13 Noyabr 2026 15:04
166
DÜNYA
A- A+
Monqolustanda monumental Hun məzarı aşkarlanıb  

Monqolustanda monumental Hun məzarı aşkarlanıb  


Monqolustanın şərqindəki Duurlig Nars qəbiristanlığında aşkarlanan monumental məzardan tapılan artefaktlar Hun imperiyasının Roma və Koreya yarımadası ilə əlaqələr saxladığını göstərir. Koreya Milli Muzeyi, Monqolustan Elmlər Akademiyası və Monqolustan Milli Muzeyinin alimlərinin apardığı qazıntılar zamanı uzunluğu təxminən 73 metr olan məzar aşkar edilib. Onun daxilində iki taxta konstruksiya və kiçik dəfn kamerası yerləşib. Mərkəzi dəfn yerinin üzərində lakla örtülmüş araba olub. Məzarın üstü isə ümumi dərinliyi 14 metrdən çox olan doqquz qat daşla örtülüb.

Məzardan qulplu, şəffaf şüşə qab da tapılıb. Alimlər onun Roma imperiyası ərazisində istehsal olunduğunu ehtimal edirlər. Şüşənin kimyəvi analizi bu fərziyyəni dəqiqləşdirə bilər. Taxta tabutun içərisində Çin Han sülaləsi dövrünə aid mərasim disklərinə bənzəyən 15 nefrit əşya aşkarlanıb. Lakin onların qeyri-adi forması və incə bəzəkləri fərqlənir. Tədqiqatçılar bunu Hunların Çin dəfn ənənələrini öz mədəniyyətlərinə uyğunlaşdırması ilə əlaqələndirirlər.

Məzarda, həmçinin mərkəzində dağ bülluru olan balqabaq formalı gümüş asma tapılıb. Onun Şimali Koreya ərazisindəki qədim məzarlarda aşkarlanan nümunələrə bənzədiyi və at yəhərinin bəzədilməsində istifadə olunduğu güman edilir. Bundan əlavə, gümüş əşyanın yaxınlığında qırmızı və mavi materiallarla bəzədilmiş dairəvi qızıl ornament aşkarlanıb. Bu, Hun məzarında tapılan ilk belə nümunədir. Tapıntılar Hun imperiyasının Çinlə yanaşı, Roma və Koreya yarımadası ilə də ticarət və mədəni əlaqələr saxladığını göstərir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11400 illik gil məmulatları aşkarlanıb  

15:40
13 Noyabr

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

15:35
13 Noyabr

Həftəsonu hava necə olacaq?- AÇIQLAMA

15:29
13 Noyabr

İqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması: Azərbaycan-Özbəkistan dialoqu  

15:28
13 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib  

15:23
13 Noyabr

Monqolustanda monumental Hun məzarı aşkarlanıb  

15:04
13 Noyabr

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir  

14:48
13 Noyabr

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək  

14:44
13 Noyabr

Antarktida üzərindəki ozon dəliyi son 10 ilin maksimal ölçüsünə çatıb  

14:34
13 Noyabr

XİN: Azərbaycan EPC-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb

14:32
13 Noyabr

Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi

14:20
13 Noyabr

C vitamininin ən yaxşı mənbəyi

14:19
13 Noyabr

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Ağstafaya işgüzar səfər edib  

14:09
13 Noyabr

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

14:01
13 Noyabr

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

13:47
13 Noyabr

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

13:32
13 Noyabr

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə  

13:19
13 Noyabr

Media və Yayım Şurası açıqlama yayıb

13:11
13 Noyabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

13:04
13 Noyabr

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

13:03
13 Noyabr

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib  

13:02
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!