29 Dekabr 2025 17:50
143
SİYASƏT
A- A+
Dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan dövlətçiliyinə xidmət edir  

Dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan dövlətçiliyinə xidmət edir  


Həmrəylik milli kimliyin qorunmasında başlıca vasitədir. Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirməyi bacarıb.

Dünya azərbaycanlılarının təşkilatlanmasını, həmrəyliyini hər zaman diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev demişdir: “Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”

Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə Ümummilli Lider bəyan edirdi ki, “Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəyi gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. Harada yaşamasından, vəziyyətinin ağırlığından və çətinliyindən asılı olmayaraq, gərək hər kəs öz Ana Vətəni haqqında düşünsün. Harada olursan-ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən. Gərək azərbaycanlılar dünyada bir-biri ilə birləşsin, bir-birinə yaxınlaşsın, hamı Azərbaycan Respublikasının bu gününü və gələcəyini qorusun, müdafiə etsin”.

Təsadüfi deyil ki, 2001-ci ildə dünya azərbaycanlılarının Bakıda keçirilən ilk qurultayında Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” məzmunlu bəyanatı bütün soydaşlarımız üçün milli qürur rəmzinə çevrildi. Məhz bu qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.

Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu isə birlik və mütəşəkkilliyin artması, tarixi Vətənlə əlaqələrin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.

Ulu Öndər Heydər Əliyevin bu sahədə müəyyən etdiyi siyasi kursu davam etdirən cənab Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizdə milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunması Azərbaycan dövlətinin başlıca vəzifəsidir. Milli Həmrəylik Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan icmaları fəaliyyət göstərir. Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası (alyansı), 20 ölkədə isə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdə yeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğu işinin uğuru kimi qiymətləndirilə bilər.

Xüsusilə 5 il əvvəl, 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyü və suverenliyini bərpa edən qalib Azərbaycan həm də dünya azərbaycanlılarını birləşdirdi.

Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında yumruq kimi bir etdi.

Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar Vətən müharibəsi zamanı fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.

Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev də düşmənin və anti-Azərbaycan dairələrinin məkrli təxribatlarına qarşı soydaşlarımızın cəsarətli etirazlarını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətlərini qələbəmizə layiqli töhfə kimi qiymətləndirib.

2022-ci il aprelin 22-də isə dünya azərbaycanlıları Zəfər Qurultayını keçirdi. Bu qurultay həm də dünya azərbaycanlılarının 2001-ci ildə keçirilən birinci qurultayında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqımızın öz torpaqlarına qayıdacağı ilə bağlı Ulu Öndərin çağırışlarının onun davamçıları tərəfindən gerçəyə çevrilməsinin real nəticəsi idi. Dünya azərbaycanlılarının öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirirdi. Torpaqlarımızın işğaldan azad olunması dövlətimizin başçısının vədini layiqincə yerinə yetirdiyini əyani şəkildə sübut etdi.

Böyük Qələbədən sonra bütün reallıqlar kimi, dünya azərbaycanlılarının missiyası da yenilənib. Bu gün soydaşlarımız əsasən Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan və Türkmənçay sülh müqavilələrinin mahiyyətini, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini daha geniş ictimaiyyətə çatdırmaqdadırlar.

Azərbaycanın böyük Qələbəsi sayəsində yaranan yeni reallıqlar fonunda diaspor təşkilatları arasında koordinasiya təkmilləşir. Prezident İlham Əliyevin 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söylədiyi kimi, “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Dünya azərbaycanlıları ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan  

18:54
29 Dekabr

Kanada Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Sultanhüseyn Qasımzadədən  

18:53
29 Dekabr

İrlandiyalı tarixçi: Azad olunan ərazilərdə aparılan bərpa prosesi Ermənistanın dağıdıcı siyasətinin ifşasıdır  

18:51
29 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:51
29 Dekabr

E.O.İbrahimovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında  

18:49
29 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib  

18:44
29 Dekabr

Gələn il sosial müdafiə xərcləri 8 milyard manatı ötəcək  

18:39
29 Dekabr

Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərinə dair filmin Vyetnam dilində təqdimatı keçirilib  

18:37
29 Dekabr

Ötən həftə 90 mina və 758 partlamamış hərbi sursat zərərsizləşdirilib  

18:35
29 Dekabr

Türkiyədə fəaliyyət göstərən Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanovdan  

18:34
29 Dekabr

Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri İlqar Məmmədovdan  

18:34
29 Dekabr

Gürcüstanda fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırovdan  

18:33
29 Dekabr

Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

18:32
29 Dekabr

Dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan dövlətçiliyinə xidmət edir  

17:50
29 Dekabr

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub YENİLƏNİB    

17:27
29 Dekabr

AİJA qaliblərin adlarını açıqlayıb

17:19
29 Dekabr

Azərbaycan və Gürcüstan XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərinin perspektivlərini müzakirə ediblər  

17:11
29 Dekabr

XİN Somalidəki son hadisələrlə bağlı bəyanat yayıb  

16:28
29 Dekabr

Azərbaycanın rayonlarında dekabrın 29-u axşamdan 30-u səhərədək hava yağıntılı olacaq – XƏBƏRDARLIQ  

15:43
29 Dekabr

Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər  

15:00
29 Dekabr

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi təsdiqlənib  

14:39
29 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!