26 Iyul 2024 11:46
117
CƏMİYYƏT
A- A+

Faktiki hava: Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb

 

İyulun 26-sı saat 9:00-a olan məlumata görə, öncədən xəbər verildiyi kimi, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 27, Lerik, Astarada 22, Oğuzda 17, Kürdəmir, Şahdağda 15, Qubada 11, Qrız, Yardımlıda 10, Göyçayda 9, Lənkəranda 8, Zərdab, Tərtər, Şəki, Qax, Qobustan, Qusar, Şamaxı, Biləsuvar, Naftalan, İsmayıllı, Altıağac, Şabran, Mingəçevir, Beyləqan, Daşkəsən, Naxçıvan, Gədəbəy, Göygöl, Gəncə, Bərdə, Goranboy, Ağdam, Balakən, Xaltan, Yevlax, İmişli, Neftçalada 5, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Şahdağ, Qrız, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Şəki, Qaxda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video