15 May 2026 08:07
123
CƏMİYYƏT
A- A+
Nayrobidən başlanan yol

Nayrobidən başlanan yol


WUF13 iştirakçı sayına görə ən böyük sessiya olmağa namizəddir


Dünya sürətlə dəyişir və bunun ən bariz nümunəsi şəhərlərdir. Hazırda bəşəriyyətin yarısından çoxu şəhərlərdə yaşayır. Proqnozlar göstərir ki, 2030-cu ilə qədər bu rəqəm dünya əhalisinin 60 faizinə çatacaq. Bu statistik reallıq o deməkdir ki, qarşıdakı onillikdə dünya əhalisinin demək olar ki, bütün artımı məhz şəhər ərazilərinin payına düşəcək. 

Şəhərlər qlobal ÜDM-in (Ümumi Daxili Məhsul) 80 faizindən çoxunu istehsal edən iqtisadi mühərriklərdir. Şəhərlərin həm iqtisadiyyatın, həm də iqlim dəyişikliyi ilə mübarizənin mərkəzi olduğunu nəzərə alan Birləşmiş Millətlər Təşkilatı hələ 2001-ci ildə unikal bir platformanın, Ümumdünya Şəhərsalma Forumunun (WUF) əsasını qoydu. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən idarə olunan bu forum hər kəsin səsini eşitdirə bildiyi, gələcəyin şəhər modelinin müzakirə edildiyi nəhəng bir "beyin mərkəzi"dir. 

Forumun fəaliyyət qaydaları digər BMT iclaslarından fərqlənir. Belə ki, bura prosedurlardan daha çox birbaşa dialoqa, fikir mübadiləsinə və ən yaxşı təcrübələrin paylaşılmasına üstünlük verilən azad bir düşüncə platformasıdır. Bu platforma həm də yerli icmaların, qeyri-hökumət təşkilatlarının və özəl sektorun səsinin qlobal siyasətçilərə çatdırılması üçün mühüm körpü rolunu oynayır. Forumun əsas fəlsəfəsi dayanıqlı şəhərlər qurmaq, insanların həyat keyfiyyətini artırmaq və urbanizasiyanı xaosdan inkişaf vasitəsinə çevirməkdir. 2002-ci ildən bəri dünya miqyasında müxtəlif qitələri gəzən bu möhtəşəm tədbir artıq qlobal şəhərsalma siyasətinin ana xəttini müəyyən edən ən mühüm platforma sayılır.

WUF sessiyaları 2002-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində 80 ölkədən 1200 iştirakçı ilə başladı. O zaman "Dayanıqlı Şəhərsalma" mövzusu yeni bir çağırışın əsasını qoydu. Lakin forum illər keçdikcə miqyasını daha da genişləndirdi. 2004-cü ildə Barselonada mədəniyyətlərin kəsişməsi, 2006-cı ildə Vankuverdə inklüziv şəhərlər, 2008-ci ildə isə Çinin Nankin şəhərində "Harmonik Şəhərsalma" konsepsiyası müzakirə olundu. Vankuverdə səslənən həyəcan təbili hələ də unudulmayıb, inkişaf etməkdə olan ölkələrin şəhər əhalisi o qədər sürətlə artır ki, yaxın 30 ildə hər həftə 1 milyonluq yeni bir şəhərin tikilməsinə bərabər infrastruktur tələb olunur. Nankində verilən mesaj hələ də aktualdır, əgər şəhər həyatının bədəli ətraf mühitlə ödənilirsə, orada harmoniyadan söz açmaq olmaz. 2008-ci ildə vurğulandı ki, cəmiyyətin bir hissəsi dəbdəbə içində yaşarkən digər hissəsi təməl ehtiyaclardan məhrumdursa, orada sosial harmoniya mümkün deyil. Harmonik şəhərsalma konsepsiyası fiziki, mədəni və tarixi varlıqların tam inteqrasiyasını nəzərdə tutur. 

2010-cu ildə Rio-de-Æaneyroda "Şəhər Hüququ" mövzusu ilə sosial bərabərsizliklərə diqqət çəkildi, 2012-ci ildə Neapolda və 2014-cü ildə Medellində şəhər ədaləti və gələcəyin demokratik şəhərləri prioritet oldu. Medellin sessiyasında inklüziv idarəetmə və innovativ maliyyələşdirmə mexanizmləri şəhərlərin həyat damarı kimi müəyyən edildi. Burada vurğulandı ki, təhlükəsiz şəhər həm də ədalətli şəhərdir. Hər bir forum özündən sonrakı üçün yeni bir təcrübə və bilik bazası qoydu. Xüsusilə, 2018-ci ildə Kuala-Lumpurda keçirilən 9-cu sessiya, 164 ölkədən 19 mindən çox iştirakçını bir araya gətirərək "Yeni Şəhər Gündəliyi"nin icrasına start verdi. 2020-ci ildə Əbu-Dabi və 2022-ci ildə Katovitse sessiyaları mədəniyyət, innovasiya və gələcək pandemiyalara qarşı şəhərlərin hazırlıqlı olması, şəhərlərin transformasiyası zamanı yerli mədəniyyətin qorunub saxlanılması mövzularını dərindən araşdırdı.

Nəhayət, 2024-cü ildə Qahirədə keçirilən 12-ci sessiya urbanizasiyanın artıq geri dönməz bir meqa-trend olduğunu və hər şeyin yerli səviyyədə başladığını bəyan etdi. Qahirə Bəyannaməsi bir daha xatırlatdı ki, dünyada 3 milyarda yaxın insan mənzil çatışmazlığından əziyyət çəkir və bu problemi həll etmədən dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Qahirə sessiyası həm də münaqişələrin şəhərləri necə dağıtdığını və yerindən edilmiş insanların şəhər sistemlərinə inteqrasiyasının vacibliyini gündəmə gətirdi. Münaqişə zonalarında şəhərlərin həm sığınacaq, həm də bərpa mərkəzi kimi rolu forumun ən ağrılı, lakin vacib mövzularından birinə çevrildi.

İndi isə dünyanın diqqəti Bakıya yönəlib. Azərbaycanın paytaxtı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına evsahibliyi etməyə hazırlaşır. Bu, həm ölkəmiz üçün, həm də bütün region üçün tarixi bir hadisədir. Bakı sessiyasının mövzusu "Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və davamlı şəhərlər və icmalar" adlanır. Bu mövzu hazırda qlobal gündəmin ən yaralı yeridir. 1,1 milyard insanın şəraitsiz evlərdə yaşadığı, 300 milyondan çox insanın evsiz qaldığı bir dövrdə Bakı forumu bu böhranı həll etmək üçün qlobal bir yol xəritəsi təqdim etməyə hazırlaşır. Bakıdakı altı əsas dialoq sessiyasında mənzilin sadəcə bir iqtisadi faktor deyil, təməl insan hüququ kimi necə qorunmalı olduğu və yerli idarəetmə səviyyəsində bu hüququn necə təmin ediləcəyi detallı şəkildə müzakirə olunacaq. Həmçinin torpaq mülkiyyəti təhlükəsizliyi, iqlimə uyğunlaşma və inklüziv idarəetmə mənzil siyasətinin mərkəzinə gətiriləcək.

Bakı sessiyası həm də forumun tarixinə ən böyük iştirakçı saylarından biri ilə düşməyə namizəddir. Artıq 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçməsi bu tədbirə olan marağın göstəricisidir. Bu, Nayrobidəki ilk forumla müqayisədə iştirakçı sayının təxminən 27 dəfə artması deməkdir ki, bu da şəhərsalma məsələlərinin bəşəriyyət üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Bakı həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bilik transferi üçün mühüm mərkəz olacaq. Bakı forumunun iştirakçıları həm Şərq və Qərbin qovuşduğu unikal memarlıq nümunələrini, həm də müasir şəhər transformasiyasının canlı nümunəsini görəcəklər. Burada mənzilin insan hüququ olduğu, iqlim dəyişikliyinə qarşı şəhərlərin necə müqavimət göstərə biləcəyi və rəqəmsal texnologiyaların şəhər idarəçiliyinə necə inteqrasiya ediləcəyi müzakirə olunacaq. Xüsusilə, "Gələcək nəsillər üçün şəhərlər" və rəqəmsal texnologiyaların Dayanıqlı İnkişaf Məqsədlərinə çatmadakı rolu Bakı dialoqlarının mərkəzində dayanacaq. Bakının zəngin mədəni irsi ilə innovativ inkişafının vəhdəti iştirakçılar üçün əyani bir vəsait olacaq.

Bakı sessiyası 2026-cı ildə BMT Baş katibinin hesabatına mühüm töhfə verəcək bir mərhələ olacaq. Beləliklə, qədim tarixlə müasirliyin vəhdət təşkil etdiyi Bakı bütün dünya üçün daha ədalətli, daha təhlükəsiz və daha yaşanılan şəhərlər qurmaq üçün qlobal bir dialoq platformasına çevriləcək. Bakıdan dünyaya veriləcək mesajlar bəşəriyyətin urbanizasiya yolundakı yeni istinad mənbələri olacaq.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağalı kəndində əmək yarmarkasında vakansiyalar təqdim edilib

09:20
15 May

Neftçi-musiqiçi

09:15
15 May

Şöhrət onu dəyişə bilmədi

09:10
15 May

Hantavirus düşünüldüyü qədər qorxuludurmu?

09:05
15 May

Sivil cəmiyyətin məhək daşı

09:00
15 May

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

08:55
15 May

Üç tərəfdaş, bir layihə

08:50
15 May

Kürdə gursululuq nə qədər davam edəcək?

08:45
15 May

Süni intellekt erası: Azərbaycan üçün yeni inkişaf mərhələsi

08:40
15 May

Regionda yeni təhlükəsizlik arxitekturasını Azərbaycan formalaşdırır

08:35
15 May

Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradır

08:30
15 May

İnkişaf ritmi və estetika

08:25
15 May

Ölkəmizin diktə etdiyi geosiyasi reallıqlar

08:20
15 May

Cənubi Qafqazda geosiyasi maraqlar, ikili standartlar, Azərbaycanın strateji xətti

08:15
15 May

Azərbaycanın başlatdığı sülh prosesi

08:10
15 May

Nayrobidən başlanan yol

08:07
15 May

Qlobal şəhərçilik dialoqunun 13-cü ünvanı

08:05
15 May

Azərbaycanın yüksək qlobal nüfuzunun növbəti təcəssümü 

08:00
15 May

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında

02:06
15 May

B.A.Babayevin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:03
15 May

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında

02:00
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!