26 Iyul 2024 09:35
112
İDMAN
A- A+

Nazim Hüseynov qızıl medala ümidlidir

 

"Bütün idmançılarımız Olimpiya oyunlarına hazırdır. O cümlədən cüdoçularımız da artıq hazırlıq prosesini yekunlaşdırıblar".  Bu sözləri "Barselona-1992" Yay Olimpiya Oyunlarının çempionu Nazim Hüseynov deyib. 
O, komandamızın Parisdə ən azı bir qızıl medal qazanacağına ümid etdiyini bildirib: "Əgər cüdoçulardan danışmalı olsam, federasiyanın seçimini düzgün qiymətləndirərəm. Olimpiadada (-60 kq çəkidə) Balabəy Ağayevdən medal gözləyirəm. Bunun üçün onun yaxşı hazırlıq səviyyəsi var. 
Yığma komandanın əsas liderlərindən olan Hidayət Heydərovun da medal qazanmasına ümid bəsləyirik. Öz çəkisində reytinq cədvəlində birinci olan Hidayət bu il bir ay ərzində həm Avropa, həm də dünya çempionatında qızıl medal qazandı. Amma onu da nəzərə almaq lazımdır ki, bütün rəqibləri ona qarşı ciddi hazırlaşırlar. Elcan Hacıyev (- 90 kq) də çox perspektivli cüdoçudur. O da Parisdə yaxşı nəticə göstərə bilər. Elcan bu yaxınlarda Olimpiya çempionuna və yaponiyalı idmançıya qalib gəlib. Bu da Olimpiadada medal qazanmaq üçün ümid verir. Dünya çempionumuz Zelim Kotsoyev (-100 kq) medal qazanmağa əsas namizədlərdəndir. Düşünürəm ki, onun üçün əsas ciddi rəqiblər gürcüstanlı və yaponiyalı idmançılar olacaq. Düzdür, proqnoz vermək çətindir. Amma ümid edirəm ki, bu oyunlarda cüdo yarışlarında ən azı bir qızıl medalımız olacaq. Bütün növlər üzrə çıxış edəcək idmançılarımıza uğurlar arzu edirəm. İnanıram ki, hər bir idmançımız yeni qələbələrlə xalqımızı sevindirəcək".
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video