26 Iyul 2024 10:52
161
SİYASƏT
A- A+

Qərbi Azərbaycan İcması bəyanat yayıb

 

Erməni diasporu muzdla tutduğu Luis Okamponu fasad kimi istifadə edərək, Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başlamışdır. Kampaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsini hədəf alıb.

"Azərbaycan" qəzeti xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. 

Bəyanatda, həmçinin deyilir: "Sözügedən kampaniyanın müəllifi qismində verdiyi müsahibəsində L. Okampo özünü iqlim fəalı kimi qələmə vermiş, Azərbaycana qarşı böhtan atmış və soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan separatçıların azad edilməsini tələb etmişdir.

L. Okamponun bir tərəfdən Azərbaycana soyrıqımı böhtanı atması, digər tərəfdən soyqırımı cinayətlərini törədənlərin azad edilməsini tələb etməsi onun nə dərəcədə gülünc durumda olduğunu göstərir. Okampo həmin canilərin azad edilməsini tələb etmək əvəzinə, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirməyə çalışmalıdır. Xatırladaq ki, girov götürülmüş azərbaycanlıların həmin dövrdə Ermənistanın ali hərbi rəhbərliyində olan yüksək rütbəli zabitlərin evlərində qul kimi işlədilməsinə, azərbaycanlı əsirlərin vaxtilə işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanda olan düşərgələrdə edam edilməsinə dair təkzibolunmaz ictimai dəlillər vardır.

Özünü iqlim fəalı kimi göstərməyə çalışan Okampo yaxşı olardı ki, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək viran qoyması və oraya milyonlarla mina yerləşdirməsi nəticəsində ətraf mühitə sağalmaz yaralar vurması, Ermənistanda azərbaycanlılar yaşamış ərazilərin dağıdılması, dağ-mədən sənayesi ilə hava və su hövzələrinə vurduğu zərərlər ilə məşğul olsun.

Qərbi Azərbaycan İcması erməni diasporunun və onun muzdlu xidmətçisi Okamponun əməllərini pisləyir və beynəlxalq ictimaiyyəti bu cür yaramaz ünsürlərlə mübarizəyə səsləyir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video