "Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük".

 Bu günlərdə uğurla yekunlaşan, Azərbaycan təsviri sənətində 1960-cı illərdə formalaşmış nonkonformist hərəkatın təşviqinə dəstək məqsədilə həyata keçirilən  sosial layihə də məhz həmin təşəbbüslərdən biridir. Layihə çərçivəsində   aparılan yenilənmə işləri zalların həm estetik, həm də funksional xüsusiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib. Müasir işıqlandırma sistemlərinin qurulması və divar səthlərinin müvafiq olaraq hazırlanması bu dəyərli əsərlərin beynəlxalq muzey standartlarına uyğun optimal texniki və vizual şəraitdə nümayişi və saxlanmasını təmin edir.

 Layihə çərçivəsində 800 kvadratmetr divar, 400 kvadratmetr tavan və 330 kvadratmetr döşəmə sahəsi təmir edilib, həmçinin ən azı 150 sənət əsəri üçün qabaqcıl işıqlandırma sistemləri quraşdırılıb və muzey standartlarına uyğun 150 ədəd yeni taxta çərçivə hazırlanıb. 

 Layihənin ictimaiyyətə təqdimatı münasibətilə AMİM-də keçirilmiş tədbirdə  BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib: "Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına və təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləməkdən qürur duyuruq. Bu gün təqdim etdiyimiz layihə Azərbaycanın nonkonformist təsviri sənət məktəbinin təbliğinə birbaşa töhfə verir. Sevindirici məqamlardan biri də odur ki, muzeyin əsaslı şəkildə yenilənmiş zalları artıq Azərbaycanın nonkonformist rəssamlarının möhtəşəm irsini layiqincə təqdim etmək üçün zəruri avadanlıqlarla təchiz edilib və bu da bu unikal əsərlərin tam dolğunluğu və estetik gözəlliyi ilə ziyarətçilərə çatdırılmasına imkan verir. Yenilənmiş zallar və quraşdırılmış müasir avadanlıq bu mədəni irsin ecazkar gözəlliyinin daha canlı görünüşünə, bu qiymətli əsərlərin bütün rəng çalarlarının və incəliklərinin tam möhtəşəmliyi ilə ictimaiyyətə daha əlçatan olmasına xidmət edir. Ümidvarıq ki, bu layihə nonkonformist rəssamların yaradıcılığına həm ölkədə, həm də beynəlxalq səviyyədə layiq olduqları yüksək qiymətin verilməsinə mühüm töhfə olacaq". 

Qeyd edək ki, ümumi dəyəri 358min  89 manat olan bu layihə "Greentech Solutions" MMC tərəfindən icra edilib. 

BP  şirkəti  daha bir bir sosial təşəbbüsün uğurla başa çatdığını bildirib. Bu, Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş bir layihədir.  

Layihənin  əsas məqsəd ölkə üzrə 40 min nəfərdən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9 min uşağın mütaliə tələbatını qarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaq idi.

Bu təşəbbüs müasir ədəbiyyat nümunələrini Azərbaycan dilində hazırlayaraq ölkənin mərkəzi kitabxanaları vasitəsilə oxuculara çatdırmaqla yanaşı, Brayl əlifbasında dayanıqlı mütaliə vərdişlərinin formalaşmasını dəstəkləyən dəyərli resurs bazasının yaradılması baxımından da çox əhəmiyyətlidir.

Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrini əhatə edir. Hər bir kitab ölkə üzrə görmə məhdudiyyətli insanların mütaliə ilə bağlı maraq və ehtiyacları nəzərə alınmaqla diqqətlə seçilib. Seçilmiş əsərlərin müəllifləri sırasında İsa Muğanna, Anar, Elçin, Sabir Əhmədli, Mövlud Süleymanlı, Çingiz Hüseynov, Kobo Abe, Henrix Heyne, Oskar Uayld, Əli Kərim, Vaqif Səmədoğlu və bir çox digər görkəmli yazıçı və şairin adı var.

Kitabların təqdimatı tədbirində BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Biz Azərbaycanda bilik, mədəniyyət və ədəbiyyatı görmə məhdudiyyətli minlərlə insan üçün daha əlçatan etməkdən qürur duyuruq. İnklüzivlik və bərabər imkanlar sosial investisiya strategiyamızın əsasını təşkil edir, bu layihə də icmalarda müsbət dəyişikliklər yaratmaq öhdəliyimizin daha bir nümunəsidir. Ədəbiyyatı Braylda nəşr edərək daha əlçatan etməklə, hamının ölkənin həm mədəni, həm də təhsil həyatında bərabər iştirakını dəstəkləmək və ana dilimizdə davamlı oxu mədəniyyətinin inkişafına töhfə vermək istəmişik. İnanırıq ki, bu layihə cəmiyyətimizin çoxsaylı həssas bir qrupu üçün faydalı olmaqla yanaşı, dəyərli təcrübənin yayılması baxımından da əhəmiyyətli bir sosial təşəbbüsdür".

Bu layihənin ümumi dəyəri isə 133 min manat  təşkil edib. Hər biri 100 nüsxə olmaqla 19 adda ümumilikdə 1900 kitab çapdan çıxıb. Layihə "Azərnəşr" tərəfindən həyata keçirilib.  

Xatırladaq ki, sözügedən dünya-şöhrətli neft-qaz şirkətlərinin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkəmizdəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon dollardan çox vəsait xərcləyib.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

Keçmiş məcburi köçkün: Doğma yurduma qayıtmağıma görə çox sevincliyəm

09:53
28 Yanvar

Cəbrayıl sakini: İllərdir yurd həsrəti çəkirdim  

09:53
28 Yanvar

Yurda dönüş davam edir

09:50
28 Yanvar

Qızılın qiyməti tarixi maksimumu yeniləyib 

09:48
28 Yanvar

Cavabsız cavab

09:45
28 Yanvar

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb 

09:41
28 Yanvar

"Bizlik deyil... Vəsaitimiz yoxdur... Səlahiyyətlərimiz xaricindədir"

09:40
28 Yanvar

Media: Sülh Şurası Trampa Qəzzanı idarə etmək üçün geniş səlahiyyətlər verəcək  

09:39
28 Yanvar

ABŞ-da yağan güclü qar səbəbi ilə ölənlərin sayı 42 nəfərə yüksəlib  

09:38
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!