29 Dekabr 2025 21:34
161
SİYASƏT
A- A+
Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası başa çatıb  

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası başa çatıb  


Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasının sonuncu iclası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda Ali Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Gündəlikdə duran birinci məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, qanun səsə qoyularaq qəbul olunub.

İclasda gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin illik fəaliyyəti ilə bağlı məlumat verib.

İclasda cari məsələlərin müzakirəsi zamanı deputatlardan Rauf Cəfərov, Rza Xudiyev və Qafar Qənbərov çıxış ediblər. Çıxışlarda deputatlar Ulu Öndərin bizə miras qoyduğu həmrəylik ideyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın 2025-ci ildə əldə etdiyi nailiyyətlərdən danışıblar. Eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə öz təbriklərini çatdırıb, növbəti ildə də dövlətimizə, xalqımıza daha böyük uğurlar arzulayıblar.

Sonda Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclas iştirakçılarını və muxtar respublikanın bütün sakinlərini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Ardınca Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Ali Məclisin 2025-ci il payız sessiyası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayevdən  

21:41
29 Dekabr

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan  

21:36
29 Dekabr

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası başa çatıb  

21:34
29 Dekabr

Bu il Almaniya Türkiyəyə 8,4 milyard avroluq silah-sursat ixrac edib  

20:43
29 Dekabr

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan  

18:54
29 Dekabr

Kanada Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Sultanhüseyn Qasımzadədən  

18:53
29 Dekabr

İrlandiyalı tarixçi: Azad olunan ərazilərdə aparılan bərpa prosesi Ermənistanın dağıdıcı siyasətinin ifşasıdır  

18:51
29 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:51
29 Dekabr

E.O.İbrahimovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında  

18:49
29 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib  

18:44
29 Dekabr

Gələn il sosial müdafiə xərcləri 8 milyard manatı ötəcək  

18:39
29 Dekabr

Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərinə dair filmin Vyetnam dilində təqdimatı keçirilib  

18:37
29 Dekabr

Ötən həftə 90 mina və 758 partlamamış hərbi sursat zərərsizləşdirilib  

18:35
29 Dekabr

Türkiyədə fəaliyyət göstərən Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanovdan  

18:34
29 Dekabr

Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri İlqar Məmmədovdan  

18:34
29 Dekabr

Gürcüstanda fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırovdan  

18:33
29 Dekabr

Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

18:32
29 Dekabr

Dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan dövlətçiliyinə xidmət edir  

17:50
29 Dekabr

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub YENİLƏNİB    

17:27
29 Dekabr

AİJA qaliblərin adlarını açıqlayıb

17:19
29 Dekabr

Azərbaycan və Gürcüstan XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərinin perspektivlərini müzakirə ediblər  

17:11
29 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!