13 Avqust 2026 15:45
688
SİYASƏT
A- A+
Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 


Azərbaycanın müasir tarixində elə məqamlar var ki, həmin anlar yalnız bir səfər, bir görüş və ya bir tədbir çərçivəsində qiymətləndirilməməlidir. Bu məqamlar dövlətçilik tarixinin bütöv bir səhifəsinə çevrilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Naxçıvana hər səfəri də məhz belə siyasi və mənəvi məna daşıyır. Naxçıvan Azərbaycan dövlətçiliyinin ayrılmaz parçası, milli yaddaşımızın mühüm ünvanı və Azərbaycanın geosiyasi xəritəsində xüsusi strateji əhəmiyyətə malik qədim torpaqdır. Bu məkana Prezident səviyyəsində göstərilən xüsusi diqqət isə təsadüfi deyil. Çünki Naxçıvan Azərbaycanın həm tarixini, həm bu gününü, həm də gələcəyə hesablanmış strateji baxışını özündə birləşdirən məkanlardan biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli səsləndirib.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandanın Naxçıvana səfərləri fonunda bir həqiqət xüsusilə aydın görünür: Azərbaycan artıq yalnız öz ərazi bütövlüyünü bərpa edən dövlət deyil, qazandığı Zəfəri uzunmüddətli siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik strategiyasına çevirən ölkədir.

“Bu gün Naxçıvana baxarkən yalnız keçmiş görünmür. Naxçıvan həm də gələcəyin Azərbaycanında mühüm rol oynayacaq strateji mərkəz kimi dəyərləndirilməlidir. Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarında artan rolu Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin Türküstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşündə çıxışı zamanı da Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəyini vurğulaması Azərbaycanın bu məsələyə strateji baxışını ortaya qoydu.

Burada diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, Naxçıvan məsələsi artıq yalnız regional məsələ deyil. Naxçıvan Türk dünyasının Qərbə açılan mühüm qapılarından biridir. Azərbaycanı Türkiyə və daha geniş mənada Türk dünyası ilə birləşdirən coğrafi xəttin gələcək inkişafında Naxçıvanın rolu xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Prezident İlham Əliyevin Naxçıvana səfərlərini yalnız bölgəyə dövlətimizin başçısının növbəti səfəri kimi təqdim etmək doğru olmaz. Bu səfərlər dövlət siyasətinin yerində nümayişidir. Prezidentin bölgələrə səfərləri Azərbaycan dövlətinin ərazi bütövlüyü ilə yanaşı, hər bir bölgənin inkişafını, təhlükəsizliyini və gələcək potensialını diqqət mərkəzində saxladığını göstərir”, - deyə politoloq əlavə edib.

Ə.İbrahimli bildirib ki, Naxçıvanın tarixi də, coğrafiyası da, insanları da Azərbaycan dövlətçiliyinin möhkəm sütunlarından biridir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində xüsusi yer tutan bu qədim diyar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu gün Azərbaycan öz gücünü yalnız hərbi meydanda deyil, diplomatiyada, iqtisadiyyatda, nəqliyyatda, enerji siyasətində və beynəlxalq münasibətlər sistemində də nümayiş etdirir. Naxçıvan isə bu böyük strategiyanın mühüm halqalarından biridir. Bu qədim diyar bu gün dünənin xatirəsi deyil. Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir və bu sabahın əsasını isə güclü dövlət, milli birlik, qətiyyətli siyasi iradə və Zəfərdən doğan yeni reallıqlar təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vahid məktəbli forması təhsildə bərabərlik prinsipini gücləndirir

10:40
23 Sentyabr

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

10:39
23 Sentyabr

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

10:38
23 Sentyabr

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib  

10:34
23 Sentyabr

V.Zelenski ABŞ-də təxminən 20 görüş keçirəcək

10:30
23 Sentyabr

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər  

10:21
23 Sentyabr

E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib

10:20
23 Sentyabr

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

10:17
23 Sentyabr

Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  

10:16
23 Sentyabr

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

10:10
23 Sentyabr

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

10:00
23 Sentyabr

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycana payız gəldi

09:37
23 Sentyabr

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub  

09:36
23 Sentyabr

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

09:33
23 Sentyabr

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub  

09:32
23 Sentyabr

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

09:30
23 Sentyabr

Azərbaycanın aqrar ixracı: artımdan keyfiyyətə

09:30
23 Sentyabr

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb  

09:29
23 Sentyabr

Erməni saxtakarlığı dünyada ifşa olunur

09:20
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!