12 Dekabr 2024 10:20
90
SİYASƏT
A- A+
Paşinyan həbslərlə vaxt "öldürür"

Paşinyan həbslərlə vaxt "öldürür"


Ermənistan baş nazirdən narazıdır


Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hər cəhdlə uzatmağa çalışan Ermənistanın tənəzzülü bir qədər də sürətli xarakter almaqda, ölkənin üzləşdiyi çətinliklərin miqyası davamlı şəkildə genişlənməkdədir. Bütün bunlar isə iqtidarın əhali arasında nüfuzunun daha da aşağı düşməsi ilə müşayiət olunmaqdadır.

Araşdırmalar göstərir ki, Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində ağır bir situasiya formalaşıb.

Sabiq nazirlərə qarşı Paşinyan iqtidarının apardığı həbslər isə əhalinin gözünə kül üfürməkdən başqa bir şey deyil. Bu günlərdə Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan 4,5 il müddətinə həbs cəzasına məhkum edilib. Müvafiq qərarı Antikorrupsiya Məhkəməsi çıxarıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə külli miqdarda rüşvət almaqda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. İstintaqın versiyasına görə, A.Piloyan köməkçisi vasitəsilə Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb. Köməkçinin kabinetində axtarış zamanı silah-sursat da aşkar edilib.

A.Piloyan 2022-ci il martın 31-də həbs edilib. Bu, ölkə tarixində nazirin vəzifədə olarkən həbs edildiyi ilk haldır. O, 2022-ci ilin oktyabrında 36,5 min dollar məbləğində girov müqabilində istintaq təcridxanasından azad edilib.

Bütün bunların fonunda isə sadə vətəndaşlar xaricə qaçmağa üstünlük verirlər. Aparılan sorğulardan məlum olub ki, əhalinin 87 faizi yaşayış səviyyəsindən narazıdır. Respondentlərin 28 faizi ölkəni tərk etmək istədiyini bildirib.

İngiltərənin bu ölkədəki konsulluğundan bildirilib ki, Ermənistanı tərk etmək istəyən insanların sayı dəfələrlə artıb. Konsulluğa cari ildə Ermənistanı birdəfəlik tərk edib İngiltərədə yaşamaq istəyən 120 mindən çox vətəndaş müraciət edib.

Bu arada "4rd.am" saytı Paşinyan iqtidarının iqtisadi siyasətinin əsl adının "vergi terroru" və ya əhalinin bütün təbəqələrinə, o cümlədən kiçik və orta biznes nümayəndələrinə, büdcədən maliyyələşən işçilərə, kəndlilərə qarşı "qəddarlıq və aqressiya" olduğunu yazıb. Bildirilir ki, indiki ağır şəraitdə ölkə hakimiyyəti əhaliyə kömək göstərmək, onu müdafiə etmək əvəzinə, daha çox xalqın hesabına varlanmaq barədə düşünür: "İqtidarın iqtisadi aqressiyasından müdafiə olunan yeganə təbəqə oliqarxiyadır. Oliqarxlar sadə vətəndaşlardan fərqli olaraq heç nə itirməyiblər, əksinə, öz kapitallarını daha da çoxaldıblar, inhisarçı mövqelərini genişləndiriblər. Digər tərəfdən bu, əhalinin məmurlar tərəfindən, sözün əsl mənasında, qarət edilməsinin daha bir sübutu olmaqla bərabər, Ermənistanda iqtisadi fəlakətin geniş vüsət alması, iqtisadiyyatın birdəfəlik çöküşü deməkdir".

Belə bir məqamda hökumətə qarşı İrəvanda tədricən yüksəlməyə başlayan etirazların ölkədə növbəti xaos yaradacağı ehtimalını daha da artırıb. Hakimiyyət özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi və rezin gülləsi hesabına dağıtmağa üstünlük verir. Kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur.

Bu problemlər onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti təhlükəli vəziyyətlə üz-üzədir. Yaranmış durum göstərir ki, siyasi böhran tezliklə ölkədə qarşıdurmanı ən yüksək həddə çatdıracaq.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Gəncədə də ehtiramla anılır  

13:31
12 Dekabr

Ceyhun Bayramov: Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir  

13:26
12 Dekabr

Ceyhun Bayramov: Araz çayı üzərində körpü tikintisi davam edir  

13:21
12 Dekabr

Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib  

13:16
12 Dekabr

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

13:11
12 Dekabr

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq  

13:06
12 Dekabr

Bakı metrosunun kollektivi Ulu Öndər Heydər Əliyevin vəfat ildönümünü qeyd edib  

13:01
12 Dekabr

Səhiyyə işçiləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

12:56
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib  

12:51
12 Dekabr

Tacikistanda Ulu Öndər Heydər Əliyevin anım mərasimi təşkil olunub  

12:46
12 Dekabr

Nazir: Azərbaycanda keyfiyyətli təhsil modelinin formalaşdırılması üçün mühüm addımlar atılıb  

12:41
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır  

12:36
12 Dekabr

Baş Prokurorluğun əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib  

12:31
12 Dekabr

DİN-in əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

12:26
12 Dekabr

Azərbaycan nümayəndə heyəti Həştərxanda Ümummilli Lider abidəsi ziyarət edib  

12:21
12 Dekabr

Baş nazir Əli Əsədov Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

12:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

12:11
12 Dekabr

Hikmət Hacıyev: Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir  

12:06
12 Dekabr

Qarabağ Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

12:01
12 Dekabr

Prezidentin köməkçisi: Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır  

11:56
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır  

11:51
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!