12 Dekabr 2024 09:55
620
İQTİSADİYYAT
A- A+
Aqrar sektor: növbəti illər məhsul istehsalının dinamik artımı proqnozlaşdırılır

Aqrar sektor: növbəti illər məhsul istehsalının dinamik artımı proqnozlaşdırılır


Bəşəriyyət zaman-zaman müxtəlif problemlərlə qarşılaşır, insanlar isə onu həll etmək üçün yollar axtarır. XXI əsrdə qarşılaşdığımız bu cür problemlərdən biri də ərzaq çatışmazlığıdır. Belə hal hər bir dövlət üçün milli təhdid sayılır. Elə dünyada ərzaq təhlükəsizliyi anlayışının meydana gəlməsinin səbəbi də budur.

BMT-nin hesablamalarına görə, hazırda dünyada 270 milyon insan tam aclıq içində yaşayır. Ancaq, belə demək olarsa, yarıac şəraitdə yaşayanlar, yəni gündə bir və ya iki dəfə doymayacaq qədər qidalananların sayı qat-qat çoxdur. Dəhşətdir, deyilmi?

Bəs elm və texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə belə bir problemin yaranmasının səbəbi nədir? Təbii ki, bunun kökündə bir çox obyektiv və subyektiv səbəblər dayanır. Dünyanın nüfuzlu mütəxəssislərinin gəldiyi qənaətə görə, Yer kürəsində əhalinin sürətlə artması, əkin sahələrinin əsrlərlə düzgün istifadə edilməməsi üzündən məhsuldarlığının aşağı düşməsi və iqlim dəyişikliyinin aqrar sektora vurduğu ziyan həmin dəhşətin əsas səbəbləridir. Amma bir reallığı da unutmayaq ki, dünyada Niderland amili var. Kiçik, iqlim şəraitinin əkinçilik üçün əlverişsiz olan bu Şimali Avropa ölkəsi ABŞ-dən sonra dünya bazarlarına ən çox kənd təsərrüfatı məhsulları ixrac edir. Bəs Niderland "möcüzə"si nədir? Sadəcə, bu ölkədə üç amildən səmərəli istifadə olunur - elm, texnologiya və  fermerlərin bilik və bacarığından. Məsələn, Niderlandda məşğul olduğu sahə üzrə xüsusi təhsili olmayan fermerə kredit verilmir və güzəştlər edilmir. Yəni hər bir fermerin mükəmməl biliyə sahib olması əsas şərtdir. Ona görə ki, sahə üzrə təhsili olmayan fermer uğur qazana bilməz. Bu fikir orada hamı tərəfindən birmənalı olaraq qəbul edilir və nəticəsi də ortadadır - Nidereland "möcüzə"si.

Azərbaycanda da dövlət aqrar sektorun inkişafında maraqlıdır. Ölkədə həyata keçirilən aqrar islahatlar çərçivəsində fermerlərə geniş güzəştlər olunur. Nəticələri də var. Hazırda bir çox kənd təsərrüfatı məhsullarına olan daxili tələbat yerli istehsal hesabına ödənilir. Son dövrlər xarici ticarətdə kənd təsərrüfatı məhsullarının çəkisi və çeşidi də artıb. Ancaq bunlar kifayət deyil. Biz hələ də bir çox strateji kənd təsərrüfatı məhsullarını, o cümlədən taxılın müəyyən hissəsini  idxal edirik.

İndi isə aqrar sektor barədə son məlumatlar: dövlət Statistika Komitəsinin açıqlamasına görə, cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 11 milyard 407,1 milyon manat olmuşdur. Onun 5 milyard 540,2 milyon manatlığı heyvandarlıq, 5 milyard 866,9 milyon manatlığı bitkiçilik məhsullarının payına düşmüşdür. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalı 1, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5, bitkiçilik məhsulları üzrə 0,5 faiz artmışdır. 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara görə, aqrar sektorda növbəti il 3,4, 2026-2028-ci illər isə 3,8 faiz artım gözlənilir. Nazirlik bunun hansı tədbirlər sayəsində mümkün olacağını da açıqlayıb. Hesablamalara görə, bu, növbəti illərdə sahənin resurs və xidmətlərlə təminatının, eləcə də potensialının gücləndirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahə üzrə dövlət tənzimlənməsi sisteminin dəyər zənciri üzrə təkmilləşdirilməsi kimi strateji məqsədlər üzrə müəyyən edilən prioritet istiqamətlərin reallaşdırılması (məhsuldarlığın artırılması) hesabına mümkün olacaq. Nazirliyin növbəti il üçün təqdim etdiyi hesabatdan həmçinin görünür ki, aqrar sektorun idarə edilməsinin təkmilləşdirilməsinə, innovativ texnologiyaların tətbiqinə, emal sənayesinin inkişafına və işğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə üstünlük veriləcək.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

Avropa çempionatı: Azərbaycan üçüncü gümüş medalını qazanıb

21:32
11 Mart

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır  

21:23
11 Mart

Regiondakı gərginlik Körfəz ölkələrindən Azərbaycana turist axınını çətinləşdirib  

20:59
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!