12 Dekabr 2024 09:35
1596
İQTİSADİYYAT
A- A+
Azərbaycanın aqrar sektorda bugünkü uğurlarının təməlini Heydər Əliyev qoyub

Azərbaycanın aqrar sektorda bugünkü uğurlarının təməlini Heydər Əliyev qoyub


Azərbaycan tarixinin 34 illik bir dövrü Ulu Öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Bu dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda dahi şəxsiyyətin imzası danılmazdır.

Keçən əsrin 60-cı illərinin sonuna qədər aqrar-sənaye kompleksinin bütün sahələri demək olar ki, xroniki böhran vəziyyətində idi. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi ilə ölkədə canlanma, yeni ab-hava, işgüzar əhvali-ruhiyyə yarandı. Onun titanik əməyi sayəsində 1969-1982-ci illərdə Azərbaycanın aqrar sektorunda yarım əsrə yaxın davam edən geriliyə son qoyuldu. 1970-ci ilin iyulunda Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi.

Bu sənəd respublikada kənd təsərrüfatının sonrakı inkişafı üzrə konkret məsələləri müəyyən edən fəaliyyət proqramı oldu. Tezliklə kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, üzümçülük, meyvəçilik, çayçılıq və heyvandarlıq kimi sahələrinin sonrakı inkişafı üzrə proqramlar işlənib hazırlandı. 

Bu proqramlar vasitəsilə ayrı-ayrı regionlarda bitkiçilik və heyvandarlıq sahələri üzrə ixtisaslaşmanın əsası qoyulmuşdu. Xüsusilə də suvarılan əkinçiliyin respublikada kənd təsərrüfatının inkişafının əsasını təşkil etdiyi ön plana çəkilmişdi. Ona görə də irriqasiya-meliorasiya qurğuları tikintisinin genişləndirilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması, şoran torpaqların yuyulması üzrə işlərin sürətləndirilməsi əsas vəzifələrdən biri hesab edilirdi. İstehsal proseslərinin kompleks mexanikləşdirilməsi və əməyin təşkilinin təkmilləşdirilməsi üzrə işlər də geniş vüsət almışdı. İttifaq hökuməti yuxarıda göstərilən məsələlərin həllini təmin etmək məqsədilə respublikaya texnika əldə etməsi üçün milyonlarla maliyyə vəsaiti, ehtiyat hissələr, tikinti materialları, mineral gübrələr, bitkilərin xəstəliklərinə və zərərvericilərə qarşı mübarizə üçün kimyəvi preparatlar ayırmışdı. Bütün bunlar məhz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində əldə olunmuşdu. O zamanlar üçün bu, çox böyük uğur idi. 13 il dalbadal ümumittifaq yarışlarının qalibi olmaq isə bir ayrı xoşbəxtlikdən xəbər verirdi.

SSRİ-nin məlum süqutundan sonra Ulu Öndərin gərgin əməyi, tükənməz istedadı, zəngin təcrübəsi və təşkilatçılığı sayəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar-sənaye kompleksində əldə olunmuş potensial baza dağıdıldı. İflic vəziyyətinə düşmüş iqtisadiyyatı dirçəltmək,  o cümlədən kənd təsərrüfatında itirilənləri qaytarmaq yenə də Ulu Öndərin "alın yazısı" oldu. İkinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər aqrar sektoru düşdüyü ağır vəziyyətdən çıxarmağa nail oldu. Böyük təcrübə, idrak sahibi olan Heydər Əliyev yaranmış vəziyyəti öz iti ağlı, böyük zəkası ilə bütün incəliklərinə qədər təhlil edərək, dəfələrlə xalqla məsləhətləşmələr apardıqdan sonra bu sahədə islahatların həyata keçirilməsinin labüdlüyünü özünəməxsus cəsarətlə irəli sürdü. 

Ulu Öndər ilk növbədə  pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütünçülük və çayçılıq sahələrində işlərin vəziyyətini hərtərəfli təhlil edərək, mövcud nöqsanları və səhvləri göstərdi. Daha sonra imkanları müəyyən edib kənd təsərrüfatında məhsuldarlığın artırılmasının konkret yollarını təklif etdi. Ulu Öndər yüksək məhsuldarlıqlı, xəstəliyə davamlı yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin uğurlarına, həmçinin toxumçuluq təsərrüfatlarının inkişafına, damazlıq təsərrüfatlarının işinin yaxşılaşdırılmasına və məhsuldar heyvanlar yetişdirilməsi məsələlərinə böyük diqqət yetirirdi. Aqrar sahədə çalışan alimlərin qarşısında dənli bitkilər, pambıq, tərəvəz, meyvə və başqa məhsulların yetişdirilməsi, becərilməsi ilə əlaqədar mütərəqqi texnologiyaların işlənib hazırlanması və tətbiqi üzrə vəzifələr qoyurdu. Və bütün bunlar öz bəhrəsini verirdi. Bunlar reallıqdır, yaşamış olduğumuz yaxın keçmişimizdir.

1995-ci ildən başlayaraq ölkədə aqrar islahatları həyata keçirmək məqsədilə 40-dan artıq hüquqi-normativ sənəd hazırlanaraq qəbul olundu. Azərbaycan Konstitusiyasına uyğun olaraq yeni torpaq qanunvericiliyi ilə vahid torpaq fondu üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları müəyyən edildi. Aqrar sektorun inkişafına təkan verən qərarlara imza atıldı. Kənddə inqilabi dəyişikliklərin başlanmasına start verən bu qərarlardan birinciləri 1995-ci il fevralın 18-də qəbul edilmiş "Sovxoz və kolxozların islahatı haqqında" və "Aqrar islahatının əsasları haqqında" qanunlardır. Bir il sonra "Torpaq islahatı haqqında" qanun da qəbul olundu. Bu, postsovet məkanında ilk qətiyyətli aksiya idi və bu aksiyanın fəlsəfəsini Heydər Əliyev özü hamıdan yaxşı ifadə etmişdi: "Kənddə aqrar islahatlar aparmaq xətti götürmək, torpağı və mülkiyyəti əzəl sahiblərinə, torpaqda yaşayanlara və işləyənlərə qaytarmaq".  Məhz bu islahatlar nəticəsində  respublikamızda mövcud olmuş 2041 təsərrüfat, yəni kolxoz və sovxoz ləğv edilərək onların əkinə yararlı münbit torpaqları təxminən 875 min ailəyə verildi. 

Aqrar sektorda aparılan iqtisadi siyasətin nəticəsində "Ərzaq təhlükəsizliyi proqramı", "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı", "2003-2005-ci illərdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə dövlət proqramı" kimi sənədlər həyata vəsiqə aldı. Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla kəndli sahibkarlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən, həmçinin bir sıra istehsal vasitələri və toxumlar gömrük rüsumlarından azad edildi. Yanacaq yarı qiymətlə satıldı, xeyli texnika və kreditlər verildi, suvarma suyunun satışında böyük güzəştlər edildi. Ulu Öndərin rəhbərliyi ilə aparılan aqrar islahatlar nəticəsində iqtisadi potensialın formalaşmasında həlledici rol oynayan sahibkarlığın təməli qoyuldu, sərbəst və azad rəqabət mühiti yaradıldı. 

Heydər Əliyevin rəhbərliyi və tapşırığı əsasında xarici ölkələrin təcrübəsi öyrənilərək ölkəmizin xüsusiyyəti və xalqımızın mentaliteti nəzərə alınır və milli maraqların qorunması əsas götürülərək təhlillər aparılırdı. Bu təhlillər nəticəsində belə fikir formalaşdı ki, ölkə iqtisadiyyatını, o cümlədən aqrar bölməni bu çətin vəziyyətdən çıxarmaq üçün heç bir səmərə verməyən inzibati-amirlik metodundan əl çəkmək və bazar münasibətlərinə əsaslanan iqtisadi sistemə keçmək lazımdır. Bunun üçün islahatlar həyata keçirilməli, dövlətin mülkiyyətində olan əmlakın bir hissəsi özəlləşdirilərək xüsusi mülkiyyətə verilməlidir ki, ölkədə sahibkarlıq inkişaf etsin. Bununla əlaqədar hələ 1994-cü ilin martında keçirdiyi müşavirədə Ulu Öndər demişdi: "Bildiyiniz kimi, respublikamız ağır iqtisadi-sosial böhran içərisindədir. Respublikanın iqtisadiyyatının və sosial həyatının bütün sahələrini bürüyən bu böhran, təəssüf ki, ilbəil dərinləşir, ölkənin həyatına onun mənfi təsiri güclənir. Mən respublikanın bu vəziyyətdə olması barədə öz fikirlərimi dəfələrlə demişəm, təkrara ehtiyac yoxdur. Kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik".

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 3 onillikdən çox bir dövrün aqrar sektorunu xarakterizə edən uğurları rəqəmlərin dili ilə sadalamaq da olar. Amma buna ehtiyac olmadığını məqsədəuyğun sayaraq, deyə bilərik ki, hər kəsə bəlli olan müsbət faktları özündə ehtiva edən kənd təsərrüfatının bugünkü inkişafı məhz Ulu Öndərin xidmətlərinə bağlıdır. Heydər Əliyevin  aqrar sahəyə göstərdiyi qayğı və diqqət, həmçinin imzaladığı fərmanların tam həcmdə icrası bu gün Prezident İlham Əliyevin nəzarətindədir. Aqrar sənaye-kompleksində görülən işlər, əldə olunan  müsbət nəticələr deməyə əsas verir ki, Heydər Əliyevin aqrar siyasət xətti uğurla davam etdirilir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

01:39
15 Noyabr

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli və "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:38
15 Noyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:33
15 Noyabr

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!