15 Sentyabr 2026 15:20
2315
PARLAMENT
A- A+
Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 15-də keçirilən iclasında “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə təklif edilən dəyişikliyə görə, Məcəllədə “məhkəmə aidiyyati” və “ərazi aidiyyəti” arasındakı sərhəd konkretləşdirilmiş, üstəlik hər iki aidiyyət növü üzrə mübahisələrə məhkəmələrdə baxılması, şikayət, apellyasiya, kassasiya şikayətlərinin verilməsi qaydaları ətraflı əks olunaraq sistemli şəkildə tənzimlənir.

Xüsusilə diqqət çəkən məqamlardan biri ərazi aidiyyəti üzrə məhkəmələrin səlahiyyətlərinin müəyyən qədər məhdudlaşdırılması, ərazi aidiyyətinin pozulması səbəbindən birinci və apellyasiya məhkəməsinin qərarının ləğvinin qadağan edilməsinin təklif edilməsidir. Bu da öz növbəsində məhkəmə qərarlarının sabitliyinə, məhkəmə işlərinin lüzumsuz yerə uzanmamasına rəvac verir.

Növbəti mühüm dəyişiklik isə həm Mülki Prosessual Məcəllədə, həm də İnzibati Prosesseual Məcəllədə işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılması müddəasının əlavə edilməsidir. Hazırkı qanunvericiliyə görə apellyasiya şikayətlərinə apellyasiya instansiyası məhkəmələrində 3 hakimdən ibarət tərkibdə baxılır. Təklif edilən dəyişikliklər fonunda məhkəmələrdəki iş yükünün həddən artıq çoxluğunu nəzərə alıb işi mahiyyəti üzrə həll etməyən qərardadlara, həmçinin kiçik iddialara dair işlər üzrə qətnamələrə apellyasiya icraatında hakim tərəfindən təkbaşına baxılması, bir tərəfdən vaxta qənaət prinsipi ilə uzlaşaraq hakimlərin vaxtdan daha səmərəli istifadə etmələrinə imkan yaradır, digər tərəfdən məhkəmələrin təcili münasibət bildirilməsi lazım olan məsələləri daha çevik və operativ formada həll etməsinə şərait yaratmış olacaq.

Bundan başqa, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeydində, 25-ci və 26-cı maddələrində “mübahisələr” sözü konkretləşdirilərək “mülki hüquq münasibətləri ilə bağlı mübahisələr” formasında ifadə olunması təklif edilir.

Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilərək prosessual müddətlərin bərpası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı iştirak edən şəxsin etirazına, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə hazırkı qaydadan fərqli olaraq yazılı icraat qaydasında baxılması təklif edilir.

Qanun layihəsinə təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib 

18:57
05 Noyabr

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalı təqdim olunub  

17:23
05 Noyabr

Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq  

17:17
05 Noyabr

Şanlı tariximizin zəfər zirvəsi Polis Akademiyasında qeyd olunub  

17:09
05 Noyabr

Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub  

17:06
05 Noyabr

Xəzərdə yeni qorunan ərazi: Abşeronun sərhədləri dənizə doğru genişlənir  

16:52
05 Noyabr

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib 

16:43
05 Noyabr

“Hizbullah” Yəməndə husilərin tərəfində döyüşməsi ilə bağlı iddiaları təkzib edib  

16:36
05 Noyabr

Keniyanın Baş naziri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb  

16:30
05 Noyabr

Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir  

16:18
05 Noyabr

“BMW” mənfəət xəbərdarlığına baxmayaraq xərcləri azaltmaqla səhmlərini yüksəldib

16:13
05 Noyabr

NASA-nın “Swift” rəsədxanası Yer atmosferinə daxil olub

16:12
05 Noyabr

ABŞ-də keçirilən seçkilərdə Demokratlar üstünlük qazanıblar  

16:09
05 Noyabr

Məkkə Sazişinin ilk maddəsi qəbul olundu

16:00
05 Noyabr

Vergi daxilolmalarında 1,7 milyard manatlıq artım

15:58
05 Noyabr

Sosial yardımda yeni məbləğ: Ehtiyac meyarı 314 manata qaldırılır

15:57
05 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb  

15:52
05 Noyabr

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası olub  

15:28
05 Noyabr

Baş prokuror Abşeronda vətəndaşları dinləyib  

15:21
05 Noyabr

AQTA: Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb  

15:14
05 Noyabr

Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib  

15:09
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!