15 Oktyabr 2026 16:07
182
CƏMİYYƏT
A- A+
MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib  

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib  


Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev MDB Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının fəaliyyətinin mövcud təcrübələrin mübadiləsi ilə yanaşı, əmək və sosial-iqtisadi siyasətlərin perspektiv inkişaf istiqamətlərinin müzakirəsi, innovativ yanaşmaların hazırlanması və praktik əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından da əhəmiyyətli olduğunu bildirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. Nazir Azərbaycanda 2018-2026-cı illərdə 4 milyon insanı əhatə edən beş sosial islahat paketinin icra edildiyini, bu islahatlar üçün hər il əlavə olaraq 8 milyard manat, yəni 4,7 milyard ABŞ dolları ayrıldığını, gələn il altıncı sosial islahat paketinin həyata keçirilməsi üçün hazırlıq işlərinə artıq başlandığını diqqətə çatdırıb.

İllik müqayisədə məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin 2 dəfə artdığı, o cümlədən işlə təmin edilənlərin sayında 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayında 2,7 dəfə, peşə təliminə cəlb olunanların sayında 7,1 dəfə, peşəyönümü xidmətlərə cəlb edilənlərin sayında 3 dəfə artımın olduğu, həmçinin işsizliyə görə sığorta ödənişinin orta aylıq məbləğinin 1,4 dəfə artdığı qeyd edilib.

Bundan əlavə, həmin dövrdə əmək müqavilələrinin sayının 44 faiz, minimum əməkhaqqının 3,1 dəfə, orta aylıq əməkhaqqının 2,1 dəfə və əməkhaqqı fondunun 3,4 dəfə, minimum və orta aylıq pensiyanın təqribən 3 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin 5 dəfə, ünvanlı dövlət sosial yardımının orta aylıq məbləğinin 2,5 dəfə artdığı bildirilib.

Əmək və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün atılan addımlar, bu sahədə elektronlaşma prosesinin daha geniş rəqəmsal transformasiya mərhələsinə keçdiyi qeyd edilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə DOST Agentliyinin və DOST mərkəzlərinin yaradıldığı, DOST mərkəzlərinin dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı vurğulanıb. Nazirlik üzrə xidmətlərin 90 faizdən çoxunun elektronlaşdırıldığı, ölkəmizdə son illər aparılan sosial islahatların 300-dən çox beynəlxalq mükafat və sertifikata, o cümlədən BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü vurğulanıb.

Nazir Anar Əliyev MDB Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının bugünkü iclası çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsinin gələcək fəaliyyətimizin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Məşvərət Şurasının Katibliyinin rəis müavini, MDB-nin İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin müşaviri Olqa Kremskaya MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun açılış nitqini səsləndirib.

Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib. Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkəsinin Şuraya sədrliyi çərçivəsində əldə edilən nəticələr və Şuranın 38-ci iclasının qərarlarının icrası işlərinə dair məlumat verib.

MDB-nin Baş katibi Serqey Lebedev adından Özbəkistan Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndələrinə Özbəkistan tərəfinin Məşvərət Şurasında sədrliyi çərçivəsində MDB məkanında əmək və sosial sahədə əməkdaşlığa verdiyi töhfəyə görə mükafatlar təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Belarusun əmək və sosial müdafiə nazirinin müavini Marina Artemenko, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Baxtiyar Jazıkpayev, Qırğız Respublikasının əmək, sosial təminat və miqrasiya nazirinin müavini Aida İsatbəy qızı, Rusiya Federasiyasının əmək və sosial müdafiə nazirinin birinci müavini Olqa Batalina, Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin birinci müavini Nəsim Kərimzadə, Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qurban Qurbanov, Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkələrində sosial-əmək sahəsindəki cari vəziyyət və bu sahədə həyata keçirilən tədbirlər haqqında çıxış ediblər.

İclasda Azərbaycan və Qazaxıstanda əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal xidmətlərin inkişafı haqqında məlumat verilib.

“MDB-də 2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilməsi ilə əlaqədar tədbirlərin hazırlanması”, “2023-2025-ci illər üçün MDB-də model qanunvericilik fəaliyyətinin Perspektiv İnkişafı Planının həyata keçirilməsi”, “Rəqəmsal platformalarda məşğulluğun statistik ölçülməsi: MDB ölkələrinin təcrübəsi”, “Əmək normalarının müəyyən edilməsi sahəsində işlərin metodiki və təşkilati-texniki təminatı üzrə MDB-nin iştirakçı dövlətlərinin baza təşkilatı”, “MDB-nin iştirakçı dövlətlərində sosial tərəfdaşlıq sisteminin təkmilləşdirilməsi” və s. mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb  

16:18
15 Oktyabr

Ağdamda 12 milyon manatlıq un istehsalı layihəsinə start verilir  

16:17
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

16:12
15 Oktyabr

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

16:10
15 Oktyabr

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik  

16:09
15 Oktyabr

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib  

16:07
15 Oktyabr

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik  

16:05
15 Oktyabr

Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb  

16:02
15 Oktyabr

Sabit temperatur yuxu rejiminə necə təsir edir?

15:59
15 Oktyabr

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər  

15:48
15 Oktyabr

 Enerji körpüsü Bakından Kolomboya  

15:46
15 Oktyabr

Azərbaycan–Kamboca münasibətləri: diplomatik dialoqdan praktiki əməkdaşlığa doğru

15:39
15 Oktyabr

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

15:33
15 Oktyabr

Qubada II Kitab sərgisi keçirilib  

15:27
15 Oktyabr

Naftalanda dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı müzakirə olunub   

15:25
15 Oktyabr

Biləsuvarda vacib müşavirə keçirilib  

15:23
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!