19 İyun 2026 08:15
161
İQTİSADİYYAT
A- A+
Kiçik və orta biznesin ixrac imkanlarına dövlət dəstəyi genişlənir

Kiçik və orta biznesin ixrac imkanlarına dövlət dəstəyi genişlənir


Son zamanlar Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı və ixrac potensialının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi çıxış edir. Bu istiqamətdə həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsini gücləndirməyə, yerli istehsalın rəqabət qabiliyyətini artırmağa və ölkənin xarici bazarlarda mövqeyini möhkəmləndirməyə xidmət edir. Xüsusilə mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ixrac prosedurlarının sadələşdirilməsi və dövlət dəstək mexanizmlərinin genişləndirilməsi neftdənkənar sahənin inkişafında mühüm rol oynayır.

Deyilənlərin  nəticəsi olaraq 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın 157 ölkə ilə ticarət əməliyyatları həyata keçirməsi, 107 ölkəyə məhsul ixracı və 2 milyard 138,1 milyon  dollar məbləğində müsbət ticarət saldosunun formalaşması bu sahədəku müsbət dinamikadan xəbər verir. Qeyd olunan rəsmi statistika  ölkədə ixrac potensialının gücləndirilməsi və neftdənkənar sahənin inkişafı istiqamətində aparılan siyasətin davamlı xarakter daşıdığını göstərir. 

Qeyri-neft-qaz məhsullarının ixracının stimullaşdırılması, mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsi, eləcə də ixrac proseslərinin asanlaşdırılması məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini də unutmayaq. Bu baxımdan Prezident İlham Əliyevin yeni imzaladığı "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman ixracatçıların gömrük xərclərinin kompensasiyası və inzibati prosedurların sadələşdirilməsi kimi mexanizmlərlə sahibkarlığın inkişafına əlavə dəstək verir.

Sənəd mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mövcud hüquqi mexanizmlərin davamı olaraq yerli məhsulların xarici bazarlara çıxışını asanlaşdıran yeni maliyyə dəstəyi mexanizmini müəyyənləşdirir. Bu o deməkdir ki,  ixrac prosesində sahibkarların ödədiyi gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsi onların maliyyə yükünü azaldaraq xarici bazarlara daha rahat çıxışını təmin edir. Qeyd edək ki, bu fərman qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən KOB subyektlərinin ixrac imkanlarının genişləndirilməsinə və onların üzləşdiyi maliyyə yükünün azaldılmasına xidmət edir. 

Fərmanın ən mühüm yeniliklərindən biri "ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi" mexanizminin tətbiqidir. Yeni qaydanı sadə dillə belə izah edə bilərik: dövlət ixracla məşğul olan kiçik və orta sahibkarlara gömrük xərclərini qismən geri qaytarır və bəzi əlavə güzəştlər tətbiq edir. Daha doğrusu,  mikro, kiçik və orta sahibkar ixrac edərkən gömrük rəsmiləşdirilməsi üçün ödədiyi rüsumları dərhal geri almır, amma 3 aydan  sonra müraciət edir və dövlət həmin xərcləri büdcədən ona qaytarır. Bu qaytarılan məbləğ "ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi" adlanır. Belə yanaşma ixrac zamanı yaranan əlavə xərclərin azaldılmasına, sahibkarların maliyyə yükünün yüngülləşdirilməsinə və qənaət edilən vəsaitlərin istehsalın genişləndirilməsinə yönəldilməsinə şərait yaradır.

Vacib şərtlərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi yalnız Azərbaycan mənşəli məhsullara şamil olunur. Bu isə məhsulun ölkədə istehsal olunduğunu təsdiqləyən "mənşə sertifikatı" vasitəsilə müəyyən edilir. Yəni sahibkar ixrac etdiyi məhsulun həqiqətən yerli istehsal olduğunu rəsmi sənədlə sübut etməlidir. Digər mühüm şərt isə kompensasiyanın yalnız faktiki ixrac olunmuş mallara görə ödənilməsidir. Ödənişlər hər rübün sonunda sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və hər bir gömrük bəyannaməsi üzrə dəstək məbləğinə yuxarı hədd müəyyən edilir ki, bu da dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə şərait yaradır. Başqa sözlə, yalnız real olaraq ölkədən çıxarılan və xarici bazara göndərilən məhsullar bu mexanizmdən yararlana bilər. Sənədlərdə göstərilib, lakin faktiki ixracı həyata keçirilməyən mallar üçün heç bir ödəniş nəzərdə tutulmur. Bu yanaşma sistemin şəffaflığını artırır və dövlət vəsaitlərinin düzgün istifadəsini təmin edir.

Fərmanda sahibkarların iqtisadi maraqlarının qorunmasına yönəlmiş mühüm təminat mexanizmi də yer alıb. Belə ki, kompensasiya dəstəyinin tətbiq olunacağı 5 il ərzində qeyri-neft-qaz məhsullarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanması xidmətlərinə görə yığımların artırılmasına yol verilmir. Bu qayda KOB subyektləri üçün ixrac xərclərinin əvvəlcədən proqnozlaşdırıla bilməsini təmin edir, sahibkarların qeyri-müəyyən xərclərlə üzləşməsinin qarşısını alır və ümumilikdə əlavə maliyyə risklərinin azaldılmasına xidmət edir.

Nəticə etibarilə fərman Azərbaycan  iqtisadiyyatında neftdənkənar sahənin  inkişafına və ixrac potensialının gücləndirilməsinə xidmət edən mühüm sənəddir.


 Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

09:41
19 İyun

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

09:38
19 İyun

BMT: Afrika daha sürətlə istiləşir

08:37
19 İyun

Yaxın Şərqdə yeni dövr başladı(mı)

08:35
19 İyun

Paşinyanın "üçbaşlı müharibə koalisiyası"nın qarşısından geri çəkilmək fikri yoxdur

08:30
19 İyun

Fransanın nəticəsiz qalan miskin fəndi

08:25
19 İyun

"Yeni reallıqlar fonunda Bred Şermanın təşəbbüslərinin perspektivi yoxdur"

08:20
19 İyun

Kiçik və orta biznesin ixrac imkanlarına dövlət dəstəyi genişlənir

08:15
19 İyun

Ən önəmli layihələrdə etibarlı tərəfdaşımız - "ExxonMobil"

08:10
19 İyun

Müəllimin geyimi həm də əyani tərbiyə üsuludur

08:05
19 İyun

İkinci dəfə Bakıda 

08:00
19 İyun

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında

02:20
19 İyun

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında

02:19
19 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında 

02:18
19 İyun

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə

02:16
19 İyun

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında

02:15
19 İyun

BİLDİRİŞ

02:14
19 İyun

NOTIFICATION

02:13
19 İyun

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

01:13
19 İyun

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək  

00:47
19 İyun

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib  

23:57
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!