12 Dekabr 2024 09:05
98
SİYASƏT
A- A+
Nə yaxşı ki Heydər Əliyev gəldi...

Nə yaxşı ki Heydər Əliyev gəldi...


Artıq 21 ildir ki, 12 dekabr müasir Azərbaycan tarixinin ən görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü kimi qeyd olunur. Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmdə də, 1982-1987-ci illərdə SSRİ-nin rəhbər şəxslərindən biri olduğu zaman kəsimində də Sovet İttifaqı kimi nəhəng ölkədə, eləcə də dünya miqyasında qəbul edilən, mövqeyi ilə hesablaşılan və xüsusi nüfuz sahibi olan siyasətçi kimi tanınırdı.

Heydər Əliyev fitri istedadı və şəxsi nüfuzu sayəsində yeganə azərbaycanlı idi ki, belə yüksək məqama çatmış və fəaliyyəti ilə Azərbaycanın güvən yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. 

O da bir acı reallıqdır ki, Heydər Əliyev SSRİ rəhbərliyində tutduğu vəzifələrdən kənarlaşdırılandan sonra ermənilər və Kremldəki havadarları fürsətdən istifadə edərək Azərbaycanın üzərinə səlib yürüşünə qalxdılar və Qarabağda məlum hadisələr, ardınca isə soydaşlarımızın tarixi torpaqlarımızdan sonuncu deportasiyası baş tutdu. Nəticə etibarı ilə torpaqlarımız işğal olundu, minlərlə şəhid verdik və böyük dəhşətlər yaşadıq. Amma faciələrimizin miqyası daha böyük ola bilərdi. Nə yaxşı ki Heydər Əliyevin 1993-cü ilin yayında Azərbaycan rəhbərliyinə ikinci qayıdışı oldu və gələcəkdə daha böyük itkilərin və faciələrin qarşısını aldı. 

Bu, elə bir dövr idi ki, yenicə müstəqilliyini bərpa etmiş ölkə olaraq hərbi təcavüz və işğalın ağır nəticələrini önləmək, bir milyon qaçqın və məcburi köçkünün problemlərini həll etmək, birillik yarıtmaz idarəçilik səbəbi ilə yaranmış xaos və anarxiyanın qarşısını almaq, həmçinin daha ağır nəticələrə səbəb ola biləcək separatçılığa və xarici təhdidlərə qarşı mübarizə aparmaqla ölkəni iqtisadi-siyasi böhrandan çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, düşmənə sinə gərmək, bütövlükdə Azərbaycan cəmiyyətini toparlamaq, xalqın inamını özünə qaytarmaq lazım idi. Bu isə əlbəttə ki, hər siyasətçinin və dövlət adamının öhdəsindən gələ biləcəyi görəv deyildi. Çox şükürlər olsun ki, bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev çətin olduğu qədər də məsuliyyətli və şərəfli olan bu vəzifənin öhdəsindən qətiyyətlə gəlməyi bacardı və Azərbaycanımızı düşdüyü ağır vəziyyətdən çıxardı. 

Heydər Əliyev, həmçinin Azərbaycan Ordusunun yenidən qurulması üçün zaman qazanmağın vacibliyini bilərək 1994-cü ildə atəşkəsə nail oldu, qazanılmış vaxtdan istifadə edərək ölkə iqtisadiyyatını dirçəltmək istiqamətində əhəmiyyətli addımlar atılması üçün lazımi vaxt qazandı. Onu da xüsusi olaraq bildirək ki, Heydər Əliyev siyasi iradə nümayiş etdirərək müxtəlif beynəlxalq platformalarda Qarabağ məsələsində Azərbaycanın haqqını pozmağa imkan verə biləcək bir sənədə belə imza atmadı və bu, gələcəkdə Qarabağın işğaldan azad olunması üçün çox ciddi zəmin yaratdı. Bu mənada qürurla "Ata vəsiyyətini yerinə yetirdim" deyən Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ savaşını Zəfərlə başa çatdırmasının təməlində Heydər Əliyevin də əhəmiyyətli payı olduğu danılmazdır.   

Məhz Heydər Əliyev ideyalarının və irsinin əsas davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli xarici siyasət və davamlı şəkildə göstərdiyi siyasi iradə sayəsində nəinki torpaqlarımız işğaldan azad olundu, eyni zamanda suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi. Bu siyasətin nəticəsidir ki, hazırda regionda yeni reallıqlar formalaşmış və Azərbaycan regionun əsas söz və güc sahibinə çevrilməklə yeni hədəflərə doğru inamla addımlamaqdadır. 

Bu gün hər birimiz Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında müstəsna rolu olan Heydər Əliyevin xatirəsini hörmətlə anır, ona Allahdan rəhmət diləyirik. Əminəm ki, Heydər Əliyev Azərbaycanın ən görkəmli tarixi şəxsiyyətlərindən biri kimi hər zaman tarixdə, xatirələrdə və xalqımızın qəlbində yaşayacaq.


Arzuxan ƏLİZADƏ,

Milli Məclisin deputatı,

Milli İstiqlal Partiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir  

11:31
12 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

Qış melanxoliyası

10:15
12 Dekabr

Əsəd rejiminin çöküşü Ermənistana zərbə oldu

10:10
12 Dekabr

Yeni dövlət standartı - "Yaşıl biznesin idarəedilməsi sistemləri"

10:05
12 Dekabr

Diktatorun rəzil sonu

10:00
12 Dekabr

Aqrar sektor: növbəti illər məhsul istehsalının dinamik artımı proqnozlaşdırılır

09:55
12 Dekabr

Biləsuvarda Ümummilli Liderin anım günü qeyd olunub

09:50
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!