16 Oktyabr 2026 08:50
203
CƏMİYYƏT
A- A+
Müharibənin 43-cü günü şəhid oldu

Müharibənin 43-cü günü şəhid oldu


Xalqımız 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatlarında iştirak etmiş zabit və əsgərlərimizə borcludur. Onlar döyüşlərdə böyük cəsarətlə, igidliklə vuruşaraq bizlərə Zəfər sevinci yaşatdılar. 30 ilə yaxın davam edən erməni işğalına son qoydular. Qəhrəmanlıq tariximizə yeni səhifələr yazdılar. Müharibədə itkilər də olur. Cəsur oğullarımız torpaqlarımızın azadlığı naminə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bir evin övladından bir elin övladına çevrildilər. 

İkinci Qarabağ müharibəsində cəsarətlə vuruşaraq böyük qəhrəmanlıq göstərən, müqəddəs amallar uğrunda şəhid olan oğullarımız çox oldu. Bu oğullar müharibə başlayan kimi döyüşlərə atılaraq erməni işğalçılarına qarşı cəsarətlə vuruşdular. Belə cəsur hərbçilərimizdən biri də Silahlı Qüvvələrin giziri Rafiq Rasim oğlu Məcidovdur. Rafiq xalqımız üçün müqəddəs məkan olan Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə son nəfəsinədək vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

Rafiq Məcidov 1996-cı il iyulun 2-də Xızı rayonunda dünyaya göz açmışdı. O, uşaqlıq illərindən vətənpərvərlik ruhunda böyümüşdü. Məktəbdə keçirilən "Üfüqdə parıltı", "Şahin", "Cəsurlar" hərbi vətənpərvərlik və turizm oyunlarında fəallıq göstərmişdi. Bir qayda olaraq yarışlarda qələbə qazanmışdı. 

Rafiq böyüyəndə arzusunu gerçəkləşdirmək üçün özünü qarşılaşacağı bütün çətinliklərə hazırlayırdı. 2014-cü ildə hərbi xidmətə çağırış vərəqi alanda çox sevindi. Çünki bu günü xeyli müddət idi ki, gözləyirdi. 

Valideynləri, doğmaları Rafiqi böyük sevinc içində hərbi xidmətə yola saldılar. Ona məsləhət və tövsiyələrini verdilər. Tapşırdılar ki, nizamlı-intizamlı olsun, komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirsin. Seçilən və sevilən əsgərlərdən biri olsun. 

Rafiq Məcidov əsgər formasını əyninə böyük sevinc hissi ilə geyindi. Xidmətə başladığı ilk günlərdən nizam-intizamı, təlim-məşqlərdəki fəallığı ilə seçildi. Qısa müddət ərzində hərbi bilik və döyüş vərdişlərini dərindən mənimsədi. Bölüyün peşəkar, bacarıqlı əsgərlərindən biri oldu.

Əsgər Rafiq Məcidovun xidmət günləri arxada qaldıqca orduya sevgisi daha da artdı. Ürəyindən gələcək həyatını Silahlı Qüvvələrə bağlamaq, vətənə layiqli xidmət etmək keçirdi. Əsgəri xidmətini uğurla başa vurduqdan sonra Rafiq xidmətə qəbul olmaq üçün komandanlığa müraciət etdi. Nümunəvi xidmətini nəzərə alan komandanlıq onun müraciətini müsbət cavablandırdı. Bundan sonra o, gizirlər məktəbində oxudu. Təhsil müddətində hərbi bilikləri, müxtəlif təyinatlı silahların taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsədi.  

Rafiq Məcidov Silahlı Qüvvələrin sıralarında xidmətə gələndə yaxşı bilirdi ki, bu yolda çətinliklər var,  müharibə var, ölüm-itim var. Cəsur gizir ötən illər ərzində özünü buna hazırlamışdı. Ön xətdə yerləşən hərbi hissədə xidmət edən Rafiq üzərinə düşən tapşırıqların öhdəsindən layiqincə gəlirdi. İndiyə qədər mənimsədiyi bilikləri, döyüş vərdişlərini xidmətdə ilk addımlarını atan gənc əsgərlərə də öyrədirdi. 

Gizir Rafiq Məcidov erməni işğalçıları atəşkəs rejimini pozmağa cəhd göstərəndə hərbçi yoldaşları ilə qarşılarını qətiyyətlə alıb susdururdu. Layiqli cəzalarını alan qəsbkarlar geri çəkilirdilər. Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin tərkibində xidmət edən gizir Rafiq Məcidov 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan İkinci Qarabağ müharibəsində cəbhənin ən qaynar nöqtələrində döyüşlərə atıldı. Döyüş yolu Cəbrayıldan başladı. Daha sonra Füzulinin azad olunması uğrunda gedən döyüşlərə göndərildi. Hadrut qəsəbəsinin erməni qəsbkarlarından təmizlənməsində ön sıralarda vuruşdu. Böyük igidlik göstərdi, dəqiq atəşlə düşmən qüvvələrini məhv etdi. 

Gizir Rafiq Məcidovun Xocavəndin azadlığı uğrunda gedən döyüşləri daha  gərgin keçmişdi. Əlverişli yüksəkliklərdə möhkəmlənmiş qəsbkarlar geri çəkilmək istəmirdilər. Komandanlıq Rafiqin xidmət etdiyi bölüyün qarşısında qəti döyüş tapşırığı qoymuşdu - nəyin bahasına olursa-olsun, torpaqlarımız erməni işğalçılarından azad olunmalıdır. Verilən tapşırığa uyğun olaraq Rafiqin dəstəsi düşmənləri sıxışdıra-sıxışdıra, onlara ağır zərbə vura-vura irəliləmişdilər. 

Xocavənd erməni işğalçılarından azad olunandan sonra Şuşa uğrunda gərgin döyüşlər başladı. Şuşanın azadlığı uğrunda vuruşmaq Rafiqin çoxdankı arzusu idi. İndi bu ilıq payız günlərində istəyinə çatmışdı. Cəsur gizir döyüş meydanında təkcə hünəri ilə deyil, həm də bir çox müsbət keyfiyyəti ilə, əsasən hərbçi dostlarına mənəvi dəstəyi ilə seçilirdi. Rafiq Məcidov ətrafındakı döyüşçüləri qələbəyə ruhlandırırdı. Özü həmişə ön sıralarda addımlayırdı. Ən təhlükəli mövqelərdə olurdu. Cəsur döyüşçü əməliyyatlar zamanı həmişə "təki Vətən sağ olsun!" deyib düşmənin üzərinə şığıyırdı.

Gizir Rafiq Məcidov Şuşanın erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə sonacan iştirak etdi. Şuşa azadlığına qovuşanda ürəyi açıldı, üzü güldü, qürur hissi keçirdi. Fəxr edirdi ki, bu müqəddəs məkanın qəsbkarlardan təmizlənməsində onun da xidməti var. Vətənin əsgəri kimi üzərinə düşən döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirib.

Noyabrın 9-u idi. Şuşa erməni qəsbkarlarından azad olunandan sonra da döyüşlər dayanmamışdı. Şəhərin ətrafında uğurlu əməliyyatlar davam edirdi. Ordumuzun bölmələri hücum əməliyyatlarını genişləndirərək Xankəndi və başqa istiqamətlərdə irəliləyirdilər. Erməni qəsbkarları ciddi müqavimət göstərib növqelərində möhkəmlənməyə çalışsalar da, məqsədlərinə çata bilmirdilər. Son məqamda ağır itkilər verərək geri çəkilirdilər. 

Rafiq Məcidov hələ Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və başqa şəhərlər uğrunda vuruşmaq arzusu ilə yaşayırdı. Amma təəssüf ki, igid döyüşçü bu arzusuna çata bilmədi. 2020-ci il noyabrın 9-da Şuşa ətrafında gedən həlledici döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı. Onun yarımçıq qalmış döyüş yolunu hərbçi yoldaşları uğurla davam etdirdilər.

İkinci Qarabağ müharibəsində döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə və qəhrəmanlığa görə gizir Rafiq Rasim oğlu Məcidov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Gizir Rafiq Məcidovun şərəfli döyüş yolu, vətənə sonsuz sədaqəti, igidliyi və fədakarlığı böyüməkdə olan nəsillər üçün həmişə dəyərli bir nümunə olacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya növbəti iqlim sınağı qarşısındadır

10:00
16 Oktyabr

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb  

09:57
16 Oktyabr

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

09:54
16 Oktyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib  

09:53
16 Oktyabr

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib  

09:51
16 Oktyabr

Pakistanda faciə: məktəbin damının uçması nəticəsində azı 34 şagird və müəllim həlak olub

09:50
16 Oktyabr

Bütöv Asiyanın etimad körpüsü və qlobal dialoq mərkəzi: Bakı AQEM zirvəsinin strateji əhəmiyyəti

09:48
16 Oktyabr

İsveç parlamenti sosial demokratlar liderinin baş nazirliyə namizədliyini rədd edib

09:40
16 Oktyabr

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

09:30
16 Oktyabr

Breq oynayan «qocalar»

09:30
16 Oktyabr

AQEM-in Bakı sammiti Azərbaycanın beynəlxalq mövqeyini və regional əməkdaşlıq imkanlarını gücləndirir  

09:29
16 Oktyabr

"Bir az Rəsul Rzadı, bir az da Əli Kərim"

09:20
16 Oktyabr

Sənətə sədaqətin əbədi mükafatı

09:10
16 Oktyabr

Dəyişən zaman, dəyişməyən "Böyük dayaq"

09:00
16 Oktyabr

Müharibənin 43-cü günü şəhid oldu

08:50
16 Oktyabr

Şuşa döyüşündə əbədiləşən zabit ömrü

08:40
16 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
16 Oktyabr

Abşeronun qədim abidələri tarixin daş izidir

08:20
16 Oktyabr

Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib

08:10
16 Oktyabr

Təhsildə dünyəvilik və bərabərlik

08:00
16 Oktyabr

"Rəqəmsal rabitə" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında

01:42
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!