12 Dekabr 2024 10:00
113
DÜNYA
A- A+
Diktatorun rəzil sonu

Diktatorun rəzil sonu


Suriyada radikal və sürətli hakimiyyət dəyişikliyi, Bəşər Əsədin xaricə qaçması bəzi ölkələrdə məyusluğa səbəb olub. Bunların arasında Ermənistan xüsusi yer tutur. Belə ki, ermənilər Suriyada Əsəd rejiminin devrilməsindən bərk narahatdırlar.

Suriyadakı sürətli hakimiyyət dəyişikliyindən həm dövlət olaraq Ermənistan, həm də erməni icması uduzub. Caliber.az yazır ki, müharibə başlayanda Suriyada 100 minə yaxın erməni yaşayırdı və onların da əksəriyyəti Hələbdə, Dəməşqdə, Latakiyada və digər ərazilərdə cəmləşmişdir. 

Tarixə ekskurs etsək, görərik ki, məhz Hələbdə doğulan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın atası Akop Ter-Petrosyan Suriya və Livan Kommunist Partiyasının yaradıcılarından biri olub. Suriyada erməni terror partiyaları "Daşnaksütyun" və  "Hnçakyan"ın yerli qurumları da fəaliyyət göstərir. Bu partiyaların üzvləri dəfələrlə türk diplomatlarına qarşı terror aktları törədiblər. Avropanın müxtəlif şəhərlərində terror aktları dalğasının başında da məhz onlar dayanıb.  Bütün bunlara baxmayaraq, bu partiyalar Əsəd rejimində özlərini çox rahat hiss ediblər. Onların Suriya Xalq Şurasında (parlament) yer almaq üçün öz kvotaları olub.

Baş nazir Nikol  Paşinyanın Ermənistan hərbçilərini Hələbə göndərməsini də xatırlaya bilərik. O,  2019-cu ildə, guya ki, əraziləri  minalardan təmizləmək üçün Suriyaya 83 nəfərlik kontingent yola salmışdı. Əslində isə, hərbçilər  Əsədə dəstək üçün göndərilmişdi və  Suriya ordusunun əməliyyatlarında iştirak etmişdilər.

Devrilmiş Suriya diktatoru ilə yaxın münasibətdə olan tək Paşinyan deyildi. Ermənistanın üçüncü prezidenti Sarkisyanın da Əsədlə təkcə işgüzar əlaqələri yox, həm də dostluq, etimad münasibətləri olub.

Onu da xatırladaq ki, 2009-cu ildə Əsədin İrəvana səfəri zamanı bütün ermənilərin katolikosu II Qaregin ona erməni kilsəsinin ali mükafatı - Müqəddəs Georgi xaçını təqdim etmişdi. Eçmiədzindən verilən açıqlamaya görə, bu mükafat Suriya prezidentinə ermənilərə, Ermənistana dəstək və iki ölkə arasında əlaqələrin inkişafına görə verilib. Katolikos bəyan edib ki, erməni xalqı 1915-ci il hadisələri zamanı Suriyanın onlara göstərdiyi tarixi dəstəyi heç vaxt unutmayacaq.

Belə olan halda təəccüblü deyil ki, Əsədin Suriyası həmişə ermənipərəst mövqe tutub və Azərbaycana qarşı çıxıb...

Əsəd Azərbaycan və Türkiyəyə meydan oxuyaraq Kəşmir məsələsində Pakistanı deyil, Hindistanı dəstəkləyib. Suriya İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxıb, Ermənistanla bağlı qətnamələrin qəbuluna mane olmağa çalışıb, qəbul edilən sənədlərə qoşulmayıb. 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə üzrə səsvermə zamanı Dəməşq gizli taktika seçərək səsvermədən yayınıb, bununla da İrəvanın işğalçılıq siyasətini dəstəkləyib.

Bundan əlavə, Bəşər Əsəd 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı dezinformasiya kampaniyasında şəxsən iştirak edib. O, "Suriyadan olan silahlıların Azərbaycan tərəfində müharibədə iştirak etdiyini" iddia edib. Bu, primitiv yalan idi. Bəs Əsəd niyə yalan danışırdı? Çünki o, həmişə ermənipərəst olub. İş o yerə çatıb ki, o, ermənilərin primitiv anti-Azərbaycan yalanlarını təkrarlayıb.

Həqiqət budur ki, 2019-cu ildə yaradılmış və YPG terrorçusunun adını daşıyan  "Nubar Ozanyan Briqadası" Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra ermənilərə dəstək bəyanatı yayıb. Suriya və Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəli olan bu qrup Azərbaycanı hədələyərək, ölkəmizə qarşı sərt və barışmaz davranacağını bəyan edib. Yeri gəlmişkən, Ozanyanın özü 2015-ci ilin iyulunda Suriyadakı "Beynəlxalq Azadlıq Batalyonu"nun (IFB) aparıcı kadrlarından biri olub. O, IFB-nin üzvü olan erməni, ərəb, fələstinli, yunan, kanadalı, belçikalı və fransız terrorçulara təlim keçib. 1991-1992-ci illərdə Ozanyan Qarabağda olub, Azərbaycana qarşı terror müharibəsində iştirak edib.

Butün bunlara isə ölkəsini talan edib xaricə qaçan Bəşər Əsəd himayədarlıq edib. Suriyadakı müharibə illərində rəsmi İrəvan və dünyadakı erməni lobbisi Əsəd rejiminə siyasi və hərbi dəstək verib. Amma bu, Əsədi  xalqın qəzəbindən xilas edə bilməyib...


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ulu Öndərin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub  

13:36
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Gəncədə də ehtiramla anılır  

13:31
12 Dekabr

Ceyhun Bayramov: Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir  

13:26
12 Dekabr

Ceyhun Bayramov: Araz çayı üzərində körpü tikintisi davam edir  

13:21
12 Dekabr

Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib  

13:16
12 Dekabr

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

13:11
12 Dekabr

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq  

13:06
12 Dekabr

Bakı metrosunun kollektivi Ulu Öndər Heydər Əliyevin vəfat ildönümünü qeyd edib  

13:01
12 Dekabr

Səhiyyə işçiləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

12:56
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib  

12:51
12 Dekabr

Tacikistanda Ulu Öndər Heydər Əliyevin anım mərasimi təşkil olunub  

12:46
12 Dekabr

Nazir: Azərbaycanda keyfiyyətli təhsil modelinin formalaşdırılması üçün mühüm addımlar atılıb  

12:41
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır  

12:36
12 Dekabr

Baş Prokurorluğun əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib  

12:31
12 Dekabr

DİN-in əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

12:26
12 Dekabr

Azərbaycan nümayəndə heyəti Həştərxanda Ümummilli Lider abidəsi ziyarət edib  

12:21
12 Dekabr

Baş nazir Əli Əsədov Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

12:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

12:11
12 Dekabr

Hikmət Hacıyev: Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir  

12:06
12 Dekabr

Qarabağ Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

12:01
12 Dekabr

Prezidentin köməkçisi: Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır  

11:56
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!