19 İyun 2026 08:05
151
CƏMİYYƏT
A- A+
Müəllimin geyimi həm də əyani tərbiyə üsuludur

Müəllimin geyimi həm də əyani tərbiyə üsuludur


Son günlər Milli Məclisdə müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər cəmiyyətdə geniş maraq doğurub. Xüsusən  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilə bağlı tələblərin hüquqi əsaslarla müəyyənləşdirilməsi məsələsi müxtəlif müzakirələrə səbəb olub. Təəssüf ki, bəzi hallarda bu dəyişikliklərin mahiyyəti düzgün anlaşılmır və ictimaiyyətdə müəllimlər üçün vahid geyim formasının tətbiq ediləcəyi barədə yanlış təsəvvür yaranır.

Əslində isə qanun layihəsində söhbət müəllimlərin eyni rəngdə, biçimdə geyinməsindən getmir. Başqa sözlə desək, söhbət vahid formadan deyil, vahid qaydalardan, peşəyə və təhsil mühitinə uyğun geyim mədəniyyətindən gedir.

Yaddan çıxarmayaq ki, məktəb, sadəcə, bilik verilən məkan deyil, eləcə də  şəxsiyyəti formalaşdıran, milli-mənəvi dəyərləri yaşadan, gələcək vətəndaşı tərbiyə edən müqəddəs ocaqdır. Bu mühitdə müəllimin rolu yalnız dərs deməklə məhdudlaşmır. Müəllim həm də şagird üçün davranış nümunəsi, nitq mədəniyyətinin daşıyıcısı, həyat tərzinin və dünyagörüşünün formalaşmasına təsir göstərən şəxsdir. Şagird müəllimin dediklərini dinlədiyi kimi, onun davranışına, münasibətinə və zahiri görünüşünə də diqqətlə baxır. Məhz buna görə müəllimin geyimi şəxsi seçim çərçivəsini aşaraq ictimai məsuliyyət məsələsinə çevrilir. Heç çəkinmədən deyə bilərik ki, müəllimin səliqəli, peşəkar və məktəb mühitinə uyğun görünüşü tədris prosesinin ciddi qəbul edilməsinə, müəllim nüfuzunun qorunmasına və məktəbdə sağlam psixoloji atmosferin formalaşmasına xidmət edir.

Əslində bu yanaşma dünya təcrübəsində də geniş yayılıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində müəllimlər üçün vahid uniforma tətbiq olunmur. Lakin məktəblərdə işgüzar geyim qaydaları mövcuddur və bu qaydalara əməl olunması peşə etikasının vacib tələbi hesab edilir. 

Azərbaycan cəmiyyətində isə bu məsələnin daha dərin mənəvi kökləri var. Xalqımız əsrlər boyu geyimə təkcə zahiri görünüş kimi baxmayıb. Milli düşüncəmizdə geyim insanın daxili aləminin, tərbiyəsinin, əxlaqının və dünyagörüşünün ifadəsi kimi qəbul olunub. Azərbaycan ailəsində uşağa ilk öyrədilən dəyərlərdən biri də abır-həya, ismət və özünə hörmət hissidir. Bu dəyərlər isə insanın davranışında olduğu kimi, geyimində də öz əksini tapır.

Təsadüfi deyil ki, xalq arasında "İnsan geyiminə görə qarşılanar, ağlına görə yola salınar" kimi hikmətli ifadələr formalaşıb. Bu fikir geyimin insan haqqında ilkin təsəvvür yaratdığını göstərir. Müəllim isə cəmiyyətin ən hörmətli peşə sahiblərindən biri olduğuna görə onun zahiri görünüşü də peşəsinin nüfuzuna uyğun olmalıdır. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə gənc nəslin müxtəlif təsirlərlə üzləşməsi təbiidir. Belə şəraitdə məktəb həm də milli-mənəvi immunitet formalaşdıran mühüm təsisatdır. Məktəbdə hökm sürən nizam-intizam, davranış mədəniyyəti və estetik mühit şagirdlərin şəxsiyyət kimi formalaşmasına ciddi təsir göstərir.

Müəllimlərin geyimi ilə bağlı müəyyən qaydaların tətbiqi də məhz bu məqsədə xidmət edir. Burada heç bir məhdudiyyət və ya eyniləşdirmə yoxdur. Əksinə, müəllimə öz fərdi seçimini qorumaq imkanı saxlanılır, sadəcə, həmin seçimin peşənin nüfuzuna, məktəb mühitinə və pedaqoji etikaya uyğun olması tələb edilir.

Məsələnin başqa bir mühüm tərəfi də sosial bərabərlik və psixoloji mühitlə bağlıdır. Təhsil müəssisəsində həddindən artıq diqqətçəkən, nümayişkaranə və ya qeyri-rəsmi geyim üslubları istər-istəməz şagirdlərin diqqətini tədrisdən yayındıra bilər. Halbuki məktəbdə əsas diqqət bilik, təlim və tərbiyə prosesinə yönəlməlidir. Peşəkar geyim standartları isə təhsil mühitində məhz bu balansın qorunmasına kömək edir.

Bu təşəbbüsə milli dəyərlər prizmasından baxdıqda da onun əhəmiyyəti aydın görünür. Azərbaycan müəllimi tarix boyu cəmiyyətin mənəvi sütunlarından biri olub. Kənd məktəbində çalışan sadə müəllimdən tutmuş böyük alimlərə qədər bütün pedaqoqlar xalqın yaddaşında ilk növbədə bilik, ləyaqət, təvazökarlıq və mənəvi saflıq nümunəsi kimi qalıblar. Bu ənənənin qorunması gələcək nəsillərin sağlam tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ona görə də "Ümumi təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərə vahid forma tətbiqi kimi deyil, məktəbdə peşəkar mühitin, pedaqoji etikanın və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi baxmaq lazımdır. Burada məqsəd müəllim nüfuzunu daha da yüksəltmək, məktəbin tərbiyə funksiyasını gücləndirmək və təhsil mühitində vahid peşəkar yanaşmanı təmin etməkdir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

09:41
19 İyun

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

09:38
19 İyun

BMT: Afrika daha sürətlə istiləşir

08:37
19 İyun

Yaxın Şərqdə yeni dövr başladı(mı)

08:35
19 İyun

Paşinyanın "üçbaşlı müharibə koalisiyası"nın qarşısından geri çəkilmək fikri yoxdur

08:30
19 İyun

Fransanın nəticəsiz qalan miskin fəndi

08:25
19 İyun

"Yeni reallıqlar fonunda Bred Şermanın təşəbbüslərinin perspektivi yoxdur"

08:20
19 İyun

Kiçik və orta biznesin ixrac imkanlarına dövlət dəstəyi genişlənir

08:15
19 İyun

Ən önəmli layihələrdə etibarlı tərəfdaşımız - "ExxonMobil"

08:10
19 İyun

Müəllimin geyimi həm də əyani tərbiyə üsuludur

08:05
19 İyun

İkinci dəfə Bakıda 

08:00
19 İyun

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında

02:20
19 İyun

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında

02:19
19 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında 

02:18
19 İyun

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə

02:16
19 İyun

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında

02:15
19 İyun

BİLDİRİŞ

02:14
19 İyun

NOTIFICATION

02:13
19 İyun

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

01:13
19 İyun

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək  

00:47
19 İyun

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib  

23:57
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!