06 Dekabr 2025 08:10
171
İQTİSADİYYAT
A- A+
Sosial müdafiə xərclərində artım və məşğulluq proqramlarının genişləndirilməsi gələn il də davam edəcək

Sosial müdafiə xərclərində artım və məşğulluq proqramlarının genişləndirilməsi gələn il də davam edəcək


Ölkəmizin dinamik inkişafını və möhtəşəm Zəfər zirvəsinə ucalmasını yüksək səviyyədə təmin edən Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq Azərbaycanda vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır. Bunun üçün ölkəmizdə sosial müdafiə xərcləri ildən-ilə artırılır. 

Dövlətimizin başçısı 2025-ci il yanvarın 7-də yerli telekanallara müsahibəsində sosial sahəyə verilən önəmi vurğulayaraq demişdir: "Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar". 

Qeyd edək ki, ölkə Prezidentinin fərman və sərəncamları əsasında 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir. Bu islahatlarla sosial ödənişlərdə ciddi artımlara nail olunub. O cümlədən qeyd edilən dövrdə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfəyədək, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsait 5 dəfə artıb. 

Cari ilin əvvəlindən başlayaraq, 1,9 milyon şəxsi əhatə edən və 885 milyon manat vəsaiti özündə ehtiva edən, həmçinin pensiyaların indeksləşdirilməsi də nəzərə alınaraq, 1,4 milyard manatlıq yeni, 2018-ci ildən isə 5-ci sosial islahat zərfi həyata keçirilib. 

Bu islahat paketi çərçivəsində ölkəmizdə 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb.  Minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi Vahid Tarif Cədvəlinin 19 pilləsinin hər biri üzrə maaşlar orta hesabla 16 faiz artırılıb və beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaş artımına imkan verib. 

Həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.  Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. artırılıb. 

Bütün növ pensiyalar da 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1 faiz artırılıb. 2025-ci il fevralın 1-dən isə minimum pensiya 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb. 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb.  2025-ci ilin 1 iyulundan isə şəhid ailələri, əlilliyi olan şəxslər (o cümlədən müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmətlə,  ümumi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, gözdən əlilliyi olan şəxslər) Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları,  Prezidentin fərdi təqaüdünü alanlar, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr, aztəminatlı ailələr, himayədar və övladlığa uşaq götürən ailələr, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum uşaqların qəyyumları və digər kateqoriyalardan olan şəxslərə yönələn müavinət və təqaüdlərdə, habelə uşağın anadan olmasına görə və ya dəfn üçün birdəfəlik müavinətlərdə növbəti artımlar edilib.

Milli Məclisdə gələn il üzrə müzakirə olunan büdcə layihələri göstərir ki, ölkəmizdə sosial müdafiə xərclərində artım dinamikası gələn il də davam edəcək. Bu da aparılan sosial islahatların davamlı olduğunu, əhalinin rifahının yüksəldilməsi və həssas qrupların sosial müdafiəsinin dövlətin diqqət mərkəzində dayandığını bir daha təsdiqləyir. 

Bu gün sosialyönümlü xərclərin çəkisinin dövlət büdcəsində 41 faiz olması da sosial rifahın dövlət siyasətinin başlıca istiqaməti olduğunu göstərir.  Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclər bu illə müqayisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manata çatacaq. Bu, son 7 ildə dövlət büdcəsindən sosialyönlü xərclər üçün ayrılan vəsaitin həcminin 2,2 dəfə artdığını göstərir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə ödənişlər üzrə gələn ilki xərclərində də ciddi artımı görmək olar. Həmin xərclər 2024-cü ilə nisbətən 1 milyard 534 milyon, bu illə müqayisədə isə təqribən 800  milyon manat çox olmaqla gələn il 8 milyard 196 milyon manata çatacaq. 

Göründüyü kimi, DSMF-nin təkcə son iki ildə əhaliyə ödənişlərində 1,5 milyard manatdan artıq artım var. Davamlı xarakter alan bu artım eyni zamanda pensiyalarda ardıcıl artımı şərtləndirir. Belə ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb. 2026-cı ildə də orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.

Onu da bildirək ki, əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49 və 50,4 faiz olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına uyğundur. Həmçinin gələn il pensiya təminatına 7 milyard 993 milyon manat ayrılacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artım deməkdir.

İşsizlikdən Sığorta Fondu (İSF) müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində də önəmli rola malikdir. Bu fondun xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı proqnozlaşdırılır. Mühüm məqamlardan biri odur ki, gələn il İSF-nin vəsaiti hesabına ümumilikdə 450 minədək şəxsin  aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq.

İşsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasının uğurla davam etdirilməsində də İSF gələn il mühüm dəstəyini davam etdirəcək. Belə ki, növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur. Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.

Qeyd edilənlər bir daha göstərir ki, ölkəmizdə həm sosial ödənişlərin artırılması davam edir, həm də əhalinin rifahının dayanıqlılığını gücləndirməyə yönəlmiş kompleks məşğulluq tədbirləri getdikcə genişlənir. Yəni sosial müdafiə mexanizmlərinin gücləndirilməsi ilə yanaşı, məşğulluq imkanlarının artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, o cümlədən özünüməşğulluğun davamlı dəstəklənməsi təmin edilir. 

Qeyd olunan istqamətlərdə atılan addımlar isə sosial rifahın təminatına xidmət edir.  


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır 

10:23
06 Dekabr

Umerov: Ukrayna və ABŞ nümayəndə heyətləri davamlı sülh üçün zəruri tədbirləri müzakirə ediblər  

10:20
06 Dekabr

Andrey Sibiqa: Ukrayna artıq boş vədlərə etibar etmir  

10:20
06 Dekabr

Almaniya miqrasiya siyasətini daha da sərtləşdirib  

10:18
06 Dekabr

Ceyhun Bayramov: Azərbaycanın prioriteti regional inkişafın və sülhün təmin edilməsidir  

09:54
06 Dekabr

Bilmək istəyirəm

08:35
06 Dekabr

Ordu quruculuğu prosesi Zəfərə hesablanmışdır

08:30
06 Dekabr

Hünəri, igidliyi ilə düşmənə meydan oxuyurdu

08:25
06 Dekabr

Qətiyyətli siyasətin diktəsi

08:20
06 Dekabr

Azərbaycan sözünə, imzasına sadiq olan ölkədir

08:15
06 Dekabr

Sosial müdafiə xərclərində artım və məşğulluq proqramlarının genişləndirilməsi gələn il də davam edəcək

08:10
06 Dekabr

Sülh Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək

08:05
06 Dekabr

İlham Əliyevin enerji siyasəti

08:00
06 Dekabr

Tailandın Kralı əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

01:29
06 Dekabr

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:29
06 Dekabr

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:27
06 Dekabr

"Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:26
06 Dekabr

Etibarlı Tərəfdaş Konsepsiyas

01:26
06 Dekabr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

01:24
06 Dekabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

01:22
06 Dekabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı təkrar müsabiqə keçirir

01:22
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!