20 Mart 2026 09:26
161
CƏMİYYƏT
A- A+
Naxçıvan məscidlərində bayram namazı qılınıb

Naxçıvan məscidlərində bayram namazı qılınıb


Martın 20-də səhər saat 09:00-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram namazı Naxçıvan şəhərinin Heydər Məscidi, Sarvanlar, Pirqəmiş, Kazım Qarabəkir Paşa və Came məscidlərində qılınıb. Muxtar respublikanın yüzlərlə sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!